Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası fəaliyyətini dayandırıb.
Turkustan.az xəbər verir ki, bu barədə Federasiyanın rəsmi sosial şəbəkə hesablarında məlumat dərc olunub.
Qeyd edək ki, Naxçıvan MR Şahmat Federasiyasının sədri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu, Ali Məclisin sabiq deputatı Seymur Talıbov idi.