Salyanda ağır qəza: 4 nəfər öldü


Salyanda minik maşınının kanala aşması nəticəsində 4 nəfər ölüb.

Hadisə Salyan rayonunun Seyidlər kəndi ərazisində baş verib.

“Mercedes” markalı avtomobil digər avtomobillə toqquşaraq idarəetməni itirib və kanala aşıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində 4 nəfər ölüb. Faktla bağlı araşdırma aparılır.

Ölənlərdən biri Salyan rayon icra hakimiyyətinin 32 yaşlı təlimatçısı Aqil Amil oğlu Məmmədovdur.

Hazırda avtomobilin sudan çıxarılmasına FHN yerli qurumlarıı və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub (APA).


MANŞET XƏBƏRLƏRİ