Bakıda COP29 konfransı başa çatmaq üzrədir.
Günlərdir Mavi zonada davam edən gərgin iqlim müzakirələri ilə yanaşı, Yaşıl zonada da maraqlı tədbirlər keçirilir.
İctimaiyyətə açıq olan bu zonada həm də COP29-dan xatirə kimi hədiyyə almaq olar. Son gün olduğu üçün hədiyyəlik əşyalar dükanında 30 faiz endirim tətbiq olunur.
Qiymətlər isə belədir:
parça çanta 13 AZN
sabun 25 AZN
T-shirt 60 AZN
fincan 18 AZN
yaylıq 115 AZN
qalstuk 53 AZN
su qabı 44 AZN
poçt kartı 9 AZN
armudu stəkan+nəlbəki dəsti 45 AZN
nar 32 AZN
maqnit 10 AZN
karandaş 14 AZN
qələm 9 AZN
musavat.com