Bulud ağrıların sevinc yağışları


Описание: PHOTO-2022-10-11-11-03-16

Fazil SƏNAN

Dostum İmam Cəmillinin 70 illiyinə

Yaz, yay aylarında təbiət qoynunda gözəl­li­yin rənglərini gözünə yığdığın bir məqamda qəflətən ma­vi səmanın üzünü qara bulud­la­rın alması istər-istəməz içində bir ağrıya çevri­lir. Birdən-birə başlayan narın yağış qorxunu sevinclə əvəzlədikcə, əhval-ru­hiy­yə təd­ricən də­yi­şərək otların, çiçəklərin üzərində yağış­dan qa­lan jalənin günəş şüaları nəticə­sində qiy­mətli daşlar kimi bərq vuraraq, gözəl­liyə öz töh­fəsini səxa­vətlə bağışlaması, seyr edə­nin ruhuna əvəz olun­maz bir dinclik bəxş edir.

Torpağın suya olan ehtiyac dərdinin ağır­lı­ğından qara buludların bir-biri ilə toqquşaraq, göz yaşlarını “dostu” torpağa hədiyyə etdikdə “dostu” ilə birgə özü də məmnunluq hiss edir.

Bu təbiət hadisəsini xatırlatmaqda məqsə­dim dos­­­tum şair, yazıçı və publisist İmam Cəmillinin əsər­­­lərini bir daha nəzərdə keçirəndə, keçdiyi ömür yolu ilə baş verən həmin təbiət hadisəsi ara­sında bir oxşarlıq hiss etdim.

Oxucu gözündə sual oxunur: "Maraqlı mü­qa­yisədir. Aydınlıq gətirilsə, daha yaxşı olar".

Əziz oxucu, bir az səbirli ol və məni dinlə­məyə çalış.

***

Ədəbi aləmdə imzası şair, nasir, pub­lisist və tən­qid­çi kimi tanınan İmam Cəmilli ilə tanışlığınızın ta­ri­xini xatırlayanda göz önündə dos­tumun keçdiyi şə­rəfli ömür yolu yenidən can­landı.

İyirmiyə yaxın sanballı kitab müəllifi olan İma­mın əsərləri onun yaşadığı keçməkeşli ömür yolunun bir növ sənədli bədii ifadəsidir desək, heç də səhv etmərik.

Bu gün 70 yaşın şərəfli taxtı-tacında əyləşən İmam çönüb arxaya boylananda ömür­dən keçən günlərin havayı xərclənmədiyini gördükcə içində bir rahatçılıq hiss edir. İmam bir əlində silah Əf­qanıstan və Birinci Qarabağ müharibəsində də­fələrlə ölümlə üz-üzə gəlmə­si­nin ağrı-acısını, sonralar gə­ləcək nə­sildə mü­ha­ribəyə, onun tö­rətdiyi faciələrə nifrət hissi oyatmaq məqsədi ilə müxtəlif ədəbi janr­larda qələmə almışdır.

İçində gəzdirdiyi ağrıları ilk əvvəl lirik şeir­lə­rin­də, sonralar poemalarında, publisistika­sında və he­ka­yə­lərində əks etdirən İmam Cəmilli özün­dən razı qal­ma­dığını hiss edərək daha geniş ədə­bi ərazi axtarışına çıxmışdı. Sonda söz köhlənini hər tərəfə dördnala ça­pa biləcəyi roman janrında ağrılardan doğan sevinc yaşları ilə dərindən nəfəs alması ilə rahatlandı.

İmam Cəmillinin həyat və yaradıcılığı haq­qında vaxtilə yetərincə söz demişəm. Ona görə onun son za­manlarda "Təzadlı dünyanın təzadlı adamı" (Bakı, "Ecoprint", 2021) və "Yaddaşımın ağrıları" (Bakı, "Elm və təhsil", 2024) çap olu­nan iki romanı haq­qın­da müəllifin ağrılı dünya­sın­dan sevincə doğru uza­nan yola yığcam bir işıq salmağa çalışacağıq.

* * *

Romanla tanış olan oxucu, romanın adının "Tə­zadlı dünyanın təzadlı adamı" adının hadisə­lə­rin özün­dən doğduğunun şahidi olur. Doğrudan da dünya təzadlı hadisələrlə doludur. Təzadlı olan dünya mü­hi­tinə görə insan yetişdirir. Əsərin baş qəhrəmanı Vü­qar da həmin təzadlı dünyanın tə­zadlı adamına çev­rilir. Həssas oxucu bilir ki, Vü­qar istər istəməz təzadlı bir həyat yaşamalı olur.

Vüqar saf, təmiz insandır. O, təmizliyi ilə ona düşmən gözü ilə baxan Zeynalı hərəkəti, dav­ra­nı­şı ilə tərbiyə edib dosta çevirir. "Vü­qar, sən mənim hə­ya­tı­mı məhv olmaqdan qurtar­mısan. Bundan böyük yax­şılıq?" – deyən Zeyna­lın sözləri Vüqarın necə bir in­san olmasının sə­ciyyəsidir.

Vüqar Xalidə ilə ailə qursa da ailə uzun ömür­lü olmur. Bir-birini nə qədər sevsələr də Xa­lidə ana ola bilməyəcəyini dəqiqləşdirəndən son­­ra anasının məs­lə­həti ilə Vüqardan ayrılmağı qərarlaşdırır. Xalidə mə­nən çox yüksək qadındır. Sonsuz sevgisinə bax­mayaraq evin tək oğlu olduğunu nəzərə alıb Vüqarın övlad sahibi olması üçün öz sevgisinin üstündən xətt çəkir.

Hərbi xidmətə yola düşən Vüqar bir neçə ay­dan sonra Əfqanıstana göndərilir. Müəllif Vü­qa­rın Əf­qa­nıs­tan həyatının o qədər canlı və real təsvir edir ki, oxu­cu özünü hadisələrin iştirakçısı sırasında bilir. Çün­ki müəllif hadisələrin müşahi­də­çisi olmaqla ya­na­şı, həm də istirakçısıdır.

Romanın Əfqanıstanla əlaqəli hissəsində əf­­qan xal­qına "azadlıq və demokratiya" aparan iş­ğalçı sovet ordusuna qarşı əfqan xalqının mü­barizəsini məharətlə ümumiləşdirən müəllif, yük­sək çinli sovet zabit­ləri­nin əsir və itkin düşən əs­gərlərin tabutunda cənazə əvə­zinə narkotik gön­də­rilməsi məsələsi ilə orduda bə­zi zabitlərin al­çaq­lıq və rəzilliyini məharətlə açıb gös­tə­rir.

Maraqlı kompozisiya quruluşuna malik olan ro­manda hadisələr bir-birindən doğur və hadisə­lər ara­sında daxili bir bağlılıq var. Oxucu hadisə­lə­rin biri digərini əvəzləməsində bir bütövlük gö­rür.

Əsir düşən Vüqarın ölüm ayağında Kəlme­yi-şə­hadətini söyləməsi, onu ölümdən xilas edir. Mil­yonçu Zülfüqar Kərimi tərəfindən pulla alı­nan Vüqarın hə­yatında yeni bir mərhələ başlayır. Əsir düşmüş sovet əsgəri Vüqarın qulluqçu kimi alınıb aparılması, itkin düşmüş kimi qeyd olunur və ailəsinə tabutda həlak ol­muş əsgər kimi “cə­na­zəsi” göndərilir.

Tabutun açılmasına icazə verilmədən dəfn edi­lir. Ailə göz yaşı içərisində yas mərasimi ke­çi­rir. La­kin bir neçə gündən sonra gecə Vü­qa­rın "qəbri" açılır, tabutda göndərilmiş narkotik gö­türülür və ye­nidən "dəfn" olunur.

Ağrı-acılarla yaşayan Vüqar özü də bilmə­dən se­vincə doğru addımlayır. Belə ki, Zülfüqar Kə­ri­mi­nin yeganə qızı Fatimənin Vüqara qarşı olan rəğbəti gözlənilmədən onun həyatını tamam dəyişir.

Fatimənin Vüqara olan sevgisi sonda onun­la ailə qurması ilə nəticələnir.

Xaricdə təhsil almış, dünyagörüşlü Fatimə ata­sı­nın narkotik sahələrini ləğv edib yerində kənd tə­sər­rü­fatı qurması yazıçının insanları məhv edən ağ ölü­mə qarşı üsyanı deməkdir. Fatimənin bu hərəkəti, nar­kotikin açıq şəkildə Əfqanıstanda əkilib becə­ril­mə­­sin­də qaranlıq mühitdə uzaqdan güclə se­zi­lən bir işığa bənzəyir. Gec-tez Əfqanıstanda narkotik bitki­nin əkilib-becərilməsinə qada­ğa qoyulacağına yazıçı oxucunu inandıra bilir.

Əfqanıstanda on ilə yaxın işğalçı müharibə apa­ran sovet ordusu məğlub ordu kimi geri dön­mə­li olan­dan sonra əsir düşmüş sovet adamla­rın­dan sağ qa­lanların da vətənə dönmək arzuları baş qaldırdı. Be­lə əsirlərin ümumi­ləş­di­ril­miş obrazı olan Vüqar surətinin düşün­cələrində yazıçı Və­tən sevgisini inan­dırıcı, təbii boyalarla verməsi gənc­ nəsildə vətən­pər­vər­lik tərbiyəsində əhəmiy­yət­li rol oynayır.

Böyük sərvət sahibi olan Vüqarın baxış­la­rın­da həmişə nisgilliyi müşahidə edən Fatimə oğlu Müs­lü­mə və həyat yoldaşına son­suz məhəbbəti olmasına bax­mayaraq Vüqarı öz vətəninə yola salmağın təşəb­büs­karı olur. Bunu ancaq Fatimə kimi mənəvi ba­xım­dan zəngin və fədakar qadınlar bacara bilər. Fatimə­nin yazıçı tərəfindən işlənmiş müsbət keyfiyyətli xa­rakteri onun ideal bir obraz kimi oxucu yaddaşında müs­bət Şərq qadını kimi qalmasına səbəb olur.

Vətənə dönüş sənədlərini hazırlayandan son­ra Vüqar təyyarə ilə Almaniyaya, oradan isə İsveçrəyə uçur. İsveçrədə sovet səfirliyində işlə­yən Lyudmi­la­nın yanına qəbula gedir və Fati­mənin məktubunu ona verir. "Məktubun o üzünə, bu üzünə baxan Lyudmila Petrovna məktubun ağzını açaraq oxumağa başladı.

– Demək siz Fatimə Kərimli ilə evlənmi­siniz?

– Bəli.

– Yaxşı qız idi. Mənim ən yaxın rə­fi­qəm idi. Bir yerdə çox olmuşuq. Moskvada oxu­mağın təsiridi, sovet adamına hörmətlə ya­na­şıb. Sağ olsun Fatiməni. Yaxşı oğlan seçib həyat yol­daşı üçün..."

Vüqarın başına gələnlərlə və Fatimənin mək­tubu ilə tanış olan Lyudmila "Çox maraq­lı­dır. Sevib ailə qur­duğun bir adamı bilə-bilə əlin­dən burax. Bir az ina­nılası söhbətə oxşamır" mə­sələyə şübhə ilə ya­naş­sa da qarşısındakı reallığa inanmalı olur.

Lyudmila ilə tanışlıq Vüqarın həyatında yeni bir sə­hifə yaşatmalı olur. Vüqar isə istər-istəməz bu Don­ju­an­lıq taleyinə boyun əyməli olur. Qı­na­malı deyil. Ay­­rı yolu yoxdur. Vətəninə və doğ­ma­larına qovuş­maq üçün taleyinə yazılmış macə­ra­lı gedişdə təzadlı bir insana çevrilir.

Lyudmilanın arzusuna qarşı etiraz edə bil­mir. Bur­da oxucu qınağına tuş gələn Vüqar, və­tən həs­rə­ti­nə son qoymaq ümidi ilə rus qızı ilə bir neçə günlük ev­lilik həyatı yaşamalı olur. Bir məsələni də vur­ğu­lamaq yerinə düşər ki, Vüqarın qarşılaşdığı qadınlar öz sevgilərində haqlıdırlar və sevgilərinə görə də Vü­qara bacardıqları kömə­yi edirlər. Vüqarın hə­ya­tında olan qadın­la­ra haqq qazandırmaq olar. O qa­dınların bir gü­na­hı var ki, ilk baxışdan bu cazibədar oğlana vu­ru­lurlar.

Gözəllik, cazibədarlıq başa bəla olsa da, Vü­­qarı bir çox bəlalardan xilas edir. Burda Ya­ra­da­na tə­şək­kür etmək lazımdır ki, yaratdığı bən­də­sinə keçmə­keş­li ömür yazsa da əvəzində ona gö­zəllik, cazibədar­lıq­la bərabər, insanı xarakter və ağılda bəxş etmişdir. Be­lə yerdə müdriklərin sı­naqdan çıxmış bir sözü var: "Allah bir tərəfdən alanda, digər tərəfdən də verir". Vüqarın taleyi kimi.

Lyudmilanın köməyi ilə doğmalarına qovu­şan Vü­qarın gəlişi eşidib bilənlərdə heyrət ni­da­sının ya­ran­masına səbəb olur. "Ölü dirilib" həqiqəti ilə barı­şan­larda inanıl­maz bir sevincin şahidi oluruq.

Günlər, aylar keçir, qohum-əqrəba tez-tez Vü­qa­ra ata-anasının qocaldığını nəzərə alaraq ev­lənməsini məsləhət görürlər.

Lakin Vüqar açıb deyə bilmir ki, mən ailəli­yəm, hətta bir övladım da var. Sonda ailədə olan çətinliyi nəzərə alan Vüqar, bir də Əfqanıstana getməyin qeyri mümkün olduğunu başa düşüb uzaq qohumlarının qızı Nazlı ilə ailə həyatı qu­rur. Nazlıdan yeni öv­lad­ları dünyaya gəlir.

Bir gün təsadüfən gənclikdə ilk sevgisi olan Xə­ya­lə ilə qarşılaşır. Söhbət zamanı məlum olur ki, Xə­ya­lə Vüqarı sevməsinə baxmayaraq məc­bu­rən baş­qa­sı ilə ailə qurub. İki uşağı var, yol­da­şı vəfat edib. İs­tə­yən olsa da, razılaşmayıb, için­də ümidin zəif işığına ar­xalanaraq Vüqarı gözlə­yib. İnanıb ki, nə vaxtsa Vü­qar qayıdacaqdır. Son­ralar Vüqar şəhərdən ev alıb, uşaq­ları ilə bir­likdə Xəyaləni rayondan şəhərə kö­çür­dür. Xəya­lə­nin uşaqlarının böyüməsi, oxuması üçün Vüqar həmişə maddi köməklik göstərir.

Birinci Qarabağ savaşı başlayanda erməni tə­­­ca­vüzkarlarından torpaqları müdafiə etmək məq­­sədi ilə yaradılmış könüllülər dəstəsinə yazı­lan Vüqar, ikinci dəfə döyüş meydanına yollanır. Döyüşlərin birində ağır yaralanan Vüqar həkim­lə­rin sayəsində sağ qalır və ordudan tərxis olu­nur. Ordudan tərxis olunsa da Vüqar tez-tez cəb­hə­də döyüşçülərə yardım aparır, xəs­təxanada yaralılara baş çəkir. Vətən eşqi ilə alışıb yanan keçmiş döyüşçü, ermənilərin vəhşilikləri ilə heç cür barışa bilmir. Havadarlarının köməyi ilə er­mənilər yeni müstəqillik qazanmış Azərbaycanın iyir­mi faiz torpaqlarını işğal edir və bir milyona yaxın azərbaycanlıların doğma yurd-yuvalarından məc­bu­rən qaçqın olmasına səbəb olurlar. Atəş­kəs elan olun­sa da Vüqar da başqa azərbaycanlı­lar kimi içində in­ti­qam hissi ilə acı həqiqətlə barışmalı olur.

Aradan neçə illər keçsə də Vüqar Fatiməni unu­da bilmir və ona dediyi "qayıdacağam" sözü­nü xatır­la­yanda özü-özündən utanır.

Son zamanlar Vüqar tez-tez Fatiməni yuxu­da gö­rür və fikirləşir ki, indiyə kimi yuxuma gir­məyən Fa­timənin başında nəsə var. İçində Fati­mə ilə gö­rüş­mək arzusunun baş qaldırması istə­yinə qarşı çıxa bil­mir. Bulanlıq sular durulmuş, qırmızı imperiya da­ğılmış, Azərbaycanda de­mok­­ratik və hüquqi bir döv­lət qurulmuşdu. Vü­qarın verdiyi ərizəyə müsbət ca­vab gəlmişdi. Onun Əfqanıstana getməsinə icazə ve­ril­mişdir.

Axşam süfrə başında Vüqar ailədə ilk dəfə ola­raq Əfqanıstanda ailəsi olduğunu söyləyir. Hət­ta Fa­ti­mə­dən Müslüm adında bir oğlu ol­du­ğu­nu bilən anası Zöh­rə arvad "O da mənim nə­vəm­dir, gələndə gətir heç olmasa bu yaşımda nə­vəmi görüm" deyir.

Nazlının qısqanmaması, məsələni razılıqla qar­şı­la­yıb Vüqarın yol çantasını hazırlaması, hə­yat yol­da­şı­nın ürək genişliyini görən Vüqar məm­nun­luğunu giz­lətmir.

Vüqarla Fatimənin görüş səhnəsinin canlı təs­­viri oxucuda kövrək hislərin yaranmasına sə­bəb olur.

Vüqar Fatimədən ayrılandan sonra başına gə­lən­ləri söyləyir. Fatimə Vüqarı dinləyəndən sonra "Mən bilirdim ki, sənə gəlməyə icazə ver­mə­yəcəklər. Mək­tub yazıb əlaqə saxlamağa ehtiyat etməyin hər halda salamat qalmağın üçün olub" deməsi ictimai-siyasi və­ziyyəti düzgün qiymətləndirməsidir.

Atasının gəldiyini sevinclə qarşılayan Müs­lü­mün, qanında azərbaycanlı əxlaqına xas men­talitetin ol­masını görməmək mümkün deyil. Belə ki, neçə il sev­diyi qıza elçi göndərmək üçün atası Vüqarı göz­ləməsi Müslümü oxucu gözündə daha da ucaldır. Vü­qar oğlunun toyunda iştirak edir.

Artıq ailənin işi öz axarı ilə davam edir. Vüqar tez-tez ailəsinə pul göndərir. Vüqarın göndərdiyi pul­ların hesabına Zöhrə arvad yaxşı ev tikdirmiş və hə­yət-baca düzəltdirmişdir.

Vüqar ailəsi ilə görüşmək üçün bir aylıq Azər­bay­cana gəlir. Bir axşam süfrə başında əyləşdikləri zaman televizorda "Səni axtarıram" verilişində bir oğ­­lanın "Atamı axtarıram" deməsi Vüqarın diqqətini cəlb edir. Oğlan ata-anası ilə bağlı məsələni danı­şan­dan sonra şəkili göstərərək: “Atam Vüqar Hüseynli, anam Lyudmila Petrovnadır. Şəkildə gördüyünüz ata­mı axtarıram” deyə səslənir. Sevincək studiyaya zəng vuran Vüqar: "Vüqar Hüseynli mənəm. Səhər studi­ya­da olaca­ğam" – deyir.

Studiyada başına gələnləri qısa söyləyən Vüqar sonda fikrini aşağıdakı kimi yekunlaş­dı­rır: "Heç vaxt bu fikirdə olmamışam ki, hər ölkədə bir ailəm, uşa­ğım olsun. Sizə söylədiyim kimi bunlar hamısı mü­ha­ribənin günahıdır ki, indi çox­larının gözündə mənim günahım kimi görü­nür. Amma mənim bəxtim bir şey­də gətirib ki, bəxtimə həmişə yaxşı qadınlar çıxıbdı. Fatimə də, Nazlı da, Lyudmila da məni sevən və başa düşən qadınlardır. Maraqlıdır ki, həmin qadınlar heç biri o birini qısqanmır... Mən bu müxtəlif millətlərdən olan övladlarımı eyni məhəbbətlə sevirəm. Mənim vəzifəm bu ögeyliyi aradan qaldırmaq, hamısında doğmalıq hissini tərbiyə etməkdir və s".

Əsərin sonundan görünür ki, Vüqar uşaqlar ara­sında elə bir məhəbbət yarada bilir ki, hamısı özünü doğma və vahid bir ailə hesab edir. Qardaşlar bir-bi­rinə dəstək olmaqla bərabər, hər biri ayrılıqda yaxşı sərvət sahibi olurlar.

Ağrıların sevinc yaşlarını yaşayan Vüqar artıq yaş­laşıb. Bədənində Əfqanıstan və Birinci Qarabağ müharibəsinin qəlpələrini gəzdirən Vü­qar, ağrılarını unutmaq üçün tez-tez sanatori­yaya və kurortlara üz tutmalı olur.

Roman haqqında fikrimizi Fatimənin görüş za­manı Vüqara söylədiyi fikirlə yekunlaşdırırıq:

"Görünür təzadlı dünyanın işləri həmişə səni axtarıb tapır. Dəyişmisən, bir az da yaşlaş­mı­san".

Doğrudan da dünyanın qəribə, təzadlı iş­lə­ri çox­dur. Vüqarın başına gələn macəralar kimi.

* * *

Yazıçı İmam Cəmillinin axırıncı romanı "Yad­da­şımın ağrıları" (Bakı. "Elm və təhsil", 2024) ad­la­nır.

Romanın baş qəhrəmanı Salehdir. Əsərdəki ha­di­­sələr onunla bağlı və onun ətrafında cərəyan edir. Öm­rünün ixtiyar çağını yaşayan Saleh yolunun qü­ru­ba yaxınlaş­dığını bildiyi üçün vaxtının çoxunu sevə-sevə saldığı bağçada keçirir. Nəvəsi Səməndlə ağac­la­­ra qulluq etməyi xoşlayan Salehin məqsədi bala­ca nəvəsində təbiətə məhəbbət aşılamaq və dün­yadan kö­­çəndə sevdiyi bağçanı etibarlı əllərə tap­şırmaqdır.

Məktəbli Səmənd babasından ağacların "di­li"ni öyrəndikcə sevinir və çalışır ki, hər bir işdə babasının yanında olsun, onun ağıllı məsləhətlə­rini dinləsin. Nə­­vəsinin yaxşı oxuması, zəhmət­dən qorxmaması, öy­rənmək, görmək həvəsini gö­rən baba Səmənd və dos­­tu Nazimlə birlikdə Göy-gölə, Maral gölə sə­ya­hə­tə çıx­malı olur. Səyahət zamanı təbiəti ya­xın­dan gö­rüb tanıyan Səmənd babasının əlavə mə­lu­mat­la­rını din­lədikcə və çəkdiyi şəkilləri yoldaşlarına fəxr­lə gös­tərəcəyi ilə özlüyündə qururlar.

Müəllif əsərdə baba nəvə münasibəti ilə gü­nü­mü­zün aktual məsələsinə toxunur. Belə ki, pedaqoq kimi ya­ra­dılmış baba obrazı yetişməkdə olan yeni nəs­lin düz­gün tərbiyə olunmasına, xüsusən zəhmətə, elmə yö­nəlt­məklə gələcəkdə vətəndaş yetişdirilməsi məsə­lə­si­ni ön xəttə çıxarır. Baba öz həyat təcrübəsinə əsas­la­naraq bilir ki, bu gün zəhmətə alışan nəvəsi gə­lə­cəkdə ələ­ba­xımlıqdan xilas olur.

Nəvəsinə verdiyi tapşırıqların necə yerinə yeti­ril­məsinə nəzarət edən babanın içindən bir səs keçir: "Allaha şükür. Qoçaq uşaqdı. Yurd ki, qoçaq, fə­ra­sət­li uşağa qaldı, demək, o yurd boş deyil. Yox, Sə­mənd baba ocağında yanan çırağı sönməyə qoy­mayacaq. Daha, bu fani dünyadan ra­hat köçə bilərəm".

Romanda baba nəvə münasibətləri ilə qar­şı­la­şan­da, istər-istəməz proletar ədəbiyyatı­nın ba­ni­si, bö­yük rus yazıçısı Maksim Qorkinin babası haqqında yaz­dıqları göz önünə gəlir. Qorkinin ba­ba­sı nəvəsinin gecə şam işığında kitab oxudu­ğu­nu görcək, hirslənib şamı söndürür ki, kitab oxu­masın. Gündüzlər isə məc­bur edir ki, gedib işlə­sin, dilənsin. Fərqi yoxdur, təki axşama babasına araq pulu gətirsin. Səmədin babası isə nəvəsini zəhmətə və elmə həvəsləndirir.

Təzada baxın. İki babanın aralarındakı fərqi gö­rəndə Qorkinin həyatına acımaya bilmirsən. Nə isə, məqsəddən uzaqlaşmayaq.

Nəvəsi ilə bağçada işləyərkən qəflətən Sa­lehin halı pisləşir. Xəstəxanaya yerləşdirilən Sa­leh, dostu Paşa həkimin köməyi nəticəsində aman­sız ölümün caynağından xilas olur və bun­dan sonra oxucu üçün yeni səhifə açılır. Tənha olan zaman istər-istəməz xə­yal Salehi yaşadığı ömrün keçmişinə, yaddaşında ili­şib qalmış xati­rələr burulğanına doğru çəkir. Bu za­man Saleh ömrünün maraqlı səhifələri bir-bir çev­ril­dikcə oxucuda ha­di­sələri izləmək marağı daha da art­mağa baş­la­yır. Müəllif yaddaşın ağrıları adlandırdığı hə­min hadisələri sadə, rəvan bir dillə diqqətə çatdırır.

Ucqar bir dağ kəndində Cəlal kişinin ailə­sində dünyaya gələn Saleh tədricən atasından zəh­mət­se­vər­lik, qorxmazlıq dərsi aldıqca onda qarşıya çıxan çə­tinlikləri dəf etmək bacarığı formalaşır. Bunu Cəlal kişinin danasının itməsi məsələsində aydın görmək olar.

Yazıçı bu səhnəni yaratmaqla Salehin xa­rak­tercə dinamik bir obraz kimi inkişafını hadi­sə­lərin fonunda göstərir. Hadisələrin gərginliyində müəllifin yumoris­tik səhnələrdən istifadə etmə bacarığı oxucu təbəs­sü­münün görünməsinə səbəb olur.

Saleh artıq orta məktəbi qurtarmaq ərəfəsin­də­dir. Ata narahatdır. Çünki ucqar dağ kəndində öv­la­dı­na yaxşı təhsil vermək üçün qarşıya çıxacaq çətin­lik­ləri əvvəldən gördüyü üçün şəhər ətrafına köçməyi qə­rarlaşdırır. Köçmək məsələsi Salehin ürəyincə ol­ma­sa da etiraz edə bilmir. Salehin içindəki etirazına səbəb orta məktəbi birgə oxuduğu Billurəyə olan sev­gisidir. Cəlal kişinin ailəsi köçüb şəhərətrafı ra­yon­ların birində məskunlaşsalar da, Saleh ürəyini ucqar dağ kən­dində qoyur. Ali məktəbin birinci kursunu bi­tirincə Billurə həsrəti Salehi rahat buraxmır. Yay tə­ti­li zamanı doğma yerlərə qonaq gedən Salehin ən bö­yük arzusu Billurə ilə görüşməkdir. Saleh qıza söz vermişdir ki, onu gözləsin. Billurə gözləyəcəyinə söz versə də ayrılıq həsrəti tədri­cən qızı içindən əritməyə başlayır. Və nəhayət...

Görüş arzusu ilə gələn Saleh Billurənin dün­ya­sı­nı dəyişdiyini eşidəndə, sanki gözünə qa­ranlıq çökür. Bu ağrını neçə illər unuda bilməyən Saleh ali məktəbi bitirir, işə də düzəlir və ailə­sinin evlənmək təklifi ilə razılaşmır. Məsələni bi­lən Cəlal kişi oğlunu bu sıxın­tı­dan qurtarmaq üçün hökmən Salehi evləndirməyi qarşısına məq­səd qoyur. Bu məqsədlə Cəlal ar­vadı Nur­cahan və Salehlə birlikdə uzaq qohumları Əlöv­sət­gilə "qonaq" gedirlər. İlk baxışda Reyhanı görən Sa­leh bir anlığa təəccüb qalır və "Doğrudanmı bu Bil­lu­rə­dir? İnsan insana bu qədər də oxşayarmı?" – deyə dü­şünür. Reyhanın simasında Billurəni görən Sa­leh evlənmə təklifi ilə məmnuniyyətlə razılaşır.

Müəllif romanda hadisələri paralel apar­maq­­la bə­rabər, maraqlı bir situasiya yaradır. Salehin yad­da­şın­dakı xatirələri çözməklə bərabər, həm də sağ­lam­lı­ğının bərpa olması üçün hadisələrin ge­di­şatının tez-tez bir-birini əvəzləməsi, oxucu ma­ra­ğını daha da ar­tırır. Müəllif qəhrəmanın sağ­lam­lığının bərpa məsə­lə­sini önə çəkməklə, oxu­cu­sunda bir arzunun oyan­ma­sına səbəb olur. "Saleh kişiyə heç bir şey olmasın". Əgər Saleh dünyasını də­yiş­sə, oxucu intizarda qal­malıdır. Oxucunun dua­sı müəllif qələmi ilə birləşərək Salehin sağ qal­ma­sını arzulamaqdır.

Saleh səxavətli olmaqla yanaşı, yaranmış şə­ra­itdən imkan daxilində istifadə etməyi baca­ran adam­dır. Bunu o, işlədiyi mədəniyyət evi­nin işçilərinin "Xalq yaradıcılığı festivalı"na ge­dərkən göstərdiyi əməl­ləri ilə sübut edir. Belə ki, satdığı ərik­dən əldə et­­diyi gəlirin çoxunu yoldaşları üçün xərcləməsində görmək olar. Festivalda ikin­ci yerin qalibi olan Saleh işlədiyi mədəniyyət evinin işçiləri təltiflərlə geri qa­yı­dır. Aradan kiçik bir zaman kəsiyindən sonra res­pub­li­kada fəaliyyət göstərən mədəniyyət evlərinin iş­çi­lə­rin­­dən bir qrup turist kimi Bolqarıstana səfərə gön­də­ri­lir. Həmin qrupun tərkibində Saleh də iştirak edir. Qrupun məqsədi gəzmək və görməklə ya­na­şı, həm də Azərbaycan mədəniyyətinin təbliğidir.

Bolqarıstan səfəri Salehin taleyində yeni bir sə­hi­­fə açır. Müəllif Bolqarıstan səfəri zamanı tarixi ha­di­sələri xatırlaması, qə­dim abidələr haq­qında mə­lu­mat­ları ilə türkçülüyün tarixi ilə oxucunu tanış edir.

Bolqarıstan səfəri zamanı hadisələr şaxələ­nə­rək paralel xətt üzrə inkişaf edir. Bir xətt Bol­qarıstanı tarixi, coğrafi, iqtisadi və siyasi baxım­dan ölkə kimi oxucuya tanıtmaq, digər xətt isə Fulya Saleh mü­na­sibətləridi.

Marketdə təsadüf nəticəsində tanış olduğu türk qızı Fulya Öztürk İbrahim qızı obrazının şəxsində türkçülüyün və milli mentalitetin əks olunması maraq doğuran məsələlərdir.

Tanışlıq zamanı Fulyanın ona maraq göstər­mə­sini görən Saleh, qız haqqında yanlış fikrə dü­şsə də, hadisələrin sonrakı inkişafında şübhələri təmizliklə əvəz olunur.

Fulyanın söylədiklərindən məlum olur ki, otu­zuncu illərin represiyası zamanı ulu babası var­lı Mə­şədi Qulam oğlu Tahirin cibinə xeyli qı­zıl pul qoyub, xəlvətcə Türkiyəyə keçirdir. Get­dikcə represiya dal­ğa­sının gücləndiyini hiss edən Məşədi Qulamın məq­sədi nəslindən heç olmasa bir nəfərin sağ qalması və nəslin davamçısı ol­masıdır. Oğlunu yola salanda tap­şırır ki, getdiyin ölkə bizimlə dini, dili bir ölkədir. Əvvəlcə çalış özünə bir yurd-yuva düzəlt. Burada az-çox oxumusan, imkanın olsa təhsilini davam etdir. Ev düzəldəndən sonra evlən ki, çox çətinliklərlə qarşı­laş­ma­yasan. Çünki, ailə qurmaq üçün əsas şərt evdir. Özün bacarmasan da övladlarına töv­si­yə et ki, bö­yü­yəndə Azərbaycana gəlsinlər. Gən­cədə arayıb ax­tar­sınlar və görsünlər nəsli­miz­dən kim salamat qalıbdır. Çalış Gəncə ilə əla­qəni kəsmə. Yadda saxla ki, nəs­lin-kökün Gən­cədəndir.

Saleh Məşədi Qulamın arzusunu oğlu Tahir hə­ya­ta keçirə bilmir. Tahirin oğlu İbrahim də miras qal­mış vəsiyyəti – arzunu doğrulda bilmir. Özü də artıq qocalıbdır. İbrahim yeganə övladı olan Fulyaya yaxşı təhsil verməklə yanaşı, miras arzunun reallaşması mə­­suliyyətinin də onun üzərinə düşdüyünü deyir. So­fi­yada magistr təhsilini ta­mam­layan Fulyaya çox ca­van­lardan onunla ev­lənmək təklifi edilsə də, qız ra­zı­laşmır. Fulyanın məqsədi nəsildən-nəslə ötürülən ar­zunu həyata keçirməkdir.

Azərbaycançılıq ruhunda böyüyən Fulyanı süfrə arxasında söylədiyi fikirdən sonra Saleh da­ha ya­xın­dan ta­nıyır. Fulya gülərək: "Bağış­layın, mən içki xoş­la­yan deyiləm. Sizə yoldaşlıq etmək xatirinə öz qə­də­hi­mə viski süzdüm. Düzdü, indi qızlar arasında si­qa­ret çək­mək, içki içmək dəb şəklində geniş yayılsa da, mən xoş­lamıram. Qız­dan ətir iyi gələr, içki, si­qa­ret iyi yox", – dedi.

Müəllif başqa əsərlərində olduğu kimi, bu əsə­rin­də də milli adət-ənənəyə sadiq qaldığını və onun təbliğatçısı olduğunu Fulya obrazının bu sözlərindəki detalla göstərməyə çalışmışdır.

Romanda Fulya ilə birgə şəkil çəkdirib, gecəni onunla keçirən Saleh səhəri barmağındakı qızıl üzü­yün içərisinə "S+F. 1988" yazdırıb hədiyyə verməklə onu ailə kimi qəbul etməsinə işarə edilir.

Ayrılanda Fulya söz verir ki, övladımız olan ki­mi sənə məktubla xəbər göndərəcəyəm.

Səfərdən Fulyanın qoyduğu payla əli dolu evə qayıdan Saleh, bu haqda heç kimə heç nə söy­ləmir. Həmişə Fulyadan xəbər gözləsə də, bir nəticəsi ol­ma­dığını görən Salehin bəzən fikrində dumanlıqlar ya­ransa da qızın əxlaqı və səmimi sözləri həmin qara bu­ludların üzərinə inamla işıq salır.

Xəstəliyi ilə əlaqədar Türkiyədə müalicə olu­nub qayıdan Saleh torpaqların işğalı ilə barışa bilmir. Ar­tıq Salehin övladları böyüyübdür. Ki­çik oğlu Elşad hərbiçidir.

Yayın son ayıdır. Elşada məzuniyyət veril­diyi üçün evlərinə gəlibdir. Qapı-baca işlərində köməklik göstərən Elşad istirahət vaxtı ailəlikcə əyləşib tele­vi­zo­ra baxırlar. Gözlənilmədən ekran­da müğənni "Qa­rabağ şikəstəsi" oxuyur. Salehin televizoru söndür­dü­yünü görən Reyhan:

– A kişi, uşaq baxdığı yerdə sən niyə televizoru söndürürsən?

Saleh bozardı.

– Arvad, nə qədər ki, Qarabağ sənin deyil, "Qa­rabağ şikəstəsi"nə qulaq asmağa haqqımız yoxdur. Qarabağ ermənidədir. "Qarabağ şikəstə­si"nə də er­mə­ni qulaq asmalıdır, sən yox. Az qa­lıb otuz il ola er­mə­ni Qarabağda kef eləyir, sən də arsız-arsız burada "Əzizinəm Qarabağ" deyir­sən. Bəs deyilmi, neçə ildi özümüzü aldatdığı­mız?

– Atam düz deyir, ana. O, özü də bu yolda ya­ra­la­nıbdır. Elşad Salehə üzünü tutaraq: "Fikir eləmə, ata. Gördüyün bu oğlun Qarabağı qayta­racaq" – dedi.

– Nə vaxt? Mən öləndən sonra?

– Yox, lap tezliklə. Neçə illər dözmüsən, bir az da səbr eləsən, Qarabağı da görəcəksən.

Oğlunun inamla danışdığını görən Saleh "Qay­tarın. Tezliklə qaytarın. Biz bacara bilmədi­yi­mizi siz bacarın. Bizi də, özünüzü də bu töh­mətdən qurtarın", – deməsi milyonlarla azərbay­canlının arzusudur.

Elşad məzuniyyətdən qayıdandan bir neçə gün sonra işğal olunmuş torpaqlar ermənilərdən təmizlən­məyə başlanılır.

Şuşanın müdafiəsi zamanı yaralanan Elşad müa­li­cə üçün bir neçə yaralı ilə birlikdə Türkiyə­yə gön­də­ri­lir. Xəstəxanada əməliyyat olunacaq yaralıların di­aq­noz qoyulmuş sənədləri ilə tanışlıq zamanı gənc cər­­rah Piran "Əsədli Elşad Saleh oğlu" sözlərini oxu­yanda "Yox, ola bilməz. Hə­min ad və soyadda bəlkə də başqa adamdır" fikri ətrafında dolaşarkən, şöbə mü­diri Yaşar Çətin­qa­ya "Getdik, əməliyyat otağına" deməsi ilə Piran ayağa qalxıb həkimin arxasınca get­məli olur. Axşam evə gələndə Piran məsələni anasına da­nışır. Fulya sevincək "Odur. Mən hər şeyi sənə da­nış­mışdım. Ürəyim məni aldatmaz. O, sənin qar­da­şındır", – deyərək qızının boynuna sarılır.

Anasının inamla danışmağından sevinən Piran, "Demək, mən tək deyiləm. Mənim də qar­da­şım var, deyərək", ana-bala bir-birilərinə sa­rıl­dılar.

Gecəni narahat yatan Fulya səhər qızı Piran­la xəs­təxanaya yollanır. Palataya qızı ilə daxil ol­an Ful­ya çarpayıda huşsuz vəziyyətdə uzanmış xəstəni gö­rən kimi: "Piran, qan məni çəkir. Bu sə­nin qarda­şın­dır. Qaşı, gözü eynən səninki ki­midir. Bir-birinizə su­yunuz çox çəkir. Nə vaxt ayılacaq? – deyən Fulya əyi­lib Elşadın üzündən öpərək: "Canım sənə qurban, oğul", – deyərək dolmuş gözlərini sildi.

Piran da xəstəni öpərək: "Mənim Şuşaya bay­raq sancan döyüşçü qardaşım" – deyib anası ilə birlikdə palatadan çıxdı".

Nümunədən göründüyü kimi Fulyanın mə­nəvi zənginliyi göz önündədir. Elə yazıçının da məqsədi insanda mənəvi təmizlik yaratmaqdır. Bu təmizliyin bünövrəsində sevgi dayanır. Ful­yanın Salehə olan son­suz sevgisinin nəticəsidir ki, Elşadla Piran ara­sın­da ögeylik yox, doğmalıq görünür. Fulya özündə olan təmizliyi qızına ötürə bilmişdir. Ana-bala sevinci fik­ri­mizin təsdi­qidir.

Cərrahların beynəlxalq toplantısına yola dü­şən Pi­ran anasına tapşırır ki, mən qayıdanacan Elşad ayı­lacaq. Birlikdə yanına gedərik.

Fulya ilə Piran birlikdə xəstəxanada Elşadın ya­nına gedirlər. Söylənənlərə əvvəl şübhə ilə ya­na­şan Elşad, Fulya ilə Salehin gənclik vaxtı çə­kil­miş foto­su­nu, hədiyyə edilmiş qızıl üzüyün içərisindəki yazını və foto şəkilin arxasında ata­sı­nın xətti ilə yazılmış söz­ləri görüb oxuyandan son­ra inanır ki, Piran onun bacısıdır.

Romanda hadisələrin maraqlı yerlərindən bi­ri də Salehlə Reyhanın xəstəxanada Elşadın yanına gələr­kən Fulya və Piranla qarşılaşmasıdır. Həmin qarşı­laş­mada oxucuda bir həyəcan özünü göstərir. Reyhan Fulyanı necə qəbul edəcək? Qarşılaşmanın xoş ov­qat­la bitməsi oxucu üçün bir o qədər də inandırıcı gö­rün­mür. Çünki, günü gününü səmimi qəbul etməsi, ağ­la­ba­tan görün­mə­sə də, yazıçı qarşıya qoyduğu məq­səd­dən ge­riyə çəkilmək fikrində deyil. Müəllifin məq­sə­di insan mənəviyyatını çirkinlikdən və naqislikdən tə­mizləməkdir. Reyhan biləndə ki, Elşadı bacısı əmə­liy­yat edib, fəxrlə Piranı qızı kimi qucaq­la­yıb öpür.

Salehlə Reyhan bir neçə gün Fulya ilə Pi­ranın qonağı olurlar.

Elşadın vəziyyəti necə olacaq qızım? – de­yə­rək Reyhan üzünü Pirana çevirdi.

– Ana, Elşad yaxşı olacaq. Mənim fikrimcə onu ordudan tərxis edəcəklər. Çünki orduya tam sağlam adam lazımdır. Qardaşım isə vətən qarşı­sın­da bor­cu­nu ödəyib. Şuşaya Azərbaycan bayra­ğını sancıbdır. Allah qoysa yayda həm Şuşaya gəlib gəzərik, həm də Gəncədə qohumları axta­ra­rıq, – deyən Piran mehri­ban­lıqla Reyhanı qucaq­layıb öpdü.

Reyhan dedi:

– Hə, başına dönüm. Allah qoysa yayda ananla gələrsən.

Piran uşaq şıltaqlığı ilə Salehi qucaqlayıb: "Ata, kimin iki anası var? Bir-birindən gözəl, həm də meh­riban? Belə analarım olduğu üçün sağ ol!" – deyib atasını öpdü”.

Bu nümunədən göründüyü kimi ağrılardan uza­nan yolun sonu sevinclə tamamlanır.

* * *

İmam Cəmilli yaradıcılığında görünən ağrı­ların çoxu sonda sevinclə tamamlanır.

Fikrimizcə ağrıların sonunun çox vaxtı se­vinc­lə bitməsinin səbəbini müəllifin keçdiyi hə­yat yolu ilə bağlıdır, desək səhv etmərik. İki müharibənin od-alo­vu­nu görmüş bir döyüşçünün bu gün sağ-salamat qa­lıb yaşaması, taleyinə dü­şən sevinc payı deyilmi?

Hər bir yazıçı özünü yazır. Belə ki, İmam Cə­mil­linin nəsrini oxuyanda hadisələrin reallığa əsas­lan­ması və oxucunu inandırma bacarığı baş qəh­rə­man­ların "prototip"i, fikrimizcə, müəllifin özüdür.

Müəllifin "Təzadlı dünyanın təzadlı adamı" ro­ma­nındakı Vüqar və Fatimə obrazları ilə "Yad­da­şı­mın ağrıları" romanında Saleh və Fulya surətləri ara­sın­da bir doğmalıq, yaxınlıq oxucu diqqətindən ya­yın­mır. Saleh də Vüqar kimi mə­həb­bət macə­ra­la­rın­dan yaxa qurtara bilmir. Mü­əl­lif müxtəlif variantlarla hər iki qəhrəmanını cid­di cəhdlə müdafiə etməyə ça­lışır və hər iki qəhrəmanı oxucusuna təmiz, günahsız bir insan kimi sırımağa cəhd göstərsə də "xoruzun quy­­ruğu görünür" – yəni Saleh də, Vüqar da gözəllik qar­şısında tez əriyib suya dönürlər. Vüqarın Fa­timə və Lyudmila ilə yaxın olmağına az da olsa bəraət qa­zan­dır­maq olar. Çünki, Vüqar sa­lamat qayıtmağın – can şi­rin şeydir və vətən­də doğmalarına qo­vuş­­mağın xa­tirəsi üçün təslim olur. Bəs Saleh? Salehin həya­tın­da Vüqarın həyatında olan "olum-ölüm" mə­sələsi yox­dur. Sadəcə olaraq Saleh Fulyanın gənc və gözəl ol­masından yan keçə bilmir. Fulyanın gözəlliyi və zə­rifliyi Salehin içərisində etiraz səsini beşikdə ikən bo­ğub məhv edir.

Real yanaşanda yazıçı Salehi bu məsələdə ide­alizə etmir, sadəcə olaraq kişilərə xas olan psixoloji xarakteri ümumiləşdirir. Budur İmam Cə­milli qələ­mi­nin reallığa sədaqəti. Həmin sə­daqətə sadiq qalmağın nəticəsidir ki, yaradılmış hər iki obraz oxucu diq­qə­tin­dən kənarda qalmır.

O cümlədən Fatimə, Nazlı, Xalidə, Lyud­mi­la ("Tə­zadlı dünyanın təzadlı adamı") obrazları ilə "Yad­daşımın ağrıları" romanındakı Reyhan və Fulya arasında daxili bir bağlılıq, oxşarlıq var.

Bu qadınlar sevdiklərinin vüsalına qovuş­maq­la ya­naşı, bağışlamağı da bacarırlar. Bu qa­dınları bir­ləş­dirən bir nöqtə var. Həmin nöqtə Vü­qara, Salehə olan sevgiləridir. Demək, insanı daxilən zənginləşdirən, ürə­yinə bağışlamaq his­si­ni aşılayan sevgidir və bir-birilərini başa düş­mə­ləridir. Əhsən bu cür sevgiyə. Yazıçının da məq­sədi ürəklərdə kin-küdurət əvəzinə sevgi hissi oyatmaqdır. Doğrudan da ürəklərdə sevgi olsa planetimizdə bu qədər insan qanı axıdılmaz və müharibələr baş verməz.

* * *

Qarşıdan İmam Cəmillinin yetmiş illik yu­bi­leyi gəlir. Mən də dostumun yubiley təbriki üçün qısa bir yazı yazmağı nəzərdə tutmuşdum. Amma sonra fik­ri­mi dəyişməli oldum. Səbəbi də o oldu ki, İmamın ya­radıcılığı ilə tanışam. Onun yaradıcılığı barədə "Bu, mənəm: İmam Cəmilli" adlı bir monoqrafiya, bir neçə kitabına "ön söz", bir neçə geniş həcmli məqalə, hətta iki yüz səhifəyə yaxın "Özü də sözü kimi" adlı iki cild­lik xatirələr yazmışam. Ümumilikdə, İmam Cə­mil­­li­nin özü və yaradıcılığı haqqında 500 səhifəyə ya­­xın yazı yazmışam. Hamısı da dövrü mətbuat­da və kitab şəklində çap olunubdur.

Son iki romanı haqqında söz demədiyimə gö­rə imkandan istifadə edərək həmin romanlar haq­qında fikirlərimi qısaca da olsa yazacağım yu­­biley yazısı tərkibində qeyd etməyi lazım bil­dim.

Bilirəm, tələbkar oxucu yazı ilə razılaş­ma­yıb deyəcək: "Bu yubiley yazısıdı, yoxsa resenzi­ya­dır?"

Hörmətli oxucu! Həm yubiley, həm də re­sen­ziyadır. Nə cür qəbul etsəniz xoşdur. Bir öm­rü İmam Cəmilli üçün girov qoymuşam desəm, heç də səhv etmərəm. Faktlar göz qabağındadır.

Yeri gəlmişkən, İmamın çətin vəziyyətdən çıx­ma bacarığına aid yaxın günlərdəki bir hadi­sə­ni xa­tırlamaq məncə oxucu üçün də maraqlı olar.

5-6-7 iyul 2024-cü ildə Hacıkəndin "Xan yay­la­ğı" adlanan yerində "Milli Yay festivalı" tədbiri ke­çi­ri­ləsi haqqında sosial şəbəkədə məlumat ve­ril­mişdi.

Bir təsadüf nəticəsində məşhur gənc yazıçı Vü­sal Nuriyə zəng etdim. Hal-əhvaldan sonra Vü­sal mü­əllim söylədi ki, iyulun beşində festi­vala gələcəm.

Keçən il də Vüsal müəllim "Yaylaq festiva­lı"na gələndə mən Mərdəkanda olduğuma görə görüşə bil­məmişdik. Söz verdim ki, hələlik bir yana getmə­mi­şəm, yəqin ki, görüşərik.

5 iyulda gündüz saat 12-də Vüsal Nuru ilə Gən­cə Dövlət Universitetinin qarşısında görüş­dük. İma­mın maşınının sənədində problem oldu­ğu üçün mən ayrı maşın tapmaq istəsəm də İmam razılaşmadı.

İmamın maşını ilə yola düşdük. Gözəl hava idi. Maşın irəlilədikcə təbiətin gözəlliyi göz ox­şa­yırdı.

Festivala qalxan yolda polis bizi saxladı və ma­şın­la qalxmağa icazə vermədi. Polis söylədi ki, mik­roav­to­busla qalxın. İmam maşından düşdü və polis­dən xahiş etdi ki, icazə versin. Gənc olma­sı­na bax­ma­yaraq polis inadkarlıq göstərdi. Mən isə ehtiyat edir­dim ki, maşının sənədlərini istəsələr iş dolaşacaq. Vü­sal müəllimlə birgə İmamla po­lisin mübahisəsinə ta­maşa edirdik. Axır ki, İmam polisi razı saldı. Maşına doğru gələndə Vüsal Nu­ru təbəssümlə "Məqsədinə çatmağı bacaran adamdır".

Yaxşı istirahət etdik. Hər ikimiz Vüsal Nuruya "Çox sağ olun sizin hesabınıza festivala gəldik. Düzü biz bura gəlməyi ağlımıza da gətir­məzdik", – deyərək minnətdarlığımızı bildirdik.

Əziz dostum İmam Cəmilli! Qarşıdan gələn 70 illik yubileyin münasibəti ilə səni ürəkdən təb­rik edi­rəm. Sənə uzun ömür və cansağlığı ar­zu­layıram. Al­la­hın sənə verdiyi ömrü ağrı-acısız yaşayasan. Bulud ağrıların sevinc yağışları kimi ya­şayacağın ömrü se­vinclə yaşayasan. Amin!..

07.07. 2024.


MANŞET XƏBƏRLƏRİ