Türklər mane oldu, o ölkə elan etdi: Həmin silahlar ermənilərə verilib


Fransa, Hindistan və İrandan sonra Yunanıstanın da Ermənistana silah yardımı etdiyinə dair məlumat yayılıb. Afinanın artıq İrəvana S-300, Tor-M1 və Osa-AK hava hücumundan müdafiə sistemlərini göndərdiyi bildirilir. Yunanıstan mətbuatının yaydığı məlumata görə, hökumət köhnə sistemləri Ermənistana verərək, əvəzində müasir İsrail istehsalı silahlar almağı düşünür.

Bəzi ekspertlərin fikrincə, Yunanıstan Fransanın təlimatı ilə bunu edir. Əvəzində isə Paris Afinaya “Rafael” qırıcıları və digər havadan müdafiə sistemləri verəcək.

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Yunanıstan köhnəlmiş avadanlığın Qərb və İsrail texnologiyaları ilə əvəz edilməsi strategiyasının bir hissəsi kimi bu addımı atır:

“Bu səbəbdən S-300 PMU-1, Tor-M1 və Osa-AK kimi Rusiya istehsalı bəzi hava hücumundan müdafiə sistemlərini Ukrayna əvəzinə Ermənistana təhvil verməyi planlaşdırır. Fransa da, Yunanıstan da Ermənistanı silahlandırma siyasəti ilə tarixi türk düşmənçiliyi ritorikasından kənarlaşa bilmədiklərini göstərirlər. Paris uzun illər boyu Osmanlıya qarşı Yaxın və Orta Şərqdə hərbi əməliyyatlar aparıb. Onun bu regionunda istəklərinin reallaşmasına maneə yaradan türk milləti olub.

Bu addımlar bir daha göstərir ki, Qərbi Ukrayna daxil olmaqla haqqları tapdalanan heç bir dövlət maraqlandırmır. Onlar üçün vacib olan sabitliyin pozulması üzərindən çirkin siyasi maraqların təmin olunması və silah bazarının müştərisiz qalmamasıdır”.


MANŞET XƏBƏRLƏRİ