Əkbər Qoşalı Mərkəzi Elmi Kitabxanaya Türk dünyası ilə bağlı kitablar bağışlayıb - FOTO


Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) Türk dünyası ilə (o cümlədən, türkologiya, mədəni irs, bədii ədəbiyyat və s.) bağlı kitablar bağışlayıb.

Nəşrlər arasında Dünya Gənc Türk Yazarlar Birliyinin xətti ilə nəşr olunan, o cümlədən Əkbər Qoşalının redaksiya heyətində olduğu kitablar da var.

Bağışlanan kitablarda türk xalqının ortaq dəyərləri, gələnəkləri, bir sözlə, mədəniyyəti haqqında dəyərli bilgilər yer alıb.
MEK-in fondlarında saxlanılan bu nəşrlər Türk mədəni irsini araşdıran alim, mütəxəssis və öyrəncilərə yararlı olacaqdır.

Onu da vurğulayaq ki, Əkbər Qoşalı bundan öncəki illərdə də MEK-ə çoxsaylı kitab bağışında bulunub.

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç


MANŞET XƏBƏRLƏRİ