COP29-un qonaqları Azərbaycan çayı üçün növbəyə düzüldülər – FOTO/VİDEO


Bakıya gələn xarici ölkə vətəndaşları Azərbaycan çayının dadına baxmaq üçün növbə yaradıblar.

Turkustan.az xəbər verir ki, Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) keçirilir.

Konfrans çərçivəsində tədbirdə iştirak edən nümayəndə heyətlərinin pavilyonları fəaliyyət göstərir.

Müxtəlif ölkələrdən gələn qonaqlar Azərbaycan pavilyonunda təqdim edilən çayın dadına baxmaq üçün sıraya durublar.

Ölkəmizdə hər bir dərdin dərmanı kimi qəbul edilən çayı turistlər də bəyəniblər.

Mbororo Sosial və Mədəni İnkişaf Assosiasiyasının üzvü Musa Usman Ndamba Bizim.Media-ya açıqlamasında Azərbaycan çayının xüsusi dada malik olduğunu bildirib:

"Mən çayı xoşlayıram və Azərbaycan çayının dadını çox bəyənirəm. Gördüyünüz kimi, çayı şəkərsiz içə bilirəm. Şəkəri sevmirəm, bu da mənə çayın tam ləzzətini hiss etməyə imkan verir".








Bizim.Media


MANŞET XƏBƏRLƏRİ