Meyvə mağazasında meyiti tapılan şəxs tanınmış iş adamı imiş


Lənkəranda işlədiyi mağazada meyiti tapılan şəxsin kimliyi məlum olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, meyvə mağazasında meyiti tapılan şəxsin mağazanın sahibi Lənkəran şəhər sakini 1987-ci il təvəllüdlü Ruslan Paşa oğlu Şirəliyev olduğu müəyyən edilib.

İlkin məlumata görə, Ruslan Şirəliyev mağazanın qapısını bağlayıb və özünə qəsd edib.

Qeyd edək ki, Ruslan Şirəliyev Lənkəranda tanınmış iş adamlarından biri olub.

12:50

Lənkəranda mağazada meyit aşkar olunub.

APA-nın məlumata görə, bu gün səhər saatlarında Lənkəran şəhərinin 2-ci mikrorayon ərazisi, Zərifə Əliyeva küçəsində mağazaların birində kişi meyiti tapılıb.

İlkin məlumata görə, meyit Ruslan adlı şəxsə məxsusdur və o, meyvə mağazasını işlədirmiş.

Hazırda rayon hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir.

Hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


MANŞET XƏBƏRLƏRİ