Avropa qitəsinin Türk ocaqları...


Qismət Yunusoğlu
Bakı Dövlət Universitetinin müəllimi

Doğu Avropasının geniş düzənliklərini, kəsib-doğranan çay hövzələrini, dəniz sahili əraziləri və dağ qurşaqlarını tutan əski Türk yudlarının tarixi e.ə. VI-V minilliklər dövrü, mis-daş mərhələsi ilə bağlıdır, deyə bir sıra tədqiqatçıların (F.İ. Stralenberq (1676-1747), U.Dalin (1707-1763), A.Requli (1819-1858), M.A.Kastren (1813-1852), T.Heyerdal (1914-2003)...) elmi-nəzəri mülahizələri ilə qiymətləndirilib. Əski Türkdilli qəbilə-tayfa birliklərinin (Hun-Uyğur, Biçənək-Sak/Skif, Hun/Nen-Minsu...) tarixən məskunlaşdıqları bu ərazilərdə bir çox toponimlərin tarixi-coğrafi mənasında, morfo-coğrafi mənşəyində, semantik-fonetik, dil-leksik quruluşunda protTürk dillərinin təsiri...çoxsaylı coğrafi adların leksik-semantik quruluşunda ifadə olunmuşdur.

Qədim dünyanın coğrafiyasında əski Türk dilinin Ailə-Dil özəyinə daxil olan qəbilə-tayfa İttifaqının, ilk növbədə Hun-Sak-Quz etnos birliklərinin soyları “Şimal adamları”nın soyuq məkanlarında (Bəyaz dəniz sahillərində), mülayim Qara dəniz sahili quzey çöllərində, Dunay çayı ovalıqlarında, İtil/Volqa çayı boyunca...geniş əraziləri əhatə etməklə...bu məkanları e.ə. II-I minilliklərdə güclü, davamlı siyasi-hərbi, ictimai-iqtisadi, etnomilli-demoqrafik...münasibətlər hüdudlarına çevirmiş, eləcə də, tarixi-coğrafi təkamül mərhələsi kimi etnomilli və etnomədəni dəyərlərlə zənginləşdirmişlər.

Avropa/Batı hüdudlarında Hun-Sak-Quz etnosoyluların minilliklər-yüzilliklər ərazində etnodemoqrafik varlığı, təkamülü və milli özgürlüyü Hind-Avropa ailəsinin demoqrafik assimlyasiyasına təsir etmiş, tarixi mərhələlərin təbəddülatına məruz qalaraq coğrafi məkan-ünvan baxımından milli-etnik və Türkdilli mənsubiyyətini qoruyub saxlamışdır.

Dunay çayı və Alp dağları hövzəsində kökənli yurd-ocaq yaradan Hun-Qıpçaq-Skif soylarına aid coğrafi adların identikliyi Qərbi Avropa və rus alimlərinin-V.P.Nalimov (1879-1939), İ.V.Vlasova (1935-2014), N.F.Mokşin (1936-2023), V.Y.Petruxin (1950)...əsərlərində və xəritələrində ifadə olunub.

Görkəmli şərqşünas Antal Requli Bəyaz dəniz, Aral/Ural dağlıq hövzəsi və Mərkəzi Sibir çöllərini tədqiq edərək Hun-Uyğur-Sak/İskit dillərinin yayıldığı ərazilərin etnomilli və tarixi keçmişini öyrənməklə, xəritəsini çəkməklə əski Türkdilli soyluların coğrafi-filoloji elmi dəyərinə aid qiymətli əsərlərini dünya elmi ictimaiyyətə təqdim etmiş, Rusiya və Macarıstan Elmlər akademiyalarında müzakirələrinı aparmışdır. Onun və yuxarıda adları çəkilən etnoqraf, tarixçi, arxeoloq, coğrafiyaşünas və kartoqrafların... tədqiq etdikləri Türkdilli soy-etno qolları sırasında Avropa qitəsinin şimal və Aral/Ural dağlarının qərb ətəkləri boyunca (Quzey/Şimal dənizi və Alp dağlarınadək ərazilərdə) yayılmış Hun-Skif-Qıpçaq...əsilli, kökənli xalqların (fin, uyğur/uqor, saam, komi, xanti, nen, ket, evenk...soylular) varlığı, ərazinin tarixiliyi, şifahi və yazılı xalq yaradıcılığı irsi ilə coğrafi məkan keçmişinin üzvi bağlılığı həm tarixi-arxeoloji irsinin struktur izlərində, həm milli-mənəvi gələnəklərində, həm də dəyişilməz qalan yer adlarının mənasında... qorunub saxlanılmaqdadır.

Avropa qitəsinin quzeyini tutan Ağ/Bəyaz dənizi hövzəsi, Hun/Fin-Uyğur kökənli xalqların, Rusiyanın Avropa bölümü əhalisinin etnogenetik assimlyasiya daşıyıcıları olmuş Bişənək/Peçeneq tayfalarının etnik qollarından olan Songöl köklülər (Saamlar) müasir Kola yarımadası və Baltik dənizi sahillərində qədim tarixə (e.ə. VII-V minilliklər) malikdir. Hazırda onların sayı 80 min nəfərə qədər olmaqla, Norveç, İsveç, Finlandiya və Rusiya ərazilərində yaşayırlar.

Doğma yurdları və yayılma ocaqları yarımadanın Peçeneq nahiyəsi hesab edilir.

Oğuz soyluların döyüşkar qollarından olan Biçənək/Peçeneq tayfaları VI-IX əsrlərdə İtil/Volqa çayı hövzələrində iki istiqamət üzrə “Böyük köç yolu”nu salmışlar, Dunay çayı və Şimal dəniz yolları boyunca (P.Qolubovski (1857-1907), 1884; D.A.Rasovski (1902-1941), 1933...).

Şimal dəniz yolu isə Bəyaz/Ağ dənizi və Qala/Kola qurusunu əhatə etmişdir. Antik dövr mədəniyyəti üzərində IX-XI əsrlərdə yenidən qurulan təşəkkül mərhələsinin izləri Qala/Kola (Saam dilində-“Kulyoki”) şəhəri yaxınlığındakı Hun-Uyğur-Biçənək/Peçeneq kökənlilər (Saamların sələfləri) tərəfindən istehkam məqsədi ilə ucaldılan Qala divarlarında (eləcə də, antronim timsalında) iz salmışdır. Dövri olaraq yadelli işğalçıların hücumlarına məruz qalan bu Qala 1242-ci ildə rus knyazı A.Y.Nevski (1221-1263) tərəfindən dağıdılsa da, sonradan bərpa edilmişdir.

Haşiyə. Biçənək/Peçeneq qəbilə-tayfa birliyinin şərq və qərb qolları “Böyük köç” nəticəsində IX əsrin sonunda Saray şəhərindən (bu şəhər müasir Həştərxan şəhərindən 130 km şimalda, Xarabalı rayonu ərazisində olub) 80 km şimalda məskunlaşmış, X-XI əsrlərdə Qara dəniz sahillərində yerləşmiş, İtil çayı boyunca Bəyaz/Ağ dəniz sahillərinə doğru hərəkət yolu üstündə isə 1653-cü ildə Peçeneq yaşayış məntəqəsinin əsasını qoymuşlar (müasir Ukrayna Respublikasının Xarkov vilayəti, Çuquyev rayonu ərazisində).

Qala şəhəri və bütövlükdə qurusu haqqında o cümlədən, holland tacir Simon van Salinqen də 1565-ci il salnaməsində və “Lopi torpaqları haqqında” (1591) əsərində yazmışdır.

Oslo Universitetinin professoru Y.İ.Firs isə “Rus Laplandiyasında Peçeneq məbədi” mövzusunda tədqiqat aparmışdır.Ümumiyyətlə, Qala/Kola qurusunun avtoxton etnosu olan Saamların dilinə və leksik tələffüzünə uyğun olaraq yaranan yer adları mənşəyinin əski Hun-Uyğur-Peçenq dilləri ilə bağlılığı dini inanc və əqli təfəkkür mədəniyyətində də (Şamançılığın qorunub saxlanılması, mistik-inanc mərasimlərinin keçirilməsi...) əks olunub. Qala/Kola bölgəsinin dağ silsiləsi-Xibin qurşağı orotoponim kimi əski Saam dilində “xiben” sözündəndir, “alçaq təpəlikli yüksəklik” mənasındadır, ən uca yeri Yudıçvumçorr (1200 m) zirvəsidir, (bu dildə “çorr”-“dağ”, “yok”-“çay”, “yavr”-“göl”.... deməkdir).

Genotipoloji eynilik, doğma dil-ailə birliyi, özgürlüyün ifadəsi...anlamındakı üzvi bağlılıq Qala/Kola torpağının etnobirliyini ifadə etməklə əski Hun-Uyğur-Biçənək/Peçeneq tayfa İttifaqlarında yer alan Saamların qəbilə birliyi “siyda/siida”-“soy ocağı” anlamındadır, bu ocağın başçısı “siyda isim” adlanır.

Qeyd etmək lazımdır ki, arxeoloji, tarixi və etnoqrafik tədqiqatların nəticəsinə görə, Avropa qitəsinin şimal əraziləri Paleolit dövründə (40 min il əvvəl) məskunlaşma arealına çevrilmişdir. Belə coğrafi məkanlardan biri də Peçora çayı vadisidr. Bu çayın hövzəsi e.ə. IV-II minilliklərdə müasir Türkdili ailə-dil qruplarına mənsub olan əski qədilə-tayfa birliklərinin əcdadları olduğu şübhə doğurmur. Belə ki, adı çəkilən ərazinin coğrafi toponimlərinin mənşəyi Hun/Fin-Uqor/Uyğur, Saam-Minsu, Xanti-Nen... dillərinin leksik-qramatik tutumu ilə ifadə olunur.

Onlardan biri də Peçeneq/Peçora hidronimidir (Aral/Ural dağlarının şimal yamaclarından başlayır, uzunluğu 1809 km, Nen Milli Mahalı ərazisindən axaraq, Reçeneq/Peçora dənizinə (sahəsi 81 263 kv.km, dərinliyi 210 m) tökülür). İndi kartoqrafik-yazılış hüququ kəsb edən və xəritələrdə “Peçora çayı” kimi göstərilən hidronimin əski mənası Nen dilində “meşə sakinləriu”, Hun-Uyğur anlamında “su axını”, Mansicə “Peçora tayfasının çayı”... mənasındadır. Göründüyü kimi, bu çayın hövzəsində yaşayan qədim Peçeneq/Peçora qəbiləsi aparıcı etnodemoqrafik gücə malik olduğundan hövzənin ən böyük və bol sulu çayı onların adını daşımışdır. Ukrayna dilində “Peşera” “Peçora” kimi deyildiyini nəzərə alsaq “Peçora” hidroniminin fonetik-dil üslubuna uyğun olaraq dəyişilməsi qanunauyğun haldır.

Biçənək/Peçeneq qəbilə-tayfa birliklərinin bu ərazilərdə minilliklər ərzində yaşamasına dəlil olan amillərdən biri də orotoponim kimi qədim yaşayış məntəqəsi Bızovaya kəndini göstərmək olar. Arxeoloji qazıntılar nəticəsində yaxınlıqda sivri mamont şivləri, iti uclu heyvan sümükləri, daş əmək alətləri...tapıldığından əski Türk dili anlamında “Bizli” adı verilmiş və ruscaya uyğunlaşdırılmışdır.

Bizli/Bızovaya kəndi Peçora çayının orta axarlarında, sağ sahildə, Peçora şəhərindən 17,5 km aralıda yerləşir. Xatırlatmaq yerinə düşər ki, Ukrayna Respublikasının Kiyev vilayəti, Buçan rayonu, Buça çayının sağ sahilində Buzova kəndi eyni toponim kimi mənalandırıla bilər.

Arxeoloqların qənaətinə görə Songöllülər/Saamlar (nəzərə alcaq ki, Hun/Fin-Uyğur etnoslarının məkanı “mingöllər və ucqar şimal ərazisi”dir, antrotoponim kimi uyğunluq yaradır) e.ə. II-I minilliyi əhatə edən Ənbürg/Anburq arxeoloji mədəniyyət mərhələsinin təmsilçilərindən olmuşlar.

Avropa qitəsinin quzey hissəsini tutan quru hissələri, hidroqrafik şəbəkə, yaşayış məntəqələri, maddi-tarixi ocaqlar, coğrafi məkan...adlarının mənşəyi, göründüyü kimi, ilk növbədə etnogenetik soy köklərinin identikliyi və toponimlərin morfostrukturunda tarixi mərhələlər üzrə filoloji-coğrafi mənalarını əks etdirir.

R.S. ÜmumTürk milli-etnik birliyin əski qollarından olan Biçənək/Peçenek qəbilə-tayfa etnogenetikliyini ifadə edən antrotoponimlər sırasında Biçənək aşırımı (2468 m) Azərbaycan Respublikasının Naxçıvan diyarında, Dərələyəz və Zəngəzur dağları arasında keçiddir, yaxınlığında eyni adlı kənd yerləşir. Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin tarix elmləri üzrə fəlsəfə doktoru Musa Rəhimoğlu yazır (“Biçənək:maraqlı adın və qədim kəndin sorağında”, 2023) ki, Biçənək kəndinin adı 1903-cü və 1920-ci illərdə Tiflis şəhərində çap edilən xəritələrdə “Karmalinovka” kimi qeyd edilib. Rusiya ordusunun general-leytnantı, 1877-1878-ci illərdə Osmanlı Türkiyəsinə qarşı döyüşlərin iştirakçısı, 1869-cu ildə İrəvanın hərbi-qubernatoru olmuş Şimali Qafqaz kazaklarının nümayəndəsi N.N.Karmalin (1824-1900) Qars və İrəvan hüdudlarından rusları Biçənək kəndinə köçürməsi “şərəfi”nə...

Qala/Kola torpağındakı Biçənək/Peçeneq nahiyəsi isə 1920-1944-cü illərdə Hun/Fin dövlətinin tərkibində olmuşdur...


MANŞET XƏBƏRLƏRİ