Bakıda seksual manyak saxlanıldı - VİDEO


Paytaxtın Yasamal rayonunda binanın blokunda qeyri-etik hərəkət edən şəxs saxlanılıb.

Turkustan.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı məlumat verib.

O qeyd edib ki, görüntülərdəki şəxs 1999-cu il təvəllüdlü S. Abbasovdur:

“Sözügedən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun paytaxt ərazisində velosiped oğurluğu etdiyi də müəyyən edilib. Həmin şəxsin törətdiyi qanunsuz əməllərlə bağlı araşdırmalar davam etdirilir”.

/axar.az/


MANŞET XƏBƏRLƏRİ