Ağlasığmaz ittihamlar: ABŞ konqresmenləri Azərbaycandan nə istəyirlər?


ABŞ-ın bir neçə konqresmeni “hüquq müdafiəçisi” adıyla Azərbaycanda həbsdə olan erməni separatçı-terrorçularını “siyasi məhbus” adlandırır. Həmçinin erməni maliyyəsi ilə beynəlxalq hüquqa zidd olaraq, Azərbaycanı “etnik təmizləmə və müharibə cinayətləri”ndə ittiham edirlər.

Turkustan.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, bu istiqamətdə Azərbaycana qarşı məqsədyönlü kampaniya aparılır:

“Azərbaycanı “ittiham” qarşısında qoymaq istəyən bu şəxslərin özləri beynəlxalq terrorizmin dəstəkçiləridir. Vaxtilə İŞİD və “Əl-Qaidə” terror təşkilatlarını yaradanların davamçılarıdır. Həmçinin istisna etmirəm ki, onlardan bəziləri bu terror təşkilatlarının yaradılmasında iştirak ediblər. Həminki sistemdir, Şərqə qarşı çirkin siyasətlərini davam etdirirlər. İndi də Azərbaycana qarşı yeni erməni terroru bəsləyirlər.

Özlərini “demokratik dünyanın hüquq müdafiəçiləri” adlandıran bu şəxslər erməni terrorçularına “siyasi məhbus” donu geyindirərək, beynəlxalq hüququ heçə sayırlar. Ermənistan hökuməti belə bu terrorçular üçün belə dəri-qabıqdan çıxmır. Açıq şəkildə sülh prosesini sabotaj edirlər. Bu qərəzli kampaniyanın məqsədi həm də Qərblə Azərbaycan arasında uçurum yaratmaqdır.

Artıq Ermənistan hakimiyyəti Qarabağdan könüllü getmiş ermənilərə rəsmən vətəndaşlıq verir. Amma amerikalı konqresmenlər və Avropanın bəzi dairələri israrla “ermənilərin qayıdışı hüququ”ndan danışırlar. Azərbaycana qarşı bu qərəzli kampaniyanın arxasında duran ABŞ-ın bəzi konqresmenləri və Avropanın bir neçə mərkəzi İrəvanın bu siyasətini görməzdən gəlir. Bəlkə İrəvan da imitasiya edir, bilmək olmaz”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Azərbaycan sərhədini qanunsuz keçəərək terrorçu qrupları və separatizmi maliyyələşdirən Ruben Vardanyanı “siyasi məhbus” adlandıranlar onun cinayətlərini görmək istəmirlər:

“Bu mövqe Qərbin “ali insan haqları” ilə bağlı bəyanatlarına qarşı ikrah doğurur. Açıq şəkildə Azərbaycanı etmədiklərinə ittiham edirlər. Erməni pulu gözlərini kor, qulaqlarını kar edib. Maraqlıdır ki, Vardanyan və digər separatçıları “siyasi məhbus” adlandıranlar Ukraynadakı separatçılara “terrorçu” deyirlər. Halbuki bu məsələdə Ukrayna ilə Azərbvaycan arasında heç bir fərq yoxdur. Separatçı və ya terrorçu arasında fərq olmur, olmamalıdır. Görünür, Qərbin bir çox dairələri üçün separatçılar “yaxşı və pislər”ə ayrılır.

Azərbaycan haqlı mövqeyindən geri çəkilməyəcək, bu hərbi cinayətkarlar və terrorçular layiqli cəzalarını alacaqlar”./teleqraf.com


MANŞET XƏBƏRLƏRİ