Türkiyənin məşhur ilahiyyatçı alimi, professor, doktor Mehmet Azimli hazırda İraqın Samirə şəhərində Xürrəmilər hərəkatının lideri, Azərbaycan qəhrəmanı Babəkin son günləri ilə bağlı elmi araşdırmalar aparır.
Bu barədə AzNews.az-a Mehmet Azimli məlumat verib.
"Bəli, Samirə şəhərində Babəkin edamı ilə bağlı araşdırmalar aparıram. Babəkin edam olunduğu yeri, eyni zamanda başsız bədəninin asıldığı, sonradan "Kəniseyi-Babək" kimi məşhurlaşmış, hazırda isə unudulmuş ərazini müəyyənləşdirməyə çalışıram. Əgər "Kəniseyi-Babək" adlanmış ərazi təsbit olunarsa, arxeoloji qazıntılarla Babəkin sümüklərini üzə çıxarmaq, DNT testlərindən keçirmək də mümkün ola bilər"- deyə məşhur alim bildirib.