"Qazaxlı Alik"in oğluna hökm oxundu


Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fuad Muradov, Ramil Paşşanov və Gülnar Hacıyevaya hökm oxunub.

Turkustan.az-ın "Unikal"a istinadən əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm elan edilib.

Hökmə əsasən, Fuad Muradov 6 il 6 ay, Ramil Paşşanov 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, F.Muradov 2023-cü ilin oktyabrayında saxlanılıb.

Qeyd edək ki, Fuad Muradov "Qazaxlı Alik" ləqəbi ilə tanınan Qarabağ müharibəsi veteranı Arif Muradovun oğludur.


MANŞET XƏBƏRLƏRİ