Qadınları cinsi istismara məruz qoyan şəxslə bağlı QƏRAR


Gəncə Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilən L.Əliyevanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Turkustan.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, L.Əliyeva azərbaycanlı olan 2 qadına Türkiyənin Tokat vilayətinə yüksəkmaaşlı işə düzəltmək vədi verib. Bu məqsədlə onları 2018-2020-ci illərdə Tokata aparıb. Burada isə onları aldadaraq kişilərlə cinsi əlaqəyə cəlb edib. Onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci (insan alveri, iki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham elan olunub.


MANŞET XƏBƏRLƏRİ