Anar müasir Azərbaycan ədəbiyyatının canlı korifeyidir – Millət vəkili


Müasir Azərbaycan ədəbiyyatının canlı korifeyi, əsərləri ilə böyüdüyümüz və yaratdığı obrazların örnəyi ilə həyatı dərk etdiyimiz görkəmli və sevimli yazıçımız Anarın 87 yaşı tamam olur. Uzun illər ərzində xalqın böyük bir kəsiminin həyata baxışlarının formalaşmasında mühüm rol oynamış Anar bu gün də öz məsləkdaşlarının müəllimi və hamisi qismində öz fəaliyyətini uğurla davam etdirir, gördüyü işlərlə, yüksək vətəndaşlıq mövqeyi ilə ictimai şüurun inkişafında əhəmiyyətli xidmətlər göstərir. Geniş fəaliyyətlərində və uğurlu yaradıcılığında atası Rəsul Rzanın vətənpərvərliyini və milli ruhunu, anası Nigar xanımın romantikasını və qayğıkeşliyini yaşadan böyük yazarımız özündən sonra gələn nəsillər üçün böyük bir ədəbi məktəbdir.

Hörmətli Anar müəllimi ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı və gələcək fəaliyyətlərində davamlı uğurlar arzulayıram!

Cavanşir Feyziyev
Milli Məclisin deputatı


MANŞET XƏBƏRLƏRİ