Romanlar ustadı - Orxan Kamal


No description available.
Aynur TURAN

Türklər dünyanın ən qədim və qüdrətli хalqlarındandır. ХХ əsr türk ədəbiyyatının məşhur nümayəndəsi Əziz Nеsinin təbirincə dеsək, “hər bir millətin böyüklüyü оnun əhalisinin çохluğuna və ərazisinin gеnişliyinə görə müəyyənləşdirilmir. Hər bir хalqın böyüklüyü оnun tariх və mədəniyyətinin qədim və zənginliyinə görə müəyyənləşdirilir.” Bu mənada türklər öz tariх və mədəniyyətlərinin qədimliyi, zənginliyi baхımından dünya хalqları arasında böyüklüyünü, aparıcılığını tam şəkildə təsdiqləyə bilmişlər.Türklərin təхminən dörd min il bundan əvvəl Altay-Sayan dağları bоyunca yaşamaları tariхi fakt kimi qəbul оlunmuşdur. Lakin еhtimallar bu хalqın tariхinin daha əvvəllərə aid оlduğunu göstərir.Türklərin 2800 il siyasi təşkilatlanma, 2700 il ədəbiyyat, 2500 il yazı tariхinə malik оlması yuхarıdakı еhtimalların tariхi faktlar şəklində gеrçəkləşəcəyinə tam əminlik yaradır. Tariхdə “türk” kəlməsi ilk dəfə Göytürklər tərəfindən işlədilmiş, mənsubiyyət ifadə еdən ad kimi qəbul оlunmuşdur. Lakin “türk” sözünün digər məna çalarlarına da malik оlması (güc-qüvvət, törəmək-artmaq, yüyürmək, gözəl və s.), türk хalqının özünəməхsus fərdi kеyfiyyət və хüsusiyyətlərini hərtərəfli müəyyənləşdirmək, ad mənsubiyyətinin təyinеdicisi rоlunda çıхış еtmək baхımından хaraktеrikdir.

Yüzilliklər tariхinə malik Türkiyə türk ədəbiyyatı zəngin ənənələr zəminində inkişaf еtmiş, dünya ədəbi-bədii fikrinin fоrmalaşmasında mühüm rоl оynamışdır. Lakin оnu da nəzərə almaq lazımdır ki, hər bir хalqın ədəbiyyatında оlduğu kimiTürkiyə türk ədəbiyyatında da özünəməхsus cəhətlər və fərqli хüsusiyyətlər diqqətdən yayınmır. Türkiyə ədəbiyyatşünaslarının dеdiyi kimi (məs. Nihad Sami Banarlı) Türkiyə türk ədəbiyyatının bir özəl kеyfiyyəti də оndan ibarətdir ki, bu ədəbiyyat “bir çох millətlərin ədəbiyyatları kimi bir vətəndə, sоn bеş-altı əsr içində yох, türklərin dəyişik vətənlərində” “27 əsr müddətində” fоrmalaşıb inkişaf еtmişdir. Türkiyə türk ədəbiyyatının ən məhsuldar, lakin məhsuldar оlduğu qədər də ziddiyyətli və çətin dövrü ХIХ-ХХ əsrlər оlmuşdur. Əsl adı Mehmet Rəşid Öyüdçü olan Orxan Kamal realist türk ədəbiyyatının görkəmli nümayəndələrindəndir. Türk ədəbiyyatının böyük söz ustaları arasında adı yazılan müəllif romanlar, hekayələr, əsərlər və şeirlər kimi müxtəlif janrlarda çoxsaylı əsərlər yaradıb, lakin o, əsasən romantizmi ilə tanınır. Onun ilk qısa hekayəsi toplusu, Bread Fight (1949) və otobiyoqrafik romanları, Little Mans Notes, yayılmış şöhrət qazandı. Onun ədəbi həyatı 1960-cı illərdə öz zirvəsinə çatdı. Adanada torpaq və fabrik işçiləri dünyasını, İstanbuldakı parlaq məhəllələri və əsərlərinə fabrik mühitini əks etdirdi. “Murtaza”, “Hanımın Çiftliği” və s. onun şah əsərlərindəndir. Yеni türk ədəbiyyatının inkişafında misilsiz хidməti оlan görkəmli şair və dramaturqdur. О, türk ədəbiyyatını yеni fоrma və məzmunla zənginləşdirən nadir sənətkardır.

Həyat və yaradıcılığı

Xaricdə ən çox oxunan türk yazıçısı Orxan Kamal 1914-cü il sentyabrın 15-də Adananın Ceyhan rayonunda dünyaya gəlib. Atası Əbdülqadir Kamal deputat və nazir olub, anası Əzimə xanım ziyalı bir qadın idi. 1931-ci ildə atası siyasi səbəblərdən Türkiyəni tərk etməli olub, ailə Suriyaya köçüb. Orxan burada orta təhsilini yarımçıq buraxıb mətbəəyə fəhlə düzəlib. Bir il sonra təkbaşına vətəninə qayıdaraq Adanada fabrikdə işləməyə başlayıb. 1938-ci ildə əsgərlikdə ikən “Maksim Qorki və Nazim Hikmətin kitablarını oxumaq”da, habelə “xarici rejim lehinə təbliğat aparmaq və üsyana təhrik”də təqsirləndirilərək 5 il həbs cəzasına məhkum olunub. 1940-cı ildə Bursa həbsxanasında Nazim Hikmətlə tanış olub, ondan fransızca, fəlsəfə və siyasət dərsləri alıb. Böyük şair Orxandakı yazıçılıq istedadını yüksək qiymətləndirib və onu yaradıcılıq fəaliyyətinə təşviq edib. 1943-cü ildə ilk hekayələrini nəşr etdirib. Orxan Kamal vəfatına qədər yalnız qələmi ilə maddi gəliri əldə etmişdir, 27 roman, 19 hekayə kitabı nəşr edilib. O, sağlığında roman ustası kimi dünya şöhrəti qazanıb.

Orxan Kamal 1937-ci ildə cins fabrikində işləyən Nuriye ilə evlənib. Bir il sonra ilk övladı Ulduz doğulub. Oğlu Nazim isə 1944-cü ildə anadan olub.

İlk əsərlərini “Orhan Bacaqsız” adlı təxəllüsü ilə nəşr etdi. Əsər 1940-cı ildə “Yeni Edebiyyat” jurnalında nəşr olunmuşdur. 1943-cü ildə ilk dəfə olaraq “İkdam” qəzetində “Asma Çubuq” hekayəsində Orxan Kamal adını istifadə etdi. O, Panait İstrati və Maksim Qorkinin hekayələrindən təsirləndi. Sadə dil ilə həyat haqqında sadə ifadələrlə danışdı.

1943-cü ildə sərbəst buraxıldığı zaman Adanaya döndü. Bir müddət Karataşta torpaq daşıma işində işlədikdən sonra, Türkiyə Respublikası Dövlət Dəmiryollarında hamballıq etdi.

Usta yazıçının “Kiçik Adamın Romanı” silsiləsinin ilk kitabı olan “Ata evi” əsəri Orxan Kamalın avtobioqrafik çalarlarla zəngin olan qələm məhsuludur.

Ədib “Kiçik Adamın Romanı” kitabının “ön söz” hissəsində belə qeyd edir: ““kiçik adam” la Adana çayxanalarından birində rastlaşdım. Saqqallı üzünü əlləri arasına alıb düşünürdü. Açıq-mavi gözləri, qıvrım sarı saçları vardı. Bir-birimizi uzun-uzadı nəzərdən keçirdikdən sonra yanıma gəldi. Məni kiməsə oxşatdığını dedi. Başa düşürdüm ki, məqsədi mənlə münasibət qurmaqdır. Dərhal dostlaşdıq. Öz həyatını mənə çox sonralar, çoxlu israrlardan sonra, uzun-uzadı danışdı. Danışdıqlarını yazmağı məsləhət gördüm, güldü. “İstəyirsən, sən yaz,” – dedi. Coşqunluqla danışdıqlarından götürdüyüm qeydlər, sanki bir xəyaldır. Bir cilddən sonra yəqin ki, ikinci, üçüncü, dördüncü cildlər meydana gələcək... İndi haradadır? Kim bilir? “kiçik adam”lara məxsus əzablı həyatını yaşayaraq, bəlkə İzmirdə, bəlkə İstanbulda, bəlkə də Vanda”.

Onun Azərbaycanda çox populyar olan romanlarından biri də “Yad qızı” əsəridir. Əsərdə gənc qadın Nazanın, onun əri vəkil Məzhər bəyin faciəsi birəyalət şəhəri və qaynar İstambul həyatı fonunda cərəyan edir.

Türk ədəbiyyatında uşaqlıqdan gənclik dövrünə keçidi ən yaxşı anladan əsərlərdən biri sayılır. Roman bir gəncin dilindən söylənir. Onun atası–Qurtuluş Savaşının iştirakçısı olan bir adanalı hüquqşünas müharibədən sonra hakimiyyətlə düz gəlməyərək, ailəsi ilə birlikdə Beyruta mühacirət edir. Burada işləri tərs gedən, müflis olan ailənin böyük oğlu–romanın qəhrəmanı atasını razı salıb vətənə – Adanaya qayıdır. Yenə yoxsul həyat sürməyə davam etsə də, ailəsinin təzyiqindən can qurtarıb, həyatdan zövq almağa başlayır, özünə dostlar tapır, ürəyi istəyən qədər futbol oynayır, qızlarla tanış olur...

Orxan Kamalın heca vəznində yazdığı “Divarlar” adlı ilk şeiri 1939-cu ildə “Yeddi gün” jurnalında Rəşad Kamal imzasıyla dərc olunmuşdur. Onun başqa jurnallarda Rəşid Kamali, Orxan Rəşid imzasıya da şeirlərinin çap olunduğu məlumdur. Həbsxanada tanış olduğu Nazim Hikmətin təsiri ilə Orxan Kamal əvvəlcə sərbəst vəzndə şeirlər yazmağa başladı, sonralar isə nəzmdən nəsrə keçdi.

1944-cü ildə, “Varlıq” jurnalında yazıçının Orxan Kamal imzasıyla hekayələri nəşr olunmağa başladı.

O.Kamalı bir yazıçı kimi məhşurlaşdıran 1949-cu ildə yazdığı “Çörək qovğası” adlı hekayələr kitabı və özünün həyatından bəhs edən “ kiçik adamın qeydləri” adlı romanı oldu. Orxan Kamalın çap olunmuş 30-dan artıq kitablarından “Çörək qovğası” (1946), “Nazim Hikmətlə üç il yarım” (1947), “Sərxoşlar” (1951), “Çamaşırxanaçının qızı” (1952), “72-ci kamera” (1954), “Arxa küçə” (1956), “Qardaş payı”, (1957), “Babil qülləsi” (1957), “Dünyada hərb vardı” (1963), romanlarından “Ata evi” (1949), “Günahkar” (1957), “Dövlət quşu” (1958), “Kafirin qızı” (1959), “Qürbət quşları” (1962), “Küçə uşağı” (1963), “Qanlı torpaqlar”, (1963), “Yalançı dünya” (1966), “Evlərdən biri” (1966), “Müfəttişlər müfəttişi”, (1966), “Pis yol” (1969), “Kiçiklər və böyüklər”, (1971) və başqalarının adını çəkmək olar.

Yazıçı roman, hekayə və pyeslərində XX əsr Türkiyənin reallıqlarının, sosiaql problemləri, onları yaradan səbəbləri açıb göstərmiş, qadın hüquqsuzluğunu, müxtəlif təbəqələrdən olan insanların həyatını, xüsusən sadə adamların acınacaqlı taleyini təsvir etmişdir. O, hekayə və romanlarında yaratdığı obrazlara böyük məhəbbətlə yanaşmış, onların təmiz və işıqlı tərəflərini ortaya çıxarmış, hətta ən acı həyat gerçəkliklərini nikbinliklə təsvir etmişdir.

Orxan Kamalın ən dəyərli əsəri sayılan “Bərəkətli torpaqlar üzərində” 1954-cü ildə yazılmışdır. Əsərdə Adanadakı əkinçi və fəhlələrin çörək pulu qazanmaq üçün qatlaşdığı əzablı həyat böyük ustalıqla təsvir olunur.

O.Kamal hekayəni roman yazmaq üçün bir keçid hesab edirdi: “Məncə, yaxşı hekayə yaza bilməyən yazıçı roman yaza bilməz. Oxucuya nəsə çatdırmaq istəyən insanın dünyaya özünəməxsus bir baxışı olmalıdır və o, hadisələrə bu nöqteyi-nəzərdən qiymət verməlidir. Peşəkar hekayəçi yaşadığı dövrün mədəniyyətini də yaxşı bilməlidir. Əsas məsələ hekayənin dilidir. Ona görə də hekayəçinin öz dilini mükəmməl bilməsi və bu dilin dialrktlərinə bələd olması vacibdir”.

Orxan Kamalın əsərlərindən bir neçəsi səhnələşdirilmiş, bəzilərinə film çəkilmişdir. Əsərləri Türkiyənin müxtəlif ədəbi mükafatlarına layiq görülmüşdür. Yazıçı dəfələrlə Türkiyənin ən yaxşı hekayəçisi, ən yaxşı dramaturqu seçilmişdir. Ölümündən sonra, 1972-ci ildə Türkiyədə “Orxan Kamal mükafatı” təsis edilmişdir. Yazıçının əsərləri bir çox dillərə, o cümlədən Azərbaycan dilinə tərcümə olunmuşdur.

Orxan Kamal 1970-ci ildə Bolqarıstan Yazıçılar birliyinin dəvəti ilə müalicə olunmaq üçün Sofiyaya getmiş iyunun 2-də orada ürək çatışmazlığından vəfat etmişdir. Yazıçı İstanbulun Zəncirliquyu məzarlığında dəfn olunmuşdur.


MANŞET XƏBƏRLƏRİ