Uşaqlıqdan hərbi sahəyə marağı olur...
Yaşıdlarının içində həmişə vətənpərvərliyi ilə seçilir...
Hərbi xidməti zamanı igidimiz öz bacarığı, dözümü, iradəsi ilə fərqlənir...
2013-cü ilə Azərbaycan Silahlı Qüvvələrinin nəznijndə gizir hazırlıq kursuna daxil olur və kursu müvəffəqiyyətlə bitirir...
Naxçıvanda yerləşən "N" saylı hərbi hissənin kəşfiyyat bölüyündə xidmət edir...
Çox keçmir ki, xüsusi bacarıq və səriştəsinə görə Xüsusi Təyinatlı Taborun qrup komandirinin müavini vəzifəsinə yüksəkir...
2014-2019-cu illər ərzində müxtəlif vəzifələrdə xidmət edir...
Türkiyədə və bir çox ölkələrdə keçirilən təlimlərə qatılır, bütün təlimlərdən uğurla qayıdır...
Xidməti zamanı Cünnüt əməliyyatında iştirak edir, Cünnüt kəndinin işğaldan azad olmasında böyük şücaət göstərir...
Xidmətdə qazandığı uğurlara görə dəfələrlə yuxarı Komandanlıq tərəfindən fəxri fərmanla təltif edilir...
Vətən müharibəsinin ilk günlərindən döyüş əməliyyatlarına qatılaraq ən çətin əmr və tapşırıqların öhdəsindən şərəflə gələn, Murovdağ zirvəsinin alınmasında şəxsi igidlik və şücaət göstərən, Cəbrayıl, Füzuli rayonlarının alınmasında xüsusi qəhrəmanlıqlar göstərən, ağır döyüş əməliyyatları zamanı vəzifə borcunu şərəflə yerinə yetirən, Hadrut uğrunda döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn Xüsusi Təyinatlı Taborun giziri Səddam Həsənov!
Qəhrəmanımız Vətənə xidmətinə görə "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda", "İgidliyə görə" medalları, həmçinin, "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimizin anası deyir ki, "Mən oğlumla fəxr edirəm. Övlad itirmək ağır dərddir, düzdür. Amma mənim oğlum vətənpərvər oğul idi, vətəni seçdi, vətən yolunda canından keçdi. Başımızı uca elədi. İgidliyi ilə qürurlandırdı bizi. Şəhidlik ucalıqdır.
Balam şəhidliyi ilə özü də ucaldı, bizi də ucaltdı..." Şəhidimizin yaxınları bildirir ki, ona ordudan uzaqlaşmağı məsləhət görsələr də, o bundan qəti şəkildə imtina edir və bildirir ki, "bu yolu mən seçmişəm. Sona qədər də gedəcəm!"
"Biz Qarabağı mütləq azad edəcəyik" deyən və Qarabağ uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igidim! Sənin və döyüş yoldaşlarının sayəsində Qarabağda artıq Azərbaycanın şanlı üç rəngli bayrağı dalğalanır! Bu böyük qələbəni biz sizlərə borcluyuq! İllər keçsə də bu borc ödənməz!
Haqqınız bir ömür boynumuzdadır qəhrəman qardaşım!
Allah sənə rəhmət eləsin, məkanın cənnət, əziz ruhun şad olsun!
Sevinc Bəhmənli