Fransız səfirdən bir gündə 2 təxribatçı paylaşım – Fotolar


Fransanın Ermənistandakı səfiri Olivye Dekotini bu gün “X” sosial şəbəkəsi hesabında Azərbaycan ilə bağlı 2 təxribatçı paylaşım edib.

Turkustan.az xəbər verir ki, səfir paylaşımlarının birində Ermənistanın paytaxtı İrəvanda yerləşən və 1766-ci ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilən “Göy məsçid”i fars irsinin simvolu kimi təqdim edib.

Fransız səfir digər paylaşımında İran ərazisində yerləşən Qərbi Azərbaycan əyalətinin xəritəsini “Bir və yeganə” başlığı ilə təqdim edib.

Ermənistan mətbuatı isə səfirin bu paylaşımın şərh edərək bildirir ki, Olivye Dekotini Ermənistan ərazisinin “Qərbi Azərbaycan” adlandırılmasına öz etirazını bu şəkildə bildirir.

/yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ