BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasının yüksək səviyyəli təşkilinə görə Azərbaycana rəsmi təşəkkür elan edilməsi barədə qətnamə layihəsi qəbul olunub.
Turkustan.az xəbər verir ki, COP29-un Prezidenti Muxtar Babayev layihənin səsvermə yolu ilə qəbul olunmasını təklif edib.
Təklif qəbul olunub və qətnamə layihəsi təsdiq edilib.