Dünən Azərbaycan Yazıçılar Birliyi və Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə unudulmaz şair Bəhmən Vətənoğlunun 90 illik yubileyi ilə bağlı tədbir keçirilib.
31 dekabr! Tarixin bu günü altında bir çox məşhur hadisələr baş vermiş, bir çox dahi insanlar dünyaya gəlmişdi. Amma mənim
yaddaşımda iki əsas hadisə daim yaşayacaqdır. Biri Dünya Azərbaycanlılarının Həmrəylik günü, biri də Kəlbəcər rayonunun Seyidlər kəndində 31 dekabr 1932-ci il tarixində dünyaya göz açan Abbasov Bəhmən Kalış oğlunun (Bəhmən Vətənoğlu) dünyamıza gəldiyi gün.
Hələ uşaq yaşlarımızdan sözünün sehrinə düşdüyümüz İlahidən şair doğulan haqq aşiqi 1998-ci ildən AYB-nin üzvüdür. "Haqqa qardaş yaranmışam" (1985), "Allahsız dünya" (1992) "Vətən bizi bağışlamaz" (1995), "Qaldı ürəyimdə dağı dağların" (1997) şeir topluları nəşr olunub.
Bəhmən Vətənoğlu bir çox eloğlarımız kimi həsrətə, hicrana dözməyərək 2004-cu il sentiyabrın 30-da beyninə qan sızaraq dünyasını dəyişib.
Sevimli şairin doğum günü ilə əlaqədar, anadan olmasının 90 illik yubiley tədbiri Azərbaycan Yazıçılar Birliyində keçrildi.
Tədbiri "Ədəbiyyat qəzeti"nin baş redaktor müavini, şair-türkoloq Adil Cəmil aparırdı.
Həsrətlərin görüşməsində səbəbkar olan, sazlı - sözlü bu tədbirdə "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin sədri, AYB-nin üzvü Cavid Qurbanov, Xalq şairi Seyran Səxavət, Millət vəkillərindən Aqil Məmmədov, Aqil Abbas, Nazirlər Kabineti Aparatının sektor müdiri Qurban Sadıqov ,YAP Kəlbəcər Rayon Təşkilatının sədri Habib Misirov , şairlərdən Ağacəfər Həsənli, Elşən Əzim , Mirsəyyaf Zamanlı, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent, tədqiqatçı-publisist Nağdəli Zamanov, İTV-nin "Ozan" verilişinin aparıcı müəllifi Qorxmaz Tofiqoğlu, Əlövsət Saldaş, Kəlbəcərimizin şəhidlik tarixini ən gözəl qələmə alanMəhəmməd Nərimanoğlu, Ələmdar Cabbarlı, Adil Həmid, Gültəkin Calilova, Həqiqət Sukurova sazımın, sözümüzün keşikçisi Ədalət Göyüşov və digərləri şairin şirin yaradıcılığına səyahət etdilər.
Bəzən
Qartal, o zirvədən belə en, belə,
İnsanam, zirvədə mən olmalıyam, deyərək hayqıran. bəzən
Nə yaman aldatdın Bəhməni, dünya, deyərək dünyadan umu- küsü edən, bəzən də
Qoy məni öldürsün bir loğman əli,
amandı, yarama naşı dəyməsin deyərək nadanlardan, naşılardan qaçan Dədə Bəhmən həm də:
Bəlkə birdə bitdim, ək məni, dünya deyərdi.
Bəli, insan cismən aramızdan getsə də, ruhu, əməli, işi daim yanımızda, xatirələrimizdədi.
Allah ruhunu şad eləsin!