CQMM BAMF-a Əməkdaşlıq Təklif Edib


Bu gün Cenevrə Qlobal Mətbuat Mərkəzinin(CQMM) icraçı köməkçisi Azzam Hassan Beynəlxalq Avrasiya Mətbuat Fonduna (BAMF) məktub ünvanlayıb.

CQMM rəsmisi əvvəlcə BAMF Prezidenti Umud Mirzəyevin simasında təşkilatın heyətini salamlayıb, təşkilatının media azadlığı, münaqişələrin həlli, təhsil və vətəndaş cəmiyyətinin gücləndirilməsi sahələrindəki BAMF-ın fəaliyyətinə dərin rəğbətini ifadə edib. CQMM-in tarixi, missiyası haqqında ətraflı məlumat verən A.Hassan BAMF-a CQMM-nin adından jurnalist təhlükəsizliyi sahəsində əməkdaşlıq təklif edib. CQMM rəsmisi bu əməkdaşlığın iki qurumun birgə platforma yaradaraq, beynəlxalq səviyyədə jurnalist təhlükəsizliyini təmin etmək və media azadlığını təşviq etməkdə önəmli rol oynaya biləcəyini xüsusi vurğulayıb. A.Hassan onu da bildirib ki, BAMF və CQMM-nin bu təşəbbüsü, insan hüquqları müdafiəçiləri, media qurumları və beynəlxalq təşkilatlar arasında yeni bir əməkdaşlıq modelinin yaradılmasına imkan verəcək və təşəbbüs jurnalistlərin müdafiəsi üçün təcrübə mübadiləsi və beynəlxalq standartların tətbiqi üçün geniş imkanlar yaradılması nəzərdə tutulur. CQMM rəsmisi onu da vurğulayıb ki, təşkilatı BAMF-ın cavab məktubunu və əməkdaşlıqla bağlı müzakirələri səbirsizliklə gözləyir.

Xatırladaq ki, CQMM İsveçrənin Cenevrə şəhərində yerləşən və beynəlxalq jurnalistlər tərəfindən təsis edilmiş müstəqil qurumdur. Mərkəzin missiyası jurnalistlərin hüquqlarını qorumaq və media azadlığına dəstək olmaqdır.


MANŞET XƏBƏRLƏRİ