Mənim adım Müslümdür


No description available.
Qərib MEHDİ

(xatirə-hekayə)

Bir dəfə xalaoğlum Maarif Göytürk ehtiyac duyduğu bir məsələni diqqətimə çatdırdı. Əslində, bu, xatırlatma idi. Özü qınaq dolu bir xatırlatma. Dərinə varanda, xalaoğlum haqlı idi. O, illərlə sinəsinə yığdığını, nəhayət, dilinə gətirdi:

No description available.

Xalaoğlu, sən bağlı olduğun adamlardan, həyatında rol oynayan ziyalılardan, bir qələm sahibi kimi ayaqda qalmağında zəhməti olanlardan çox yazmısan. Nədənsə, mənim atam, sənin həm bibin oğlu, həm xalanın əri Müslüm kişi bu sırada yer almayıb. Məgər onun, sənin üzərində zəhməti olmayıb? Onun qayğı körpüsündən keçməyibsən? Onun sən tərəfdən xatırlanmağa haqqı çatmırmı? Məncə, bu günkü uğurlarının səbəbkarlarından, şəriklərindən biri mənim atamdır. Səni ədalətli qələm sahibi kimi tanıdığım üçün bunları yadına saldım. Hərəkətimdə yanlışlıq varsa, bağışla.

Necə yəni, «bağışla?..» Düz sözə deyəsən? Xalaoğlum tam haqlı idi. Bəzən uzaq yaxından tez görünür. İkitərəfli qohumum olan Müslüm kişi çox yaxında idi. Ağrı-acılarıma sinə gərəni, sevinclərimə qanad olanı qələmin hədəfinə niyə belə gec gətirməliyəm? O, əvəz olaraq məndən heç vaxt heç ummayıb. Mənim tərəfimdən yol verilən arxayınçılıq isə Maarifin diqqətindən yayınmamışdı. Qəbahətimi anladığım üçün dərhal dilləndim:

Bu «arxayın bəyi» qınaqla cəzalandırmaqda haqlısan. Tezliklə bu məsələni yoluna qoyaram.

Maarif cavabımdan razı qaldı. Beləliklə, üç qardaşdan ortancılı haqqında xatirə-hekayəmə başladım. Bir romanın mövzusu olacaq hadisələri fraqmentlər şəklində oxuculara təqdim etməyi daha münasib sandım.

ORTANCIL QARDAŞ

Xatirə əfsanədən sıyrılıb çıxmış həqiqətdir. Ancaq onun quruluşunda, təqdimetmə tərzində sələfinin əlamətləri hiss olunur. Bu hal gerçəyin dəyərinə xələl gətirmir, əksinə, oxu şirinliyini, mütaliə həvəsini artırır.

İlk bölümün adı, göründüyü kimi, «Ortancıl qardaş»dır. Nağıllarda, əfsanələrdə üç qardaş qurumu tez-tez gözə dəyir: böyük qardaş, ortancıl qardaş kiçik qardaş. Adətən, böyük qardaş dönük, ortancıl miyanə, kiçik qardaş isə çətinliklərə sinə gərən, sınaqlardan çıxan qalib kimi təqdim olunur. Həyat isə bu xəyali təsnifata öz gerçək düzəlişini verir. Qəhrəmanım Müslüm kişi üç qardaşın ortancılıdır. Özünün əzmi, mübarizələrdə dönməzliyi, xeyirxahlığı, ədalətin yanında yer almağı ilə birincidir. Çətin olsa, o, ömrünün axırına kimi bu insani mövqeyini qoruyub saxlaya bildi.

No description available.

Əməyi sevən adam idi. Alman-rus müharibəsinin çətin günlərində bir müddət əkin-biçinlə məşğul oldu. Sonra peşə təhsili alıb sürücülük vəsiqəsi aldı. Uzun illər taksi parkında gah minik, gah da yük maşını sürdü. Bu diribaş adam ictimai vəzifəyə sahibləndi. Küçə üçlüyünün sədri (domkom) olduğuna görə əli möhür gördü. Həmkarları içində sözükeçərliyilə fərqlənirdi.

Bir əsr ömür sürdü. Heç kimin qarşısında əyilmədiyi üçün uzun yaşadı. 100 yaşadı, düz yaşadı. Başqaları yaltaqlığı şərf kimi boynuna doladığı halda, o heç o «şərfi» yan cibinə qoymadı. Xasiyyətində bir kəskinlik vardı. Kükrəyəndə hamı qarşısından çəkilirdi. Zarafatla deyərdilər ki, qəzəbli olduğu üçün Əzrail ona yaxın düşə bilmir.

Xalam Sürəyya xanımömür-gün yoldaşını 10 uşaq sahibi eləmişdi. Sonbeşikləri milli ruhu ilə seçilən Maarif idi. Çoxuşaqlı olduğuna işarə ilə peşə dostları ona «sovxoz» (çoxuşaqlı mənasında) deyirdilər. Bu «sovxoz» yaxşı ata olduğunu sübut edərək üzvlərinin hamısına ali təhsil diplomu verdi. Üstəlik bizanamla mən onun himayəsindən bəhrələndik.

No description available.

Mübahisəli meyarları aydınlaşdıran bir «qızıl orta» termini var. Bu, müqayisədə üstünlük mənasına gəlir. Üç qardaşın «qızıl orta» mükafatçısı şübhəsiz ki, ortancıl qardaş Müslüm kişidir. Ələmqulu da (böyük qardaş), Möhsün (kiçik qardaş) müəyyən üstünlüklərə malik idilər. Ancaq ətrafa canıyanımlıqda, darda qalanın harayına yetməkdə heç biri Müslüm kişinin yerini verə bilmirdi.

QAÇQINLIQ

Ermənilər rus imperiyasının siyasi səhnəsində maşa rolunda çıxış etməyi xoşlayır türklərə qarşı öhdələrinə götürdükləri qanlı olaylar törətməyi yaxşı bacarırdılar. Təki onların xəyali – «dənizdən dənizə» torpaq arzuları gerçəkləşsin. Ruslar da həmişə onların bu xəstə xülyalarından ustalıqla istifadə etmişlər. Onların anti-insani siyasəti elə bu günlərin özündə davam edir. Mahir dirijor olmasaydı, ermənilər Azərbaycanın halal torpağı olan Dağlıq Qarabağı 30 il müddətində işğal altında saxlaya bilməzdilər. Çox şükürlər ki, qüdrətli ordumuz nəhayət, bu işğala son qoydu.

Ermənilər etnik çoxluqdan uzaq olan mono-millətçiliyə üstünlük verən yığma toplumdur. Ruslar beynəlxalq güclər təxminən 150-200 il bundan öncə ermənilərə Qərbi Azərbaycan torpaqları hesabına vilayət statusu çərçivəsində yaşam hüququ verdilər. Zaman-zaman bu siyasi status böyüdü, onlar işğalçılıq, etnik təmizləmə yolu ilə öz ərazilərini genişləndirdilər. İlk növbədə, bu amansız rəftarın, qanlı olayların ünvanı yerli sakinlər olan türklərə qarşı tuşlandı. Sanki sakit gölə göydən bir meteor düşdü. Zərbəyə hazır olmayan uyğulu gölün ləpələri çaşqın halda müxtəlif istiqamətlərə sıçradı. Beləliklə, Qərbi Azərbaycanda yaşayan türklərin qadalı-qırğınlı deportasiya dalğası başladı. Həyasız qonaq ev sahibini evindən elədi. Ölümlə müşayiət olunan soyqırımdan can qurtarmaq üçün azərbaycanlı sakinlərin hərəsi bir səmtə üz tutdu. Əsas istiqamət Azərbaycana idi.

Qardaşlar pərən-pərən düşdü. Böyük qardaş Gəncədə bənd aldı. Kiçik qardaş da sonra həmin səmtə üz tutdu. Ortancıl qardaş isə Qəbələdə məskunlaşdı. Müslüm kişinin dayısımənim atam Qasım Mehdi oğlu isə anası Nərgizlə birlikdə Bərdənin Soğanverdilər kəndinə pənah apardı. Bu səpələnmə 1918-ci ildə baş verdi. Ana babam Şirməmməd kişi isə həyat yoldaşı qızları: gələcək anam Dürsədəf xalam Sürəyya ilə birlikdə Cənubi Azərbaycanın Əhər şəhərindən Soğanverdilər kəndinə atamgilin qonşuluğuna üz tutmuşdular.

Atam burada anamı görüb bəyənmiş ailə qurmuşdular. Altı uşaqdan dördünü Bərdə torpağına pay vermişdilər. Beşinci qurbanqardaşım Əziz isə Gəncə torpağında uyumalı oldu. Sanki xəstəliklər qaniçən ermənilərlə əməkdaşlıq edirdi. Qaldıq bir anaÇox irəli getdim. Bu barədə sonra.

Tanrı harayçılığı da ortancıl qardaşın taleyinə yazmışdı. Ara səngiyəndən sonra, 30- ilin əvvəllərində Müslüm kişi sağ ikən itkin düşənləri kəndbəkənd, şəhərbəşəhər arayıb-axtarmağa başladı. «Axtaran tapar» deyiblər. Ortancıl qardaş əvvəlcə o biri qardaşlarını tapdı, sonra dayısınınatam Qasım kişinin sorağına düşdü. Çətinliklə olsa da, bu axtarış da nəticə verdi. O, Soğanverdilərdə atamgili tapdı bu tapıntının içində qızlar bulağından yenicə su içmiş xalam Sürəyyanı gördü, ona vuruldu. Bu məhəbbət sevdası parçalanmış ailənin bütövləşməsini sürətləndirdi. O, bizi öz yaşadığı məskənəQəbələyə köçürüb apardı. Sonra xalamla ailə qurub gələcəkdəki «sovxozun» – çoxuşaqlılığın əsasını qoydu. Bununla da, mənəvi cəhətdən yarası sağalmayan qaçqınlığa fiziki cəhətdən son verildi.

No description available.

SIFIRDAN SONRA GƏLƏN RƏQƏM – 1

6 övladın sayı 2- enmişdi: qardaşım Əziz mən. Gözümüzdolusu sevinə bilmədik. Torpaq Əzizi gözaltı eləmişdi. Tezliklə onu da öz «beşiyinə» aldı. Fələk çox gördüyü 2 sayını bir az da azaldıb sıfırdan sonra gələn rəqəmə – 1-ə çevirdi. İtki silsiləsinə dözməyən atam da getdi. Bir ailənin meydanı geniş, iştirakçısı azanam mən. Anam çox nikbin adamıydı. Bir təsəlliverici cümləni tez-tez təkrarlayırdı: «Allah da təkdir…».

Anam kolxozda işləyirdi. Dolanışıq sarıdan elə bir korluğumuz yox idi. Bununla beləBaş papaqsız, ailə başçısız olmasın. Anam hələ cavan idi. Ona müxtəlif təmənnalı baxışların dikilməsi hiss olunurdu. Bunu duyan qeyrətli Müslüm kişi özünü rayona yetirdi. Əlaqədar təşkilatlarla danışıq aparıb bizim köçümüzü təşkil etdi. Düşəcəyimiz məkan da məlum idiGəncə. Öz evlərinə bitişik bir məhləni bizim üçün almışdı. Cəmi bir otağımız vardı. Olsun. Təki, nəzarəti üstümüzdən əksilməsin. Mən ilk dəfə buradan çanta götürüb məktəbin birinci sinfinə yollandım.

Xalam əri bizi darda qoymurdular. Mən orta məktəb şagirdiydim. Qazancım haradan ola bilərdi? Ümid anama qalırdı. Müslüm kişi şəhər həyatına uyuşmayan bir qadının işləməsinə razı olmadı. Yardım alırdıq. Bir məhləmizi əkir, ağacları qoruyur, məhsullarını satırdıq. Mən ildən-ilə kitab-kitab böyüyür, bilik-bilik təkmilləşir, sinif-sinif adlayırdım. Yaxşı oxuyurdum. Yazılı şifahi ədəbiyyatın vurğunu idim. Mütaliə etməkdən doymurdum. Sən demə, bununla öndə olan yazıçılığın əsasını qoyurdum. Ortancıl qardaş telimi sığallayıb deyirdi: «Oxu. Ay yetim, səndən bir şey çıxacaq». Bunu təsəlli üçün demirdi.

Mənim haqqımda gəldiyi qənaətə inanırdı. Bir ki, onda vəzifəli adamlara, onları ram etməyə böyük maraq vardı. Təhsilsizlik bu imkanı ona qismət eləməmişdi. Ümidini məktəbə ayaq döyən uşaqlarına, o cümlədən mənə bağlamışdı.

Hamı ona «əmi» deyirdi. Hətta doğma uşaqları da. Bunun da başqa bir yozumu varmış. Doğmalarına ata olmaq, onların yükünü çəkmək böyüklükdür. Amma hamıya əmi olmaq daha böyük missiyadır. Müraciətdə seçilmədim. Mən axına qoşulub ona «əmi» dedim.

MƏNİM ADIM MÜSLÜMDÜR

Yetimin taleyi həmişə «zəngin» olur. Sıra ilə üç orta məktəb dəyişdim. Axırıncı axşam məktəbi idi. Nəhayət, kamal attestası alıb indiki Gəncə Dövlət Universitetinə qəbul üçün sənədlərimi təhvil verdim. Ədəbiyyat müəllimi olmaq arzusundaydım. Arzum gözümdə qaldı. O vaxtlar ali məktəblərə test üsulu tətbiq etməmişdilər. Müəllimlər şıdırğı rüşvət eşalonuna qoşulmuşdular. Başına, yəni biliyinə ümid bəsləyən abituriyent bəxtindən küsməliydi. Mənim isə pulum, vəzifəli tapşıranım vardı. Bununla belə, öz gücümə üç imtahanı uğurla verdim. Dördüncü imtahandanrus dili fənnindən kəsildim.

Əsgəri xidmət yaşına çatmışdım. Qanuni olsa da, olmasa da hərbi xidmətə aparacaqdılar. Tək qalan anam əlacsızlıqdan göz yaşları ilə yanağını suvaracaqdı. Rus dilindən kəsildin, indi gəl rusun bayrağını uca tut. İndi gəl canının bahasına dünyanın yarısını pəncəsi altında əzən rus ayısını qoru.

Hər dəfə hərbi xidmətə çağırış vərəqi gələndə anamın ürəyi sıxılırdı. Eşitmişdi ki, tək övlad olanı əsgər aparmırlar. Qanuna baxan vardımı? Bunu necə sübut eləməli? Təsəllim məni təslimçilikdən uzaqlaşdırdı. Çaylar bütün sularından, ağaclar bütün yarpaqlarından olmayıb. Sən niyə bu qədər qəm çəkir, təlaş keçirirsən, ana? Bu dünyada haqsızlığa sinə gərən Müslüm əmi var

Müslüm əmi yük daşıyan maşının – «QAZ-51»in sürücüsü idi. O, maşınına rayonlardan alma, heyva yükləyib paytaxtın bazarlarına daşıyırdı. Hərdən maşınla Rusiyaya səfər edirdi. Məhsulu bir vaxtlar yaşadığı, ona doğma olan Qəbələdən tədarük edirdi. Rayonda dostları, tanışları çox idi. Ona qədərincə hörmət göstərirdilər. Oranın camaatı ilə lap bir ailə kimiydi.

Müslüm əmi həmişə axtarışda olan adam idi. Xüsusilə, çörəyini yediyi, suyunu içdiyi, havasını udduğu yurdun yetişdirdiyi görkəmli adamlarını tanımağa, yaşayanlarla əlaqə yaratmağa can atardı.

Camaat çar dövründə parlamış İsmayıl bəy Qutqaşınlı kimi yazıçı dövlət adamı ilə öyünürdü. Bu fəxrə, öyünməyə qəbələlilər kimi Müslüm əmi şərik olurdu. Bəs Qəbələ çağdaş dövrdə cəmiyyətə kimləri bəxş etmişdir? Xeyli adlar saymaq olardı. Bu sayın içində hərbçi polkovnik Məmmədhüseynovun da adını çəkmək yerinə düşərdi. Həm ona görə ki, qəbələli polkovnik Gəncədəki hərbi komissarlığa rəhbərlik edirdi. Bu seçilən ad Müslüm əminin yaddaşında özünə möhkəm yer eləmişdi. Necə ola bilərdi ki, iki qəbələli (Müslüm əmi özünü həm qəbələli hesab edirdi) görüşüb qırılmaz ünsiyyət qurmasın? Taksi sürücüsü tələsməyə ehtiyac görmürdü. Təbii şərait yeri gələndə, zamanı yetişəndə bu məsələni həll edəcəkdi.

Mənim qeyri-qanuni hərbi xidmətə çağırılmağım, anamın həyəcanları bu məsələnin həllinə açar oldu. Müslüm əmi qərara aldı ki, mənim zorakılığa məruz qalmış məsələmi elə həmin sahənin birinci şəxsi ilə həll etsin. Qəbələli Məmmədhüseynovun insani keyfiyyətlərinə bələd olsun. Görsün ki, onunla öyünmək olar, ya yox. Həm o, məsələni tanışlıq, yerliçilik yox, ədalət müstəvisində həll etmək istəyirdi.

O vaxtın Sovet hökuməti adının qoyulmasından asılı olmayaraq, mahiyyətinə, siyasi niyyətlərinə görə sonuncu imperiya idi. Bu imperiya tədricən aşınırdı. Xalqları güc vasitəsilə qədər əsarətdə saxlamaq olardı? İlkin olaraq Şərqi Avropanın sosialist ölkələrindəMacarıstanda, Çexoslovakiyada, sonralar Polşada baş qaldıran müqavimətlər, üsyanlar qan içində boğulurdu. Ailələr ölkənin içindən dışından əsgər tabutları alırdılar. Belə bir şəraitdə Qərib Mehdiyevanasının yeganə balası hərbi xidmətə çağırılmışdı.

Müslüm əmi kamali-ədəblə astadan böyük kabinetin qapısını taqqıldadır. Sonra içəri keçir. Yeriyib başda oturan komissara ərklə əl uzadıb özünü təqdim edir:

Qəbələnin çörəyini yeyib dirçələn, indisə Gəncədə yaşayan taksi şoferi Müslüm kişi!.. Bilirəm ki, siz Qəbələnin yetirməsi polkovnik Məmmədhüseynovsunuz. Həmyerli sayıla bilərik.

Komissar birbaşa deyimdən həm razı qalır, həm narazı. O, təcrübədən bilir ki, belə düzünəqulu adamlardan ehtiyat etmək lazımdır. Yarılası baş tənzifi özü ilə gəzdirməlidir. Şahmat dili ilə desəm, şah piyadanın debatını qəbul edir:

Tutalım, ikimiz qəbələliyik. Xahişini həmyerlilik üstündə həll etmək istəyirsən?

Yox, – deyə Müslüm əmi cavab verir.

Komissar təzyiqi davam etdirir:

Bəs onda səni necə başa düşüm?

Təhsilsiz sürücü atını məntiq meydanına sürür:

Mən həmyerliliyi əyintiyə, qanunsuzluğu qapı açmaq kimi qəbul etmirəm. Həmyerlilik mehribanlığı, səmimiyyəti, qarşılıqlı inamı artıran əlamətdir. Belə olduğu halda, onun nəyi pisdir?

Polkovnik araşdırmanı davam etdirir:

Sən Qəbələyə gəlməsən? Yoxsa

Müslüm əmi heç nəyi örtülü saxlamır:

– 1918-ci ildə ermənilər daha amansız deportasiyalara əl atdılar. Bizimkilərdən qırılan qırıldı, sağ qalanlar qaçqın düşdü. Mən Qəbələyə pənah gətirdim. O gündən oldum qəbələli. Sadə zəhmətkeş insanlarını sevdim, dostlaşdıq, qaynayıb-qarışdıq. Xahişinə gəldiyim oğlandayım oğlu Qərib Mehdiyev Qəbələdə doğulub. İndisə hamımız Gəncədə yaşayırıq. Ancaq Qəbələ ilə əlaqəmizi kəsmirik. Biləndə ki, siz qəbələlisiniz, çox sevindim.

Nələrisə göz önünə gətirən komissar dərindən nəfəs alır, ondan xahiş olunacağını düşünür. Təki hərbi xidmətdən yayınma məsələsi olmasın. O, xüsusilə bu sahədə yerlilərinə güzəştə getmirmiş. Yerliçiliyi əsas gətirməklə vəzifəliləri asan vururdular. Məmmədhüseynov deyir:

Sən boşuna gəlməyibsən. Məqsədin tanış olmaqdır, yoxsa bir xahişin var?

Hər ikisi ilə bağlı gəlmişəmhəm tanış olmaq, həm xahişimi çatdırmaq.

De gəlsin. Vaxtımın azlığını nəzərə alqısa konkret. Gücüm çatsa, köməyimi əsirgəmərəm.

Müslüm əmi təklifdən sevinir sözə başlayır:

Adını çəkdiyim dayım oğlunun hərbi xidmət yaşı çatıb.

Komissar:

Onda, sözsüz vətənə xidmət etməlidir.

Müslüm əmi:

Onu başa düşürəm. İş burasındadır ki, o gənc ailənin yeganə uşağıdır, bir ana, bir baladılar. Hərbi mükəlləfiyyətin qaydasını öyrənmişəm: ailənin bir övladı varsa, o övlad hərbi xidmətdən azaddır. Ancaq sahə xidmətçiniz iki gündən bir çağırış vərəqəsi ilə qapını döyür. Bu barədə sizdən kömək umuram.

Xahişi eşidən komissar hirslə ayağa durur. O, məsələni qanuni şəkildə çözmək əvəzinə, tələsik həmyerlisinin xahişini rədd edir:

Qanuni oldu-olmadı, mən qəbələlilər tərəfindən olunan xahişi rədd edirəm. Belə şeylərə uysam, axırda məni yerliçiliklə suçlayacaqlar.

Müslüm əmi sinirlənir:

Mən əyintiyə yol versəm, ədalətin pozulmasına qarşı durmağınızı istəyərəm. Çağırış vərəqəsi gətirəni yaxşı tanıyıram: ya umacağı var, ya da Qəribi qəribçiliyə salıb kiminsə yerinə hərbi xidmətə göndərməyə çalışır.

Polkovnik səbir göstərib məsələni aydınlaşdırmaq əvəzinə, yanlış mövqeyinin üstündə durur:

Yetən elə ailənin yeganə uşağından danışır. Bəs hərbi xidmətə kim gedəcək? Bəs bu boyda vətənin sərhədlərini, təhlükəsizliyini kim qoruyacaq?

Müslüm əmi komissarın yersiz tələsik qərarına bir nəzər yetirməyini istəyir. Vəziyyətin necə acınacaqlı olduğunu bir daha dilə gətirir. Bəlkə, komissarın qəlbi yumşala:

DürsədəfQəribin anası dünyaya altı uşaq gətirib. Əzrail onların beşini qara torpağa gömüb. İndi bütün ümidini yeganə oğlunaQəribə bağlayıb. Hamı əsgərlikdən sanılı qoz kimi salamatmı qayıdır? Ölkə içindən xaricdən gələn əsgər tabutlarını görmürükmü?

Eşitdiklərindən diksinən komissar yenə kor atı minib köndələn çapır:

Sən danışdığının fərqindəsənmi? Yox, mən dayın oğlunu hərbi xidmətə göndərəcəyəm.

Müslüm əmi qeyzli səsini həmkarının səsindən yuxarı qaldırır:

Mən Qəribi havayı qurbanlıq kimi sizə sizin hökümətinizə verməyəcəyəm.

Mübahisəli söhbət bitir. Müslüm əmi ümid bəslədiyi qapını çırpıb komissarın otağını tərk edir.

Sonralar hərbi xidmətə çağırış vərəqi ilə qapımızı döymədilər. Anamın aramsız axıtdığı göz yaşları qurudu. Deyirlər, hirsli başda ağıl olmaz. Yəqin hərbi komissar inadının yersiz olduğunu anlamışdı. Münasibəti qaydaya salmaq üçün Müslüm əmi geri döndü, komissar yanlış mövqeyini etiraf etdi. Aracılıq etmək zamanın öhdəsində qaldı. Bəs o zaman, vaxt gələcək? Tələsməyək

***

Yuxarıda dediyim kimi, Müslüm əmi yük maşınında – «QAZ-51» yaxın-uzaq yerlərə mal daşıyırdı. O, əsasən, yükünü yaxşı tanıdığı, insanlarına yaxşı bələd olduğu almalı-heyvalı, qozlu-fındıqlı, şabalıdlı Qəbələdən tədarük edirdi. ehtiyac duyduqda «QAZ-51» bir «qamçı» vurub doğma yurdaQəbələyə yola düşürdü. Yanında Kərim adlı köməkçisi vardı.

Günlərin birində yenə yolunu Qəbələdən saldı. Adətiydi, ana yoldan burulub rayon mərkəzinə sarı üz tutanda, maşını saxlayar, evlərinə çatmaq üçün minik gözləyən adamların ayağını yerdən üzərdi. Həm təmənnasız. Yolçular onun bu xidmətinə görə dönə-dönə təşəkkürlərini bildirərdilər.

Bu dəfə elə oldu. Kəndlilər geyimindən tanınırdı. Rayona qonaq gələn geyimindən seçilirdi. Sürücü adamlara diqqət yetirdi. Boy-buxunlu, şıq geyimli, başı panamalı birisi digərlərindən seçilirdi. Maşın dayanan kimi seçilən , seçilməyənlər kuzovaboş yük yerinə doluşdular. Mənzil başına çatanda təmənnasız xidmətdən yararlananlar sürücüyə minnətdarlıq edərək, çıxıb işlərinin dalınca getdilər. Əlbəttə, şıq geyimli cavan da.

Müslüm əmi həmişə mənzilləndiyi dost-qonaqçı evinə düşmüşdü. Səhər mal yüklənəcəkdi. O, köməkçisi Kərimə göstəriş verdi ki, maşının kuzovunu sahmana salsın. Kərim bir azdan geri dönüb Müslüm əmi ilə işarə iləqaş-gözlə danışmağa girişdi. Sürücü dərhal hiss etdi ki, nəsə qeyri-adi hadisə baş verib.

Bir kənara çəkildilər. Sevincdən rəngi allanmış Kərim əlində gizlin tutduğu bir sənədiali təhsil haqqında diplomu Müslüm əmiyə verdi. Diplomun arasında da 10 dənə şaxlı yüzlük pul. Kərim dili dolaşa-dolaşa dedi:

Maşını təmizləyəndə tapdım! Bizimki gətirdi. Heç mal satışından bu qədər qazancımız olmazdı. Özünüz bildiyiniz kimi, bölərsiniz. Mənim payıma da düşər-düşər. Sənədi saxlamaq sizlikdir. İstəyirsiniz, saxlayın. İstəyirsiniz, atın getsin.

Tapıntıdan heyrətlənən Müslüm əmi köməkçisini yanlış fikrindən daşındırdı:

Günaha batma. Əmanətə xəyanət olmaz. Sənədi qoruyub saxlayaq. vaxtsa yiyəsi çıxıb itiyini axtaracaq. Onda diplomu pul ilə birlikdə sahibinə verib, əvəzində «sağ olalarıq. Bu «sağ olun qiyməti ölçüyəgəlməz olacaq.

Kərim cavabdan məyuslansa da, deyilənlə barışmalı oldu. Axşam qonaq ev sahibini vəziyyətdən hali etdi:

Kiminsə qiymətli sənədiali məktəbi bitirmək haqqında diplomu maşında qalıb. Yəqin rayona gələnlərdən olacaq. Sənəd məndədir. Soraqlaşan olsa, ünvanımı deyərsən: Gəncə şəhəri, Abdulla Şaiq küçəsi, 2. Etibarlı əldədir. Sahibi tapılana qədər sənədi qoruyacağam. İş yerimi bilirsən: şəhər taksi parkının şoferiyəm: Müslüm Cəlil oğlu Məmmədov.

Bundan sonra gərgin axtarış-soraq başlanır nəticə verir. Sən demə, sənəd itirən kəs Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu imiş. Yaxşı ki, diplom da salamat durur, pulu da. İndi onu sahibinə qaytarmaq lazımdır. Necə? Kimin vasitəçiliyi, köməkliyilə? Onu da biləcəyik.

Taksi parkının direktoru işçisi Müslüm Məmmədovu yanına çağırtdırıb deyir:

Şəhər hərbi komissarlığının rəhbəri mənə zəng vurub xahiş etdi ki, siz onun yanına dəyəsiniz.

Müslüm əminin təhəri pozulur, komissarla köhnə toqquşması yadına düşür:

Məni çağıran Məmmədhüseynovdur?

, odur. Hörmətli adama oxşayır.

Siz hörmətli adam tapdınız Getməyəcəyəm.

Ertəsi gün direktor işçisinə təkrar ağız açmalı olur:

Polkovnik yenə zəng eləmişdi. Məhz sizinlə görüşmək istəyir. Yəqin vacib sözü var. Danışığının tonundan duydum ki, xoşməramlı söhbət olacaq. Bəlkə, muştuluq da aldınız. Görüşməyinizi məsləhət bilərdim. Əslində, bu dəvətdən, çağırışdan məmnun olmalısınız. Bəzən zabitin sıravi əsgərə işi düşür. Dünyadır

Sürücü onu saymayan, haqlı xahişinə soyuqqanlı yanaşan polkovniki qaba hərəkətinə görə bağışlaya bilmirdi. Bu dəfə görüş barədə razılıq alınmır. Görünür, polkovniki iradəsinə qarşı dura bilməyən bir qüvvə idarə edir. Üçüncü zəngdən sonra sürücü inadından əl çəkir.

Onlar hərbi komissarlıqda görüşürlər. Müslüm əmi qarşısındakı vəzifə, hökm sahibinin davranışına, yumşaq jestlərinə mat qalır. Komissar sürücünün keyfini soruşur, işlərinin gedişilə maraqlanır. Bu gəzişmələrdən sonra mətləbə keçir:

Müslüm kişi, səndə qiymətli bir sənəd, əmanət varmı?

Hələ bir şey kəsdirə bilməyən sürücü cavab verir:

Var.

Polkovnik gülümsünərək əlini həmkarının çiyninə qoyur:

Sabah saat 2- bizdə ol. Ancaq sənədi götürməyi unutma.

Müslüm əmi təəccüblənir:

Xeyir ola?

Sabah biləcəksən.

Ertəsi gün Müslüm əmi əlindəki kiçik bağlama ilə dəvət olunan ünvana varid olur. Onu polkovnikin özü qarşılayır. Sağ tərəfində ayaq üstə duran xanımının da parlaq gözlərindən sevinc çağlayır. Sol tərəfində yolda gördüyü ucaboylu, şıq geyimli həmin cavan oğlan. Sən demə, zövcəsi itiyi tapmaq üçün ərinə «tapşırıq» veribmiş. Tapşırıq yerinə yetirildiyi üçün hamı şad görünür. Uğurlu əməliyyatın şərəfinə zəngin stol açılmışdı. Ev yiyəsi masa arxasında oturmaq üçün təklifdə bulunur.

Hələ bağlama açılmamışdı. Səbirsizlik yüngüllük olardı. Hərə öz təamını qarşısına çəkir. Üç qədəhə konyak süzülür. Evin xanımı qədəh həmrəyliyindən azaddır. Polkovnik ilk sağlığı həmyerlisi sandığı Müslüm əminin şərəfinə içməyi təklif edir. Qədəhlər toqquşmaqla deyilənləri təsdiqləyir. Yalnız iki qədəhpolkovnikin qaynının qədəhləri boşalır. Müslüm əmi, ümumiyyətlə, içkidən yan duran adam idi. Sükan arxasında oturmağın buna dəxli yox idi. Ev sahibi ötənlərimənimlə bağlı toqquşmanı da xatırlayır. Qonağı haqqında olduqca xoş sözlər söyləyir. Toqquşmanın da xeyri olduğunu bildirir:

Sən demə, çəkişməyimiz bərkiməyimizə qulluq edirmiş.

Polkovnik sonra qaynıLomonosov adına Moskva Dövlət Universitetinin məzunu, parlaq gələcəyi olan cavan oğlanın sağlığını dilə gətirir. onun gələcək uğurlarında itmiş diplomu tapan onu həssaslıqla qoruyub saxlayan sürücünün əvəzolunmaz xidmətlərini xatırladır:

Səni evimə çağırdım ki, itiyi təqdim edəsən, əvəzində mən səni mükafatlandıracağam.

Məsələ bəlli. Dəmir qapının taxta qapıya işi düşdüyü aydınlaşır. Bu sözlərdən sonra Müslüm əmi bağlamanı ehtiyatla açır, tapdığı diplomu onun içində olan 10 dənə şax yüzlüyü ev sahibinə təqdim edir.

Sən demə, Məmmədhüseynov da əvvəlcədən cavab tədbiri hazırlayıbmış. O, diplomu götürüb sahibinə verir. 10 dənə şaxlı yüzlüyü əlavə olaraq özünün konvertə qoyduğu şəxsi mükafatını qonağına təqdim edir ürəkdən dillənir:

Sən itiyi sahibinə qaytardın. Bunu ancaq sənin kimi mərd, gözütox adam eləyər. Mükafatları götür, halalındır!

Müslüm əmi süfrə arxasında oturanları nəzərdən keçirib, mükafatları gerisahibinə qaytarır çoxçalarlı məna ilə deyir:

Polkovnik, mənim adım Müslümdür!.. Mənə mükafat lazım deyil. Mən insani borcumu yerinə yetirmişəm. Qaldı dayım oğlunun məsələsi. Yetim yaza çıxdı, qışın pisliyi özünə qaldı. Üstümü unlu görüb məni dəyirmançı sanma. Biz azdan-çoxdan bu dünyanın işlərindən bir şey bilirik. Sözümü balabanda deyirəm: Qəribin işi var Kamçatkada?.. Kamçatkanı kamçatkalılar qoruyacaq.

Deyilən sözlər polkovniki tutur o da öz mərdanə gedişini edir:

Müslüm kişi, bundan sonra mənim evimin , idarəmin qapısı sənin üzünə açıq olacaq.

No description available.No description available.

No description available.

Türkiyə, İstanbul şəhəri. Maarif Göytürkün və Amalya Məmmədovanın ailəvi – uşaqlı, nəvəli şəkilləri

GÖRÜM, AY BƏY

Hər sınaqlı hal yetimi daha tez yaxalayır. İllah da ki, sevgiSevgi, əzabı çəkənlərin qəlbində yuva qurmağa üstünlük verir. Sevgi yaşına çatmışdım. Fikirləşirdim ki, ailənin sayını 2-likdən xilas edib 3-lüyə qaldırmaq qarşısıalınmaz bir hissdir. Gəlin gəlsə, arzulanan 3-lük reallaşar. sonra uşaqlar ard-arda gəlib durna qatarına bənzəyər. Bu hiss arzudan toxunan bəzəkli köynəkdir. Xoş arzunun alt qatında maddi ehtiyac, ev-eşik qayğıları çətin keçilən sədd kimi dayanır. Sevgi isə daha iradəlidir. O, səni çətinlikləri dəf etməyə məcbur edir. Qəbul etməsən, vay halınaOnu da bil ki, sevgi zəifləri əsir götürməyi sevir.

Bu hiss məni axşam məktəbində (gündüz fəhləlik edirdim) yaxaladı. Sinif yoldaşım Şəfiqə xanıma vuruldum. Sevginin öz «xəbərlər agentliyi» var. Bu agentlik az vaxt içində sirrimi hər yana bəyan elədi. Əvvəlcə anam bildi: oğlu sevir, ailə qurmaq istəyir. Hansı maddi imkanla? Bu sual məyusluq yaratsa da, anamın gözləri işıq saçırdı. Ümidli ana idi. oğlunu bu qərardan çəkindirmədi. Əksinə, göydə Allaha, yerdə yeznəsinəbacısının əri Müslüm kişiyə sığındı: «Allah yaratdığını darda qoymaz».

İşləyirdim, əlimə bir az sərmayə gəlmişdi. Ancaq bu qənimət, bu yığım evlənməyə bəs etməzdi. Məyuslanıb dəryada gəmimin batmağına imkan vermirdim. Bilirdim ki, Müslüm əmi dayısı oğlunu darda qoymayacaqdı.

Sevgi Fərhada dağ yardırdı, mənə gəlin otağı tikdirdi. Artıq arzu qatarı maneələri aşa-aşa yoluna davam edirdi. Elçi gedildi, «» alındı, toy tədarükünə başlandı. Dürüstləşdirilməmiş bir məsələ həllini gözləyirdi. Toy dəvətnaməsinə kimin imzası qoyulacaqdı? Atam Qasım kişi çoxdan dünyasını dəyişib. Anam Dürsədəfin adını yazmaq da münasib deyil. Öz toyumun həm bəyi, həm ağsaqqalı özümmü olmalıydım? Bu, gerçəkləşsə, qərarım istehza doğurar belə başıpozuq toya gələnlərin sayı kəskin azalar, çəkilən xərc özünü doğrultmaz. Müslüm əmi bu vəziyyətin həllinə hazır idi:

Mən dayım oğlunu oğlanlarımdan seçmirəm. Dəvətnamə mənim adımdan yazılacaq.

Müslüm kişinin bir günlüyə «əmilikdən» endirib «ata» tituluna yiyələnməsini qəbul edəsi oldum. Hər şey yoluna qoyuldumu? Sən demə, yox. Toyu sadəcə, bir dınqıltı ilə yola vermək olardı.

Birdən Müslüm əmi yetimin toyu ilə bağlı gözlənilməz bir addım atdı. O, qardaşlarını başına yığıb məsləhət gecəsi keçirdi niyyətini onlara açdı:

Gəlin dayımız oğluna yaddaqalan bir toy vurduraq. Şəhərə afişalar vurulub. Məşhur xanəndələr, xalq artistləri Əlibaba Məmmədov, mahir kamança ustası Habil Əliyev Əməkdar artist, tarzən Firudin Ələkbərovdan ibarət üçlük Gəncəyə qastrol səfərinə gəliblər. Habilin prokuror qayınatası ilə dostluğum var. Bunu Habil bilir. Sözümü yerə salmazlar. Mən onlarla danışıb dəstəni Qəribin toyuna gətirərəm. Qoy yetimin toyu tarixə düşsün. deyirsiniz?

Məsuliyyətli təklif idi. Ancaq qardaşlar razılığa gələ bildilər. Bir həftədən sonra (1958-ci il noyabrın 15-16-sında) toy mağarı quruldu, çalğıçılar dəstinin şöhrəti öz işini görmüşdü. Mağarda oturmağa yer tapılmırdı. Dəvətsiz gələnlərin sayı dəvətlilərdən çox idi. Yetim Qərib bəy stolunda oturduldu. Firudinin tarı, Habilin kamançası səslənib Əlibabanın ürəyəyatımlı avazını müşayiət etməyə başladı. O, üzünü Qərib bəyə tutub toy mağarına tarixi bir imza atdı:

Görüm, a bəy, toyun mübarək olsun,

Sağdışına, soldışına borc olsun!..

No description available.

ÜMİD DOĞRULDU

1967-ci ildə «Gənclik» nəşriyyatı tərəfindən ilk kitabım çıxdı. Lap anadan olan uşaq kimi balacacəmi bir çap vərəqi həcmində. Avtoqraflı kitab bağışlamağın sevincini yaşadım. Hekayələrdən ibarət kitabımı qardaşlara da bağışladım. Böyük qardaş yaradıcılığımda olan yeniliyə reaksiya vermədi. Kiçik qardaşa yazdığım avtoqrafda bu sözlər xanımının yadından çıxmırdı: «mənəvi cəhətdən borclu olduğum…». Qadın tamahıO, «mənəvi borc» sözlərini maddi borc mənasında anlamışdı. mənə tez-tez xatırladırdı: «Cavan oğlan, borcunu vaxt qaytaracaqsan? Bax özün əlinlə yazmısan ha…».

Müslüm əmi kitabıma qəribə bir baxışla nəzər yetirdi soruşdu:

Kitabın adı nədir?

Dedim:

– «İşıq».

Gülümsünüb xeyir-duasını verdi:

Yolun işıqlı olsun, bala! Zənnimdə yanılmamışam. Deyirdim axı, səndən bir şey olacaq

SON

Əziz xalam oğlu Maarif Göytürk, sən məsafəcə uzaq, könülcə yaxın Türkiyənin İstanbul şəhərində yaşayırsan, mən isə Azərbaycanda. Arada xeyli məsafə olsa da, bu yazı bizi əl-ələ tutduracaq. Mən sənin arzunu yerinə yetirdim. Elə özüm vəfa borcumdan çıxdım. Daha başlıcası, atan Müslüm kişinin ruhu şad oldu.

Avqust, 2024.
İsmayıllıGəncə.


MANŞET XƏBƏRLƏRİ