Azərbaycan və azərbaycanlılara qarşı işgəncə, muzdluluq, müharibə qanunlarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Turkustan.az-ın xəbərinə görə, Bakı Məhkəmə Kompleksinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin rəhbərlik etdiyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə keçirilən bugünkü iclasda dövlət ittihamçıları ittiham aktını elan edir.
Artıq ikinci iclasdır ki, məhkəmə istintaqına başlanılıb və dövlət ittihamçıları ittihamın nəticəvi hissəsini açıqlayırlar.
İttiham aktında qeyd olunur ki, Ermənistan dövləti və onun silahlı birləşmələrinin birbaşa iştirakı ilə Azərbaycana qarşı hərbi təcavüz, eyni zamanda hərbi müharibə həyata keçirmək məqsədilə cinayətkar dəstə yaradılıb. Həmin cinayətkar dəstənin üzvləri Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki və digərlərindən ibarət olub.
Cinayətkar dəstənin Azərbaycan ərazilərini işğal etmək niyyəti ilə hərbi təcavüzkar müharibə nəticəsində Azərbaycana külli miqdarda maddi ziyan, eyni zamanda ölçüyəgəlməz dərəcədə mənəvi ziyan dəyib.
Bakı Məhkəmə Kompelksinin inzibati binasında açıq keçirilən iclasda Ruben Vardanyan özünün seçdiyi müdafiəçi və başa düşdüyü dili bilən tərcüməçilərlə təmin olunub.
Hazırda proses davam edir.
Videonu təqdim edirik:
/teleqraf.az/