Azərbaycan bizə Avropa İttifaqından yaxındır – Ovannisyan


Heç kim bizi Avropa İttifaqına (Aİ) dəvət eləmir, yaxın gələcəkdə bu quruma üzvlüyümüzlə bağlı perspektiv yoxdur.

Turkustan.az xəbər verir ki, bu sözləri erməni politoloq Vahe Ovannisyan deyib.

Onun sözlərinə görə, Ermənistanda Aİ-yə üzvlük üçün nəzərdə tutulan referendum əsassız və heç bir rasional hesablamaya malik olmayan təşəbbüsdür:

“Aİ-yə üzvlüklə bağlı mümkün referendum süni və sıfır perspektivli prosesdir. BRICS-ə üzvlük isə real ola bilər.

Ermənistanın əsas iqtisadi tərəfdaşı olan Rusiya da BRICS üzvüdür, həmçinin Ermənistanın birbaşa quru yolu olan qonşuları İran, Azərbaycan və Türkiyədir. Gürcüstan Aİ ilə danışıqları dondurur. Bizim böyük potensial dəstəkçilərimiz BRICS-in üzvləridir. Məsələn, Çin, Rusiya, Hindistan və sair.

Heç kim bizi Aİ-yə dəvət eləmir və bizi orada gözləmir. Yaxın gələcəkdə Aİ ilə quru marşrutu perspektivimiz yoxdur”./teleqraf.com


MANŞET XƏBƏRLƏRİ