Azərbaycan səfirliyi Kiyevdə xeyriyyə yarmarkasına qoşuldu


Azərbaycanın Ukraynadakı səfirliyi Kiyevdə xeyriyyə yarmarkasına qoşulub.

Turkustan.az xəbər verir ki, bunu Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev sosial şəbəkədə bildirib.

“Səfirlik olaraq Kiyevdə Ukrayna Diplomatik Akademiyasında ehtiyacı olan uşaqlar üçün vəsait toplamaq məqsədilə keçirilmiş “Ukrayna üçün birlikdə qayğıkeş ürəklər” xeyriyyə yarmarkasına qoşulmaqdan məmnunluq duyuruq. Azərbaycanın zəngin folkloru, ləziz mətbəxi, həmçinin “Made in Azerbaijan” brendi altında məhsullar nümayiş etdirildi”, – o qeyd edib.

Xatırladaq ki, daha əvvəl sentyabrda diplomat Ukraynanın ətraf mühit naziri Svitlana Hrınçukla ikitərəfli əlaqələrin dərinləşdirilməsini müzakirə etmişdi. /Yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ