Bakıda orta məktəbin mühafizəçisini öldürməkdə təqsirləndirilən direktor müavini Elsevər İslamovun növbəti məhkəmə prosesi keçirilib.
Turkustan.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə iclasında prokuror ittiham aktını oxuyub.
Məlum olub ki, Elsevər İslamov restoranda yeyib-içdikdən sonra çalışdığı məktəbin qarşısında saxladığı avtomobilini götürməyə gəlib. Bu zaman Elsevər İslamov təbii ehtiyacını ödəmək üçün məktəbə daxil olub. O, məktəbdə mühafizəçi vəzifəsində çalışan Natiq Mehdinin yatdığını görüb. Mobil telefonla onun şəkillərini çəkib. Onu oyadaraq yatdığını irad bildirib. Ancaq Natiq Mehdi burada hər hansı qəbahətin olmadığını bildirib.
Bundan sonra Elsevər İslamov Natiq Mehdini xüsusi amansızlıqla öldürmüş, onun bədənindən alt paltarlarını çıxardaraq bədəninin hissələrə bölmüş, cinsiyyət orqanını kəsərək zibil yeşiyinə atmışdı. Hissələrə böldüyü bədən üzvlərini selofanlara doldurararq aparıb Xəzər rayonunda basdırıb.
Hakimin cinayət hadisəsində özünüzü təqsirli bilirsiz sualına, təqsirləndirilən şəxs Elsevər İslamov "qismən təqsirli bilirəm"- deyə cavab verib.
Hakim Elsevər İslamova cinayət işi sübuta yetirildiyi təqdirdə ona 11 ildən 20 ilə və yaxud ömürlük həbs cəzası veriləcəyini bildirib.
Məhkəmə prosesi 3 oktyabr tarixinə kimi təxirə salınıb.
Qeyd edək ki, hadisə bu il Xətai rayonu 55 saylı məktəbdə qeydə alınıb.
Natiq Mehdi saat 23 radələrində iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən qəsdən öldürülüb.
O, Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur./Bizim.Media