Dekabırın 2-də Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Naxçıvan TəhsilNazirliyininvə "Günəş" UşaqAkademiyasının təşkilatçılığı ilə "Parlaq Gələcək Naminə" adlı layihə çərçivəsində tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları Müvəkkili(Ombudsman) əməkdaşları, Naxçıvan Təhsil Nazirliyinin hüquqşunası Tahir Həsənov, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Hüquq və İnsan Haqları İnstitutunun beynelxalq TOLES və TOT sertifikatli təlimçisi, "Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzi"-nin həmtəsisçisi və idarə heyətinin sədri Esmira Tağıyeva, WeFinix Təlim Mərkəzinin təsisçisi və direktoru Şəhla Abdulla, "Günəş" Uşaq Akademiyasının təsisçisi və direktoru Ulduz Əliyeva və uşaqlar iştirak ediblər.
Ombudsman əməkdaşı Elnarə Hüseynova bildirib ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində mühüm qanunvericilik bazası formalaşdırılıb, bir çox dövlət proqramları qəbul edilib. Dövlət proqramları uşaqların hüquqlarının müdafiəsinə xidmət edir.
Daha sonra Esmira Tağıyevanın "Uşaq hüquqlarının təhsil sahəsində vəzifəsi və rolu", Şəhla Abdullanın "Rəqəmsallaşan Azərbaycanın kiçik maliyyəçiləri" və Ulduz Əliyevanın "Uşaq hüquqlarının təhsil sistemində yeri" mövzularında çıxışları dinlənilib.
Sonda layihə çərçivəsində birgə silsilə maarifləndirici tədbirlərin gələcəkdə də keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edek ki, "Parlaq Gələcək Naminə "adlı layihə çərçivəsində mütəmadi olaraq maarifləndirici silsilə tədbirlər davam etdiriləcək.