Azərbaycanda nazirlik əməkdaşı özünü güllələdi -YENİLƏNİB


Beyləqanda odlu silahdan atəş açaraq intihar edən şəxs barədə bəzi təfərrüatlar məlum olub.

Məlumata görə, M.Bayramov Bakı şəhərində yaşayırmış.

O, Beyləqana qardaşının evinə qonaq gəlibmiş.

Ailəli olub, iki övladı var.

Qeyd edək ki, rayon sakini, 37 yaşlı Murad Bayramov odlu silahdan atəş açaraq özünü öldürüb.

***

15 :02

Beyləqanda güllələnmə baş verib.

Məlumata görə, rayon sakini, 37 yaşlı Murad Bayramov odlu silahdan atəş açaraq özünü öldürüb.

İntihar edən şəxsin Kənd Təsərrüfatı Nazirliyində çalışdığı bildirilir.

Fakt araşdırılır.(APA)


MANŞET XƏBƏRLƏRİ