Faiq Ələkbərli Türk Eli cəmiyyətinin prezidenti Sarvar İspahi ilə görüşüb


Bu gün, ABŞ-ın Ohayo ştatının Dayton şəhərində yerləşən Türk Eli cəmiyyətinin prezidenti Sarvar İspahi AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsini ziyarət edib. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli AMEA nəzdində Türk xalqlarının fəlsəfəsi ilə bağlı yeni şöbənin yaranması ilə bağlı qonağı məlumatlandırıb. Görüşdə ümumi Türk fəlsəfəsi və mədəniyyəti ilə yanaşı, Ahıska Türklərinin tarixi, mədəniyyəti və tanınmış ictimai-siyasi xadimləri, mütəfəkkirləri müzakirə olunub. Ahıska Türklərinin mədəniyyət tarixi və tanınmış mütəfəkkirləri ilə bağlı araşdırmalar aparılması haqqında ümumi razılıq əldə olunub. Görüşun sonunda Faiq Ələkbərli “Azərbaycan Türk fəlsəfəsi və ictimai fikir tarixi (19-20-ci əsrlər)” üç cildliyinin 2-ci cildini, “Turan Uygarlığına Giriş: Turan mefkuresi ve Tanrıcılık” kitablarını Sarvar İspahiyə hədiyyə edib.

Bu görüşdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməddə iştirak edib.


MANŞET XƏBƏRLƏRİ