Qazax aliminin yubileyində AZƏRBAYCANLILARIN TƏBRİKİ


Türk Dövlətləri Təşkilatı yarandıqdan sonra Türküstandakı respublikalarda yaşayan alimlər, jurnalistlər, şair və yazıçılar Azərbaycan və Türkiyə ilə əlaqələrini daha da genişləndirməyə səy edirlər. Tez-tez türkoloji simpoziumlar, şeir axşamları, kino günləri, kitab yarmarkaları və s. təşkil edilir.

Azərbaycana bağlı olan, Azərbaycan Qazax əlaqələrinin getdikcə genişlənməsi və möhkəmlənməsi üçün çalışan Qazaxıstan Respublikasının Quzey Qazaxıstan vilayətinin akimliyinin (İcra hakimiyyətinin) daxili siyasət idarəsinin rəis müavini Ospanov (Osmanov) Kəməl Karaş ulunun (olunun) 60 illik yübileyinə və orada keçirilən elmi simpoziuma Azərbaycanın elmi və təhsil ocaqlarından alimlər dəvət edilmişdilər.

Qazaxıstanın repressiya qurbanı, Türkiyəyə həsr etdiyi “Uzaqdakı qardaşıma” şeiri ilə türk dünyasında məşhurlaşan Maqjan Jumabayevin yaradıcılığının öyrənilməsində, təbliğində və onunla bağlı tədbirlərin keçirilməsində böyük əməyi olan Kəməl Ospanov Azərbaycan Respublikasının aparıcı universitetlərində də majqan Jumabayevlə bağlı maraqlı tədbirlər keçirmişdir. Onun dəfələrlə TÜRKSOY-un xəttilə Ankarada, İstanbulda, Parisdə keçirdiyi tədbirlərdə türk xalqlarının alimlər, jurnalistləri, yazıçı və şairləri iştirak etmişlər.

Bu ilin payısında isə Kəməl Ospanovun anadan olmasının 60 illik yübileyi münasibətilə Qazaxıstan Respublikasının Quzey Qazaxıstan vilayətinin Petropavlovsk şəhərində onun 60 illik yubileyi münasibətilə təntənəli yığıncaq keçirilmişdir.

Toplantıda alim və şairlərlə yanaşı Qazaxıstan Respublikasının millət vəkilləri də iştirak etmişlər. 8-ci çağırış Qazaxıstan Respublikası Parlamenti Məclisinin Beynəlxalq işlər, müdafiə və təhlükəsizlik komitəsinin sədri Kuspan Aygül Sayfolla qızı, bəstəkar Jolaman Kaymenulı, Qazaxıstan Respublikası Parlamenti Senatının deputatı Asem Raxmetova, Jangazin Erbol Amirqalieviç, vilayət məhkəməsinin sədri, akademik Zarkın Tayşibay, Serik Negimov, filoloq, ədəbiyyatşünas, Qazaxıstanın əməkdar elm xadimi, vilayət akiliyinin nümayəndələri və çıxış etmişlər.

Kəməl Ospanovun xalqlarımız arasındakı əlaqələrin genişləndirilməsində xidmətinə görə Azərbaycandan AMEA Folklor İnstitutunun təbrik məktubu və filologiya üzrə fəlsəfə doktoru Reyhan Dadaşovanın təbrik nitqi alqışlarla qarşılanmışdır.

Filologiya üzrə fəlsəfə doktoru Reyhan Dadaşova yubileydə qazax alimləri ilə birgə . Изображение выглядит как одежда, человек, обувь, костюм

Автоматически созданное описание

Reyhan Dadaşova yubilyarı təbrik edərkən

No description available.


MANŞET XƏBƏRLƏRİ