Rusiyada azərbaycanlı vəkil saxlanıldı


Rusiyada azərbaycanlı vəkil Elman Paşayev saxlanılıb. Buna səbəb Aleksey Blinovskinin Rusiya Müdafiə Nazirliyi ilə 2024-cü ilin aprelində başlayan müqaviləsinin qanuniliyi ilə bağlı araşdırma olub.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya KİV- məlumat yayıb.

E.Paşayevə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə iş açılıb.

Məlumata görə, Elman Paşayev Aleksey Blinovskiyə mükafat qarşılığında vergidən yayınmaqda ittiham olunan həyat yoldaşını cinayət məsuliyyətindən azad edəcəyinə söz verib.

Elman Paşayev Aleksey Blinovski ilə razılaşdıqdan sonra ondan külli miqdarda pul alıb.

Yelena Blinovskaya yanvarın 22-də ev dustaqlığı şərtlərini pozduğuna görə, istintaq təcridxanasına salınıb. O, ağır cinayətlərdə, o cümlədən vergidən yayınmada və çirkli pulların yuyulmasında ittiham olunur və buna görə 16 ilədək həbs cəzası ala bilər.

Keçmiş vəkil Elman Paşayevin saxlanılması sentyabrın 17-də məlum olub.

Keçmiş vəkil Elman Paşayevi 10 ilə qədər həbs cəzası gözləyə bilər. Bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

"Maddə on ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur", - Petrenko deyib. Paşayevi həbslə yanaşı, bir milyon rubla qədər cərimə də gözləyir. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ