Xaçmazda mollanın arvadını öldürməsinin bəzi təfərrüatları məlum olub.
Əldə etdiyimiz məlumata görə, Xaspoladoba kənd sakini, kəndin mollası, 47 yaşlı Asəf Vaqif oğlu Məmmədov həyat yoldaşı Yaqut Bayram qızı Məmmədova ilə qardaşıgildə keçirilən qonaqlıqda iştirak edib.
Burada o, arvadına "burdan gedək" deyərək evə aparmaq istəyib. Qadın getmək istəməyib və onların mübahisələri düşüb.
Nəticədə Asəf Məmmədov arvadını onun başındakı hicabla boğaraq öldürüb.
Ər hadisəni törətdikdən sonra Xaçmaz rayon polis şöbəsinə gələrək arvadını qətlə yetirdiyini deyib və təslim olub.
/Bizim.Media