Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
III Yazı.
İtil-Ural Ştatı (İdel-Ural Ştatı)
İtil (Volqaboyu) türklər tərəfindən yaradılmış Milli Məclis 1917-ci ilin dekabrında İtil –Ural dövlətinin yaranmasını elan etdi. Müxtəlif türkdilli xalqlar tatar (bulqar),başqırd və çuvaş türkləri birləşərək vahid dövlət yaratdılar.Bu dövlətdə hər hansı xalqın hökmranlığını yolverilməz sayırdı. Sədri Maqsudinin başçılığı ilə hökumət də yaradıldı və Milli İdare sədri oldu. Dövlətin tərkibinə Kazan, Ufa quberniyaları, Orenburq, Perm,Vyatka, Samara, Simbirsk quberniyalarının əraziləri daxil olmuşdu. Əhalisi 15 millyon nəfər idi.İtil –Ural Dövlətinin yaranmasında iştirak edən inqilabçılardan və fəallardan Qalimdjan Şaraf, Qalimdjan İbrahimov, İlyas Akin, Axmed Qalikov və digərlərini misal göstərmək olar. Silahlı qüvvələrə Hərbi Şura komandanlıq edirdi.Yeni dövlətin idarəetmə forması federal və nümayəndəli demokratik respublika idi.Nümayəndəli demokratiyaya əsaslanan İtil-Ural Dövlətinin dövlət quruluşu belə təşkul olunmuşdu. Dolayı demokratiya və ya nümayəndəli hökumət olaraq da bilinən nümayəndəlik demokratiyası,birbaşa demokratiyadan fərqli olaraq bir qrup insanı təmsil edən seçilmiş şəxslərin prinsipi əsasında qurulmuş bir demokratiya növüdür. İtil-Ural Ştatı 28 mart 1918-ci ildəki rus işğalına qədər mövcud olmuşdu.Bu dövlətin özəlliyi milliyət adının tatarın bolqar –bulqar adı ilə əvəz edilməsi idi. Rus işğalından sonra bolqar adını işlətmək yasaq idi. Bolqarlarla eyni taleyi Azərbaycan da yaşayırdı. Şimali Azərbaycanı ruslar işğal etdikdən sonra millətin adını dəyişdirib tatar qoymuşdular. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra türk milliyəti adı bərpa edilmişdi.
Miras
İdel-Ural Ştatı bayrağını bu gün özlərini bu dövlətin varisləri hesab edən Tatarıstan,Başqırdıstan və Çuvaşıstan Respublikaları İtil-Ural bulqarlarının varisləri dalğalandırır.
İtil –Ural Dövləti lideri Sadri Maqsudi Arsal
Sadretdin Nizametin oğlu Maksudov, hazırkı Rusiya içindəki Tatarıstan Respublikasının paytaxtı Kazan ətrafındakı Taşşu kəndində 23 iyul (4 avqust)1878-ci ildə doğulmuşdu. Atası kəndin mollası Nizametin idi. Kənd məktəbindən sonra 1888-ci ildə Allamiyə Mədrəsəsinə getdi.Böyük qardaşı Axmedxadi Maksudi (1868-1941) də eyni mədrəsədə oxumuş,arxasından orada müəllim olmuşdu.1893-cü ildə Krımda Bağçasaray şəhərində İsmayıl Qaspiralının mədrəsəsində təhsilini davam etdirmişdi.Bu mədrəsədə qardaşı Axmedxadi Maqsudi müəllim kimi çalışırdı.Bu dövrdə türk mənşəli müsəlman xalqları arasında Cədidizm (Yenilikçilik) hərəkatı yayılmışdı.Bu hərəkat XIX əsrin 80-ci illərində Krım, Kazan, həmçinin Azərbaycanda, 90-cı illərdən isə Orta Asiyada (Türküstanda) yayılmışdı. Əvvəlki köhnə müsəlman təhsil sistemini dəyişdirmək və türk-müsəlmanlar üçün dünyəvi Avropa təhsilinin zəruriliyi uğrunda mübarizə aparırdılar. İslam ümmətçiliyini (beynəlmiləlçiliyi) içində itən türk milliyətçiliyini bərpa etmək uğrunda mədəniyyətçilik hərəkatı idi. Sadretdin Maqsudi və Axmedxadi Maqsudi atalarının ölüm xəbərini alan kimi Kazan şəhərinə geri dönürlər.Sadretdin Maqsudi rus dilində təhsil verən Rus Müəllimlər Məktəbinə daxil olur.1901 –ci ildə bu məktəbdən məzun olur.Sadri Maqsudi Arsal İsmayıl Qaspiralının məsləhəti ilə Fransaya gedir və 1901-1906-cı ildə Paris Universitetinin hüquq fakültəsində təhsil alır. Parisdə oxuduğu dönəmdə Sorbonna Universitetində Türklərin tarixi üzərinə akademik çalışmalar hazırlamışdı. Ali təhsilini Sorbonna Universitetində tamamladı.
1906-cı ildə vətənə Kazana geri dönür.Əlimərdan bəy Topçubaşovun təsisçisi olduğu İttifaqi- Müslimin partiyasına üzv olur. II Dövlət Dumasına Kazan quberniyasından deputat seçilir. II Dövlət Duması buraxıldıqdan sonra təkrar seçimə gedilir.III Dövlət Dumasına millət vəkili seçilir.
Sadri Maqsudi Arsal Orenburqda qızıl mədəni işlədən Rəmiyev ailəsinin qızı olan Kamilə xanım ilə evli idi,Adilə və Nailə adfında iki qızları vardı.
İtil –Ural Ştatı Başkanlığı
1917—ci ildə Rusiya Müsəlmanları Qurultayında “Milli Mədəni Muxtariyyət” layihəsini qəbul etdirdi. “İç Rusiya və Sibir Milli –Mədəni Türk-Bulqar (Tatar) Muxtariyyatı” konstitutsiyasını hazırladı.1917-ci ildə Ufada qurulan İtil Ural Milli İdarəsinin və parlamenti Milli Məclisin sədri olmuşdur. “Milli İdarə” üç nazirlikdən təşkil edilmişdi. Milli Məclis Rusiyaya qarşı düşmənçilik məqsədi güdmədiyini bildirirdi.Buna baxmayaraq,bolşeviklər İdel-Ural Ştatı adlanan dövlətin yaranmasına yol verə bilməzdilər.Yeni dövlətin paytaxtı Ufa şəhəri idi.Böyük şəhərlər Ufa, Kazan, Orenburq və Çeboksarı şəhəri idi. Rusiya hökuməti onlarla danışıq aparmağa gələn İdel-Ural Ştatı nümayəndələrini həbs etdilər.Bolşeviklərin belə hərəkəti bir çox milli ziyalıları və siyasətçiləri onlardan üz döndərməyə məcbur etdi.28 mart 1918-ci ildə İdel Ural Ştatı adlanan dövlət Qızıl Ordu tərəfindən işğal edilmişdir.
Milli İdare rəisinin mühacirət həyatı
Milli İdarenin ruslar tərəfindən ləğv edilməsindən sonra Sadri Maqsudi Arsal Finlandiyaya, daha sonra Qərbi Avropaya mühacirət etmişdir.Musa Carullahın yardımı ilə Finlandiyaya keçmişdi.1919-cu ildə Parisə gələn Sadri Maqsudi Arsal, I Dünya Savaşının ardından 1920-ci ildə Paris Barış Konfransında Rusiya müsəlmanlarını təmsil etmişdi.
1922-ci ildə ailəsi ilə birlikdə Berlində yerləşdi və siyasəti buraxdı,akademik çalışmalara yönəldi. 1923-cü ildə ailəsi ilə Parisdə yerləşdi və Sorbonna Universitetində Türk-Tatar tarixindən dərslər verdi.
Sadri Maqsudi Arsalın mühacirət həyatının Türkiyə dövrü
Sadri Maqsudi,Türk Ocaklarının dəvəti üzərinə 1924-cü ildə yeni Türkiyə Cümhuriyyətində konfranslar verdi. 24 noyabr 1924-cü ildə Ankarada Çankayada Mustafa Kamal Paşanın qəbulunda olub onunla danışdı.Yeni qurulan Türkiyə Cümhuriyyətində görəv alma təklifini qəbul etdi.1925-ci ildə Türkiyəyə gəlib yerləşdi; Ankarada Maarif Vəkalətinə bağlı Telif və Tərcümə Heyətində çalışdı.Bu heyətin dağılmasından sonra Ankara Hüquq Məktəbi qurucu xocaları (müəllimləri) arasında yer aldı; uzun illər bu qurumda dərs verdi.
Türk Dil Kurumunun quruluşunda rolu
Sadri Maqsudi,1928-ci ildə Milliyet Gazetesinde “Lisan İslahı Meselesi” başlığı altında yayınladığı yazılarından kitab çap etdirdi və prezident Mustafa Kamal Paşaya təqdim etdi.Mustafa Kamal Paşanın önsöz yazdığı “Türk Dili İçin” adlı bu əsər, iki il sonra Türk Dil Kurumunun qurulması təlimatının verilməsində etkili oldu. Mustafa Kamal Atatürkün bu kitabın önsözündə yer alan sözləri,Türk Dil Kurumu binasının önündə kitabəyə yazılmışdır.
Türk Tarih Kurumu quruluşundakı rolu
Türk Ocaklarının 27 aprel 1930-cu il tarixli VI Qurultayında qurulmasını önərdigi tarix heyəti 1931-ci ildə Türk Tarihinin Tetkik Cemiyeti adıyla fəaliyyətə keçdi. Sadri Maqsudi, quruluşunda rol oynadığı və irəlidə “Tarih Kurumu” adını alacaq bu cəmiyyətin üzvü oldu. Rəsmi tarix tezini içərən “Türk Tarihinin Ana Hatları” (1930) adlı eserin yazarları arasında yer aldı.
Soyadı Qanunu çıxdıqdan sonra “Arsal” soyadını aldı; adını biraz dəyişdirərək “Sadretdin Nizamettinoviç” yerinə “Sadri Maksudi Arsal” olaraq anıldı.
Millət vəkilliyi
Mustafa Kamal Atatürkün Sadri Maqsudi Arsalı millət vəkilliyinə aday göstərməsi ilə 1931-ci ildə siyasətə girən Sadri Maqsudi,1931-1935-ci illər arasında Şebinkarahisar,1931-1935-ci illər arasında Giresun millət vəkili olaraq TBMM də yer aldı.1935-dən sonra siyasətə ara verib,bilimsəl çalşmalara odaklandı.Təkrar siyasətə dönüşü,1950-ci ildə Demokrat Parti Ankara millət vəkili seçilməsi ilə olmuşdur.Türkiyə adına Avopa Şurasında çalışmalara qatıldı.
Hüquq çalışmaları.
İstanbul Universiteti Hüquq Fakültəsində və Ədəbiyyat Fakültəsinin Tarix İnstitutunda dərs verən Sadri Maqsudi Arsal “Hukukun Umumi Esasları” (1937), ”Hukuk Tarihi Dersleri(1938), ”Umumi Hukuk Tarihi” (1941), ”Hukuk Felsefesi Tarihi (1946) və “Türk Tarihi ve Hukuk” (1947) adlı əsərləri ilə Türkiyədə hüquq təhsilinə öz adını əbədi yazdırdı.
Milliyətçilik Qavramı
1955-ci ildə “Milliyet Duyğusunun Sosyolojik Esasları” adlı əsərini yayımladı.Bu kitabda milliyətçilik,kuramı ortaya qoydu,ulus oluşumu üçün hansı şərtlərin gərəkli olduğunu ələ aldı.
Türkiyə Cümhuriyyətinin quruluş illərində Mustafa Kamal Atatürk tərəfindən Türkiyəyə dəvət edilmiş və çox xidməti olmuşdur.Türkiyədə Türkçülüyün təməlini atanlar sırasında ilk sıradadır.Cümhuriyyətin ilk hüquq fakültəsinin qurucu müəllimlərindəndir.Qızlarından Adilə Ayda, 1932-ci ildə Türk Xarici İşlərinə girmiş ilk qadın diplomatdır.Sadri Maqsudi Arsal Türkiyədə Türk Dil Qurumunun qurulmasında önəmli katkıları olmuşdur.
Ölümü
20 fevral 1957-ci ildə İstanbulda həyatını itirdi. Cənazəsi, İstanbul Zincirlikuyu Məzarlığında dəfn edildi. İtil-Ural Dövlətinin başkanı kimi bolqarların əbədi istiqlal lideri kimi xatırlanır.
İdel-Ural Legionu
Volqa xalqlarının nümayəndələrindən (əsasən tatarlardan, həm də çuvaşlardan,başqırdlardan, marilərdən, mordovlardan, udmurtlardan) ibarət Vermaxt bölməsi idi. Təşkilati cəhətdən Şərq legionları Komandanlığının Qərargahına tabe idi. İdel-Ural dövlətinin bərpası legionun əsas məqsədi elan edilmişdi. Legionerlərin ideoloji hazırlanmasında aparıcı rolu mühacirlər-işğal olunmuş Şərq Ərazilərinin tabeliyində yaradılmış milli komitələrin üzvləri oynayırdılar. Onların arasında 1918-1920-ci illər milli hərəkatının görkəmli simaları (Şafi Almas) xüsusi papulyarlıq qazanmışdı. Müsəlman legionerlərin düşərgələrini dəfələrlə Qüds müftisi Hacı Əmin əl-Hüseyni ziyarət edir və Almaniya ilə ittifaqa “kafirlərə” qarşı müqəddəs müharibəyə çağırırdı.
Volj –Tatar legionu. Legion İdel-Ural Ştatını bərpa etmək ideyası əsasında təşkil edilmişdi. Sayı 40 min nəfərdən artıq əsgəri olan legionun əsas vəzifəsi milli dövlətçiliyin bərpası uğrunda mübarizə idi.15 avqust 1942-ci ildə Vermaxtın quru qoşunları tərkibində İdel-Ural legionu təşkil edildi. Onun formalaşdırılması üzrə praktiki iş 21 avqust 1942-ci ildə Jedinoda (Polşa) başladı. Rəhbəri və başçısı Şafi Almas (Qabdraxman Qibadulloviç Qaliullin) idi. Şafi Almas eyni zamanda jurnalist kimi fəaliyyət göstərirdi. 1942-ci ilin noyabr ayından Berlində “İdel-Ural” qəzetini nəşr etdirərək bu qəzetə redaktorluq edirdi.
4-5 mart 1944-cü ildə Almaniyada Qrayfsvald şəhərində İdel-Ural xalqlarının qurultay tədbiri keçirilmişdir.
7 İdel-Ural batalyonundan əlavə, müharibə zamanı hərbi əsirlərdən-Volqaboyu və Uraldan olan, alman ordusuna xidmət edən, lakin döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən yerli-sakinlərdən tikinti, dəmir yolu, nəqliyyat və digər yardımçı birləşmələr yaradıldı. Onların arasında 15 Volqa –Tatar bölüyünün ayrı-ayrı bölmələri var idi.
1943-cü ilin əvvəlində Şərq legionlarının səhra batalyonlarının “ikinci dalğasında” 3 Volqa-Tatar batalyonu (825,826 və 827),1943-cü iln isə “üçüncü dalğasında” – 4 Volqa –Tatar batalyonu (828-dən 831-ə qədər) yaradıldı. 1943-cü ilin sonunda taborlar Fransanın cənubuna göndərildi və “Mendə (Ermənistan, Azərbaycan və 829-cu Volqa –Tatar batalyonları yerləşdirildi. İdel-Ural legionerləri müharibənin sonuna qədər İdel-Ural Dövlətini bərpa etmək və istiqlal arzusu ilə savaşmışdılar.
Son.