Ömrünün 40 ilindən çoxunu peşəkarcasına fəaliyyət göstərərək sənət və televiziya sahəsinə həsr etmiş SƏNƏTKAR NAZİM KƏRİMLİ kimdir?


Müsahibimiz bu yaxınlarda 60 illik yubileyini təntənəli şəkildə qeyd etmiş,Teatr xadimləri ittifaqının əməkdaşı,səs operatoru ömrünün 40 ilindən çoxunu peşəkarcasına sənət və televiziya sahəsində fəaliyyət göstərmiş Nazim Kərimlidir.Gəlin ilk öncə sənətkarımız haqqında ümumi məlumat verərək oxucularımızı tanış edək.

_ Kərimli Nazim Sədi oğlu 1964-cü il avqustun 15-də Sumqayıt şəhərində anadan olmuşdur. Orta təhsilini də Sumqayıt şəhərində almışdır.1981-ci ildə hərbi xidmətə Uzaq Sibirə getmişdir.1985-ci ildə oradan qayıtmışdır.1986-cı ildə ADMİU-nun mədəni maarif fakültəsinə daxil olmuş və oxuduğu müddətdə cəmi 2 il Sumqayıt Dövlət Dram teatrında işləyib.1986-cı ildən 2006-cı ilə qədər Azərbaycan Dövlət Televiziyasında işləyib.Orada işləyərkən 1989-cu ildən Şuşa Televiziyasına təhkim olunmuşdur.1990-cı ildə 20 Yanvar hadisələri zamanı Dağlıq Qarabağda Xüsusi Təşkilat komitəsi yaradılanda həmin təşkilat nəzdindəki Xankəndi radiosunun əməkdaşı olmuşam. Həmin ərəfədə Xankəndi televiziyası partladıldı və geri qayıtmaq məcburiyyətində qaldıq. Daha sonra Az-Tv-də işimi davam etdirdim.1993-ildən sonra güc nazirliklərində mətbuat xidmətində çalışmışam. O vaxtlar "Vışka" qəzeti(Osman Mirzəyev başçılıq edirdi)var idi. Xankəndində olan informasiyaları gizli yollarla olsa da ötürürdüm.Bir məqamı da qeyd etmək istəyirəm ki,1989-cu ildə bizim ölkədə televiziyaçı ixtisası yox idi ona görə də bizi ixtisas artırma məqsədilə Moskvaya göndərdilər. Bir ilə yaxın Mərkəzi ORT-də kursda oxumuşam.

Açıklama yok.

Az-Tv-də 1986-cı ildən səs operatoru işləmişəm sonra administrator işinə keçdim.1995-də Radio Uşaq verilişləri redaksiyasında xüsusi bir müxbir kimi Sumqayıta getdim. Eksperimental yaradıcılıq birliyində baş inzibatçı direktor oldum. Baş inzibatçı-(baş prodüser deməkdir).Səs operatoru işləyərkən bir neçə proqramlarda fəaliyyət göstərdim:"Günün Ekranı"bir çox televiziya tamaşaları, sonra "Səhər" proqramında baş inzibatçı oldum.

Az-Tv-də işləyərkən ən yaxın dostlarınız məşhur diktorlardan kimlər olub?

-Hamısı ilə münasibətlərimiz yaxşı olub.

Sabir Ələsgərov yaşca böyük olsa da,sanki həmyaşıd kimi qəribə zarafatlarımız olardı.. Aramızda rəsmiyyət yox idi (Allah rəhmət eləsin)

1990-cı ildə Az-Tv-nin enerji bloku partladılanda,efir otağında Mən, Sabir Ələsgərov, Karvan qrupunun bədii rəhbəri bəstəkar Mikayıl Vəkilov aparatın arxasında oturub yemək yeyirdik.Birdən şüşələr sındı və töküldü üstümüzə qorxudan bilmədik ki nə edək...

Rafiq Hüseynov,Sabir Ələsgərov, Hicran Hüseynov,Ofeliya Sənani, Roza Tağıyeva, Həqiqət Əsgərzadə Vasif Adıgözəlovun qardaşı Rauf Adıgözəlov,Mübariz Tağıyev, Səyavuş Kərimi,Anatollu Qəniyevin oğluAz-Tv-nin solisti olmuş Heydər Anatollu ilə dostluğumuzindiyə kimi davam etməkdədir.

Açıklama yok.

Bəs Teatr xadimləri ittifaqına neçənci ildən gəlib çıxdınız?

Azərpaşa Nemətovun sağlığında 2010-cu ildən səs rejissoru və musiqi tərtibatçısı vəzifəsində çalışıram. Bu yaxınlarda seçki yolu ilə tam yekdilliklə xalq artisti dövlət mükafatı laureatı Hacı İsmayılovu sədr seçmişik.

Qarşıdan gələn 60 illik yubileyiniz teatrda qeyd olunacaqmı?

Açığı deyim ki,qarşıdan gələn avqust ayında məzuniyyətə çıxdığımıza görə, yubileyim artıq qeyd olunub.mart ayının 10-da milli teatr günündə həm fəxri fərman və diplomla, həm də maddi vəsait ilə təltif olunmuşam.

Hansı tamaşalarınız uğur qazanıb?

Məsələn Elçin Hüseynbəylinin "Qaçaq qocalar" adlı tamaşası həm Azərbaycanda alqışlarla qarşılanıb, hərbi hissələrdə nümayiş etdirilib,həm də Türkiyədə böyük festivalda yer tutdu,ödüllərə layiq görülüb.

Gələcək nəsillərə ömrünün 40 ilindən çoxunu sənətə həsr etmiş bir peşəkar kimi hansı tövsiyə və tələbləriniz vardır?

Çətinliklərimiz oldu ancaq büdrəmədik! Gənclərimiz sevdikləri,seçdikləri sənətə qarşı dönük çıxmasınlar.Həyat mübarizədir! Son vaxtlar məni ən çox narahat edən bütün sahələrdə texnologiyadan hədsiz istifadə olunur.Məsələn bir çox tamaşalarda proyektor qurulub. Biz tamaşaya baxırıq kinoya baxmırıq ki!? Səhnə canlılığı sevir tamaşaçı ilə üzbəüz!

A.Çexovun bir fikri var:"Əgər səhnədə bir tüfəng divardan asılıbsa, deməli o atılmalıdır".Atılmasa maraqsız olacaq!

Teatr şərtiliyi xoşlayır! Məsələn Türkiyədə olarkən, Dənizli şəhərində ekologiya ilə bağlı belə bir tənqidi tamaşaya baxdıq.Orada həqiqi kimyəvi maddələrdən istifadə etdikləri üçün birdən səhnənin arxasından insanlar qaçaraq çığırdılar, təcili yardım çağırıldı və tamaşa yarımçıq qaldı...

Söhbətləşdi: Tahirə Nur

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ