Sumqayıtda 1 yaşlı qızını dənizdə boğan ata 20 il azadlıqdan məhrum edildi


Sumqayıtda 1 yaşlı qızını suda boğum öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib.

Turkustan.az xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm elan edilib.

Hökmə əsasən, Ahmet Yeşil 20 il azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, prokuror Ahmet Yeşilin 20 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Son söz verilən Ahmet Yeşil özünü ittiham üzrə təqsirli bilməyib.

Xatırladaq ki, martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 40 yaşlı Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yeşil Ahmet Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub./lent.az


MANŞET XƏBƏRLƏRİ