Bu ilin aprel ayında Bakıda idarə etdiyi yük maşını ilə 39 yaşlı şəxsin üstündən keçən İran vətəndaşına hökm oxunub.
Turkustan.az xəbər verir ki, Qaradağ rayon Məhkəməsinin hökmü ilə İran İslam Respublikası vətəndaşı, 1975-ci il təvəllüdlü Afrooz Mansoor Aziz oğluna 3 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmdə onun Azərbaycandan məcburi çıxarılması da qeyd edilib.
Bildirilib ki, hadisə Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Karvansaray” Ticarət Mərkəzinin həyətində baş verib. A. Mansoor idarə etdiyi “DAF XF480FT” markalı yük avtomobili ilə oranın mühafizəçisi 1985-ci il təvəllüdlü Oruclu Sahib Alıxan oğlunu vurub.
Nəticədə Oruclu Sahib Alıxan oğlu hadisə yerində ölüb.
/publika.az