İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində – Qərar


İstanbulda 70 kilo qızılla saxlanılan azərbaycanlı hərbi attaşe Qəhrəman Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Turkustan.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakıya gətirilən polkovnik-leytenant istintaqa cəlb edilib.

Bildirilib ki, ilkin araşdırma sonrası ona qarşı Cinayət Məcəlləsinin 12.1 206.3.3 ( Azərbaycan Respublikasının ərazilərindən kənarda törədilməklə külli miqdarda qaçaqmalçılıq), 12.1 341.1 (Azərbaycan Respublikasının ərazilərindən kənarda törədilməklə vəzifə səlahiyyətlərini aşma) və digər maddələrlə ittiham verilib:

“Toplanmış məlumatlar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə Q.Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib”.

Qeyd edilib ki, Q.Məmmədov əvvəllər Müdafiə Nazirliyinə tabe olan müxtəlif vəzifələrdə işləyib. O, son olaraq Azərbaycanın Səudiyyə Ərəbistanıdakı səfirliyində hərbi attaşe kimi fəaliyyət göstərib.


MANŞET XƏBƏRLƏRİ