Bakıda aktyor və arvadı öldürüldü – FOTO


Ötən gecə paytaxtın Nəsimi rayonu ərazisində ər və arvadı qətlə yetirilib.

Turkustan.az “Qafqazinfo”ya istinadən bildirir ki, hadisə metronun “Memar Əcəmi” stansiyasının qarşısında – Hüseynbala Əliyev küçəsi 4 ünvanındakı binada baş verib.

Saat 21 radələrində həmin binadakı mənzilllərdən birində yaşayan 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın üzərində xəsarətlər olan meyitləri tapılıb.

85 yaşlı kişinin boynunun kəsilərək, qadının isə başına zərbə endirilərək öldürülməsi müəyyənləşib.

Qeyd edək ki, qətlə yetirilən İosif Tkaç aktyordur, o uzun müddət Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərib.

***

Daxili İşlər Nazirliyi (DİN) hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, oktyabrın 22-də saat 21 radələrində paytaxtın Nəsimi rayonunda 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev müəyyən olunaraq saxlanılıb.

Hazırda araşdırma aparılır.

bakida-aktyor-ve-arvadi-qetle-yetirildi


MANŞET XƏBƏRLƏRİ