Bərdədəki dəhşətli cinayətin TƏFƏRRÜATI - Gözəllik salonunda qadına hücumun ANBAAN GÖRÜNTÜLƏRİ


Bərdə rayonunda baş verən bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub.

Aprelin 12-də 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova "TikTok" sosial platformasında yaranmış mübahisə zəminində Vətən müharibəsi iştirakçısı, 1992-ci il təvəllüdlü Ceyhun Zeynalovla görüşüb və ona bıçaqla xəsarət yetirib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, cinayət hadisəsini törətməzdən əvvəl Tünzalə Hüseynova aprelin 4-də Ceyhun Zeynalov barəsində polisə müraciət edib.

Buna səbəb isə Ceyhun Zeynalovun Tünzalə Hüseynovanın işlədiyi gözəllik salonuna gələrək ona və dayısı qızı Rəqsanə Əhmədovaya hücum etməsi olub. Ceyhun Zeynalov Rəqsanə Əhmədovanı döyüb, Tünzalə Hüseynovanın isə telefonunu sındırıb.

Bütün bu hadisələr anbaan kameralarla qeydə alınıb.


MANŞET XƏBƏRLƏRİ