Taleh Cəfərov
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosent əvəzi,
tarix üzrə fəlsəfə doktoru
1991-ci il avqustun 31-də özünü suveren və müstəqil respublika elan edən Qırğızıstan dünyanın altı müstəqil türk dövlətindən birinə çevrildi. 1992-ci il martın 6-da Qırğızıstan MDB-ni tanıyan bəyannaməni imzaladı. MDB-nin üzvü olaraq Qırğızıstan postsovet ölkələri, xüsusilə Rusiya Federasiyası ilə sıx əlaqələrin qurulmasına əhəmiyyət verirdi. 1993-cü il mayın 5-də Qırğızıstan Konstitusiyası qəbul edildi. Həmin il Qırğızıstanın milli valyutası olan "som" dövriyəyə buraxıldı.
1990-cı ildə Qırğızıstanın Oş şəhərində qırğız və özbək türkləri arasında etnik zəmində baş verən qarşıdurmada ən azı 320 nəfər həyatını itirdi, minlərlə insan evdiz qaldı. Ölkənin cənubunda baş verən bu xoşa gəlməz hadisələr şimalda, paytaxt Bişkekdə böyük hiddətə səbəb oldu. Bu zaman Demokratik Qırğızıstan Hərəkatı adlı siyasi qurum Qırğızıstan KP-nin baş katibi Absamat Masaliyevin istefasını tələb etdi. Hadisələrdən 4 ay sonra keçirilən seçkilərdə Masaliyev yetəri qədər səs toplaya bilmədi. Əslində prezidentliyə namizədlərdən heç biri parlamentdə kifayət qədər səs toplaya bilmədi və siyasi böhran yarandı. Bu zaman Qırğızıstan SSR Ali Sovetinin qərarı ilə siyasi arenada heç bir təcrübəsi olmayan, Qırğızıstan Elmlər Akademiyasının prezidenti, prof. Əsgər Akayev ölkə rəhbəri elan olundu.
1991-ci ilin oktyabrında prezident Ə.Akayev alternativsiz əsasda iştirak etdiyi ümumxalq səsverməsində 96 faiz səs toplayaraq öz mövqeyini möhkəmləndirdi və legitimləşdirdi. Dövlət başçısı olan prezident ümumxalq səsverməsi yolu ilə beş illik müddətə seçildi. 1993-cü il mayın 5-də qəbul olunmuş Konstitusiyaya görə, prezident geniş səlahiyyətlərə malik olub Baş naziri və Konstitusiya Məhkəməsinin üzvlərini təyin etmək, yeni qanunvericilik təşəbbüsü ilə çıxış etmək və qanunverici orqanın çıxardığı qərarlara veto qoymaq və s. hüquqlara malik idi.
2000-ci il dekabrın 23-də Qırğızıstanda alrernativ əsasda növbəti prezident seçkiləri keçirildi. Əsgər Akayev yenidən qələbə qazandı və seçicilərin 74 faizinin səsini topladı. 27 fevral və 13 mart 2005-ci ildə Qırğızıstanda yeni parlament seçkiləri keçirildi.Parlamentdəki 75 yer uğrunda 400 nəfər mübarizə aparırdı.
2004-cü ildə Qırğızıstanda Roza Otunbayeva, Almazbek Atanbayev və Kurmanbek Bakiyevin rəhbərliyi altında müxalifət toplaşmağa başladı. Onlar "El Birimliyi" ("Xalq Birliyi") adlanan hərəkatda seçkilərə qatıldılar. Ölkənin ali qanunverici orqanına keçirilən seçkilərdə yerlərin mütləq əksəriyyətini (90 faizə qədər) iqtidaryönlü və bitərəf deputatlar qazandılar. Lakin Akayevin siyasi gedişləri nəticəsində hərəkat cəmi 6 deputat yeri qazandı. Bu isə xalqın narazılığının artmasına, ölkədəki vəziyyətin kəskin surətdə gərginləşməsinə gətirib çıxardı. Nəticədə, Qırğızıstanın cənubunda, Bakiyevin seçki dairəsində üsyanlar başladı. Bakiyev cənubdakı rayonları və digər dövlət qurumlarını ələ keçirdiyini açıqladı. Üsyan dalğası paytaxt Bişkekə çatdı. Beləcə, 2005-ci ildə Qırğızıstanda "zanbaq inqilabı" baş verdi və inqiabçılar prezident və hökumətin istefasını təlıb etdilər. Akayev martın 24-də ölkəni tərk edərək Moskvaya qaçdı, sonra isə müxalifətlə əldə olunan razılaşmaya görə könüllü surətdə istefa verdi.
Qırğızıstanın birinci prezidenti Əsgər Akayev (1990-2005) müstəqilliyin ilk illərindən siyasi, iqtisadi və sosial islahatlara təşəbbüs göstərmiş, ABŞ-la ikitərəfli müqavilələr imzalamışdır. Bu da ABŞ-ın ölkəyə iqtisadi dəstək göstərməsinə imkan vermişdir. Bütün bunlar respublikada sivil və demokratik sivil v demokratik cəmiyyətlərin formalaşmasına səbəb olmuşdur. Bu prosesin ən mühüm nəticələrindən biri onun regional respublikalar arasında ilk olaraq Ümumdünya Ticarət Təşkilatına üzv olması idi.
2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən terror hadisəsi və ondan sonra ABŞ-ın həyata keçirdiyi Əfqanıstan əməliyyatı Qərbin gözündə Qırğızıstanın əhəmiyyətini artırdı. Əslində, qısa müddət sonra respublikada "Manas" hərbi bazası açıldı. Baza qısa zamanda 300 min ABŞ əsgərinin Əfqanıstana çatdırılmasını təmin etdi. Lakin Akayev ailəsinin korrupsiyada ittiham olunması, xarici dəstəyə rəğmən ölkənin iqtisadi vəziyyətinin pisləşməsi, baş vermiş nümayişlərə qarçı Akayevin həddindən artıq güc nümayiş etdirməsi ölkədəki narazılığı daha da artırdı. Bu isə ABŞ-ın Akayevə dəstəyini kəsməsinə səbəb oldu.
Növbədənkənar prezident seçkilərində müxalifət liderlərindən olan Kurmanbek Bakiyev prezident seçildi.
XXI əsrin əvvəllərində Qırğızıstanda siyasi mübarizə
Növnədənkənar prezident seçkilərində müxalifət liderlərindən olan Kurbankek Bakiyev prezident seçildi. Martın 24-ü və 25-də mağazaların qarət edilməsi, binaların yandırılması ilə müşayiət olunan kortəbii iğtişaşları nəzərə almasaq, hakimiyyət dəyişikliyi dinc yolla baş verdi. 14 avqust 2005-ci ildə vəzifəsinin icrasına başlayan prezident Bakiyev F.Kulovu Baş nazir vəzifəsinə təyin etdi. Yeni hökumət mövcud problemləri həll etmək iqtidarında deyildi. Ölkə iqtisadiyyatı böhran həddinə yaxınlaşır, insanların yoxsulluq səviyyəsi hər ötən gün artırdı. Eyni zamanda, 2008-ci ildə dünyanı cənginə alan maliyyə böhranı təbii sərvətlərdən məhrum olan Qırğızıstanın iqtisadi vəziyyətini daha da ağırlaşdırdı. Bakiyev müxtəlif siyasi üsullarla prezident hakimiyyətinin gücünü artırmağa çalışırdı.
2007-ci ildə Qırğızıstanda keçirilən seçkilərdə Bakiyev parlamentdəki 90 deputat yerindən 71-ni qazandı. Bakiyevin partiyası 78%-ni qazanaraq avtoritar hakimiyyətini daha da möhkəmləndirdi. Müxalifət cəmi 19 yer qazanaraq azlıqda qaldı. Bu zaman ölkədə etnik zəmində qarşıdurmalar artmağa başladı. Fərqanə vadisindəki qırğız-özbək münaqişəsi postsovet dövründə Mərkəzi Asiyada ən böyük etnik münaqişələrdən birinə çevrildi.
Hadisələrin bu şəkildə inkişafı 2010-cu ildə Qırğızıstanda növbəti inqilabı alovlandırdı. Paytaxt Bişkekdə genişmiqyaslı mitinq və nümayişlər keçirildi, silahlı qarşıdurmalar yaşandı. Yüzlərlə insanın həyatını itirdiyi hadisələr nəticəsində Prezident sarayı qiyamçıların nəzarətinə keçdi. Nəticədə, prezident Kurmanbek Bakiyev Belarusa qaçdı və Akayevlə eyni aqibəti yaşadı.
Bakiyevin iqtidardan uzaqlaşdırılması ilə hakimiyyət Roza Otunbayevanın başçılıq etdiyi Müvəqqəti hökumətə keçdi. Lakin Bakiyevin devrilməsi etnik problemləri həll etmədi və respublikaya sabitlik gətirmədi. 2010-cu ildə Oşda baş verən qarşıdurmada 470 nəfər həlak oldu, minlərlə özbək respublikanı tərk etmək məcburiyyətində qaldı. Qırğızıstanda qeyri-sabitlik 2011-ci ildə keçirilən prezident seçkilərinə qədər davam etdi. 2011-ci il oktyabrın 30-da keçirilən seçkiləri Almazbek Atanbayev 63,2% səslə qazandı. Atanbayev prezident vəzifəsini 2017-ci ilə qədər davam etdirdi.
Almazbek Atanbayevin dövründə də siyasi sabitliyə nail olmaq mümkün olmadı. Müstəqillik əldə etdikdən sonra respublikada 26 baş nazir dəyişmişdi. Əslində Qırğızıstan hələ də regionun ən kasıb respublikalsrından biri olaraq qalmaqdadır. Respubıikanın Tacikisfanla həmsərhəd olması Qırğızıstanda narkotik ticarətin və radikal islamın yayılmasına səbəb oldu. Ölkədə etnik münaqişələrə son qoyulsa da, etnik gərginlik bu bün də qalmaqdadır. Lakin respublikanın ən böyük problemi, şübhəsiz ki, iqtisadi vəziyyətdir.
2010-cu il aprelin 27-də qəbul edilmiş Qırğızıstanın yeni Konstitusiyasına əsasən, inzibati səlahiyyətlərin böyük hissəsi parlament və baş nazirdən geri alındı və nəticədə, Qırğızıstan parlamenti respublika sisteminə keçdi. Yeni Konstitusiyaya görə, prezident ümumxalq səsverməsi ilə seçilsə də, onun bir çox səlahiyyətləri məhdudlaşdırıldı. Məsələn, yerli idarəçilərin və digər məmurların yüksək vəzifələrə təyin edilməsi və vəzifəsindən azad edilməsi artıq parlamentin səlahiyyətinə verildi. Üstəlik, nazirlərin təyinatında artıq prezident həlledici rola malik deyildir. Preident milli təhlükəsizlik məsələlərinə cavavdeh olsa da, xarici siyasət və iqtisadi məsələlərdə çox az səlahiyyətlərə malikdir. Siyasi sistemlə bağlı digər diqüətçəkən dəyişiklik isə 120 nəfərlik parlamentin maksimum 65 deputatının bir partiyada birləşməsi bəndidir. Konstitusiyaya görə, istənilən siyasi partiya nə qəsər səs toplamasından asılı olmayaraq, maksimum 65 deputat seçmək hüququna malikdir.
2017-ci ildə ölkədə keçirilən prezident seçkilərində Sooronbay Jeenbekov qalib gəldi. 2020-ci il 4 noyabr parlament seçkilərindən sonra baş verən etirazlar seçkinin nəticələrinin aradan qaldırılmasına və ardından prezident Sooronbay Jeenbekovun istefasına yol açdı. Ölkədə siyasi böhranı aradan qaldırmaq məqsədilə 10 yanvar 2021-ci ildə müəyyən edilən erkən prezident seçkilərində Sadır Japarov 79,2% ( 1110412) səs qazanaraq prezident seçildi.
Sadır Japarovun daxili siyasəti
Siyasi böhranın aradan qaldırılması, istiqrarın qorunması və ölkənin sosial-iqtisadi və digər problemlərinin həllinə hesablanmış addımlar atmaqla prezident Japarov, əslində prezident üsul-idarəsinə keçidi referendum keçirməklə müdafiə etmişdir. Referendumun keçirilmə səbəbləri arasında ölkə prezidenti Sadır Japarov tərəfindən gündəmə gətirilən Konstitusiya dəyişiklikləri yer almışdır. Bu dəyişikliklərin ən önəmli tərəfləri arasında ölkənin parlamentli respublikadan prezidentli respublikaya keçidini təmin etməkdir. Bu, Qırğızıstanın müstəqillik əldə etməsindən ötən müddət ərzində ölkənin siyasi tarixində keçirilən 11-ci, 2021-ci ildə isə keçirilən 2-ci referendumudur.
2021-ci il martın 11-də Qırğızıstan Məclisi (Joqonu Keneş) "Qırğız Respublikası Konstitusiyası haqqında Qanun" layihəsini təsdiqlədi və referendumun keçirilmə tarixini 11 aprel 2021-ci il müəyyən etdi. Dəyişikliklərdə Qırğızıstan siyasi sistemində "Xalq Qurultayı" (Xalq Məclisi) adlı yeni qurumun yaradılması və parlamentdəki deputatların sayının 120-dən 90-aendirilməsi əksini tapdı.
2021-ci il 11 apreldə Qırğızıstanda Konstitusiya dəyişikliyini nəzərdə tutan referendumla yeni məclisə (keneş) seçkilər eyni gündə keçirildi. Qırğızıstan MSK-nın açıqlamasına görə, yerli məclisə keçirilən seçkilərdə ölkə üzrə 2483 sandıqda 1295096 nəfər (39,9%) səs verərkən, bu rəqəm referendum üçün 1338717 nəfərə (37,12%) çatmışdır. Referendumda seçicilərin 79,37%-i isə dəyişikliklərin əleyhinə səs vermişdir. Referendumun baş tutması üçün (o zaman ölkə əhalisi 3606201 nəfər idi) seçicilərin ən azı 30%-nin səsi keçərli hesab olunurdu. Parlament idarəetmə sistemindən prezident üsul-idarəsinə keçidi nəzərdə tutan yeni Konstitusiya 2021-ci il mayın 5-də qüvvəyə mindi.
Preident adminstrasiyadının səlahiyyətlərinin artırılması, prezidentlik müddəti ilə bağlı müddəalar dəyişikliklərlə həllini tapmış oldu. Bundan əlavə, Xalq Konqresinin yeni məşvərət orqanı yaradıldı. Parlamentin 29 noyabr 2023-cü ildə qəbul etdiyi qanunla ölkə bayrağının dizaynında dəyişiklik edildi.
İqtisadiyyatın inkişaf etdirilməsi, xalqın rifah halının yaxşılaşdırılması prezident Japarovun iqtisadi gündəliyində duran ən mühüm məsələlərdəndir. Japarov hesab edir ki, səmərəsiz iş azaldılmalı, qənaət tədbirləri gücləndirilməlidir. Andiçmə mərasimində o, yalnız qanunla tələb olunan məcburi prosedurları həyata keçirmək, mərasim üçün ayrılmış vəsaitin rhtiyacı olanlara köçürülməsi barədə göstəriş vermişdir. Bu istiqamətdə həyata keçirilən inzibati islahatlar iqtisadi artıma və sabitliyə şərait yaratmaqla yanaşı, ölkəyə daha çox xarici investisiyaların cəlb edilməsinə və uzunmüddətli sərmayələr üçün geniş imkanlar açdı. Məhz bunun nəticəsidir ki, öıkənin Ümumi Daxili Məhsulunun (ÜDM) məbləği 1 trilyon 200 milyon somaya (13 milyard 483 milyon dollar) çatıb. Qeyd etmək lazımdır ki, 2020-ci ildə büdcə məbləği 247 milyon som (2 milyard 775 milyon 808 min dollar) olduğu halda, 2023-cü ildə bu rəqəm 577 miıyard soma (6 milyard 483 milyon 146 min dollar) yüksəldi. 2024-cü il dövlət büdcəsi tarixdə ilk dəfə olaraq parlament tərəfindən kəsir yaratmayacaq şəkildə qəbul edildi.
Ölkə həyatının bütün sahələrində struktur islahatları davam etdirildiyi halda, üç il ərzində ölkədə 214 məktəb tikilmiş, Səhiyyə Nazirliyə üçün 335 təcili tibbi yardım və digər nəqliyyat vasitələri alınmış, yeni xəstəxana binaları inşa edilmişdir.