Altay ulusları, elatları... coğrafi adlarda...



Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi

Qərbi Sibir düzənliyinin ucqar cənub hissəsini, Balxaş gölünün şərq və Qobu/Qobi səhrasının şimal ərazilərini, Altay və Hunqar dağları hüdudlarında quru çölləri, geniş yayla və dağlararası vadiləri, çay hövzələrini, meşə qurşaqlarını... əhatə edən Altay diyarının əski dövlət quruluşu, orta əsrlərin son mərhələsində (rus işğalınadək) XVI əsrin sonlarından XVIII əsrin ortalarınadək Hunqar/Cunqar xanlığı olmuşdur.

Hunqar xanlığının (1635-1758-ci illərdə mövcud olmuşdur) tarixi-coğrafi sərhədləri Bəygöl/Baykal gölünün cənub-qərb (Altay-Sayan, Tannu-Ola..dağlıq silsilələri), Qobu/Qobi səhrasının şərb hissələrini, Alagöl vadisinin şərq və İli çayı hövzəsini tutmaqla, 3,6 milyaon kv.km sahəni əhatə etmişdir, əhalisi (600 min nəfər) kökənli Hun-Sak-Quz tayfa İttuifaqına daxil olan etnoailələr (əsasən Cağatay Türkləri) olmuş, dövlət idarəçiliyində Hun sülalələri üstün mövqe qazanmışdır. Paytaxtı Qulca şəhərinin əsasını Türk mənşəli Çingiz xanın (1162-1227) 2-ci oğlu Cağatay xan (1183-1242) qoymuşdur, XIII əsrdə. Bu şəhərin ərazisi qədimdən Uyqur Türk tayfalarının əkin yerləri olub, əkinçilərin məskəni olub.İli vadisində yerləşən bu yaşayış məntəqəsinin adı (Qulca) Türk xaqanlığının (552-603-cü illər) salnaməsində qeyd edilmişdir.

Bu hövzədə Hun-Quz tayfalarına aid hidronimlərdən biri Ağgol vadisindəki Hunquz/Tengiz gölüdür (müasir Qazaxıstan Respublikasının cənub-şərqində yerləşir və Uyğur Diyarının şimal-qərb hissəsi yaxınlığında), sahəsi 18 200 kv.km-dir (ona İli, Qaratal, Ağsu, Ayaquz...çayları tökülür, sonuncu çay Ayaquz şəhərindən keçir). Rus tarixçisi-kartoqraf S.U.Remezov (1642-1721) “Sibirin çertyoju.1701-ci il” xəritəsində, İsveç kartoqrafları-zabitləri Y.Q.Renat (1682-1744) 1716-cı ildə və F.İ.Stralenberq (1676-1747) 1730-cu illərdə tərtib və çap etdirdikləri xəritələrdə Hunquz/Tengiz gölü əski adı ilə qeyd edilib. Amma, Mərkəzi Asiyada Türk-Müsəlman diyarının-Türküstanın rus işğalından, 1864-cü ildən sonrakı mərhələdə bu hidroloji yataq Balxaş gölü kimi adlanıb.

Altay uluslarının, elatlarının etnomorfogenetik soy-qan varlığını özündə tarixən yaşadan Altay diyarının morfocoğrafi genezisinin dini-sakral dəyərləri bölgənin yaranışında İlahi Hökmün mistik irsinə təkzibedilməz dəlillərlə ifadə olunur. Belə ki, Hun-Sak-Quz tayfalarında İlahi Varlıq-Tanrı, Tenqri adlanıb (Hun tayfalarının Allahı), çoxşaxəli qəbilə-tayfa qollarının məna bütövlüyü qorunub saxlanılmaqla filoloji dil tərzinə, fonetik assimlyasiya sisteminə uyğun olaraq bir sıra dəyişikliyə uyğrayıb...Ala Tau, Ulu Tau, Ola-Tay, Ala-Tou...söz birləşmələri şəklini almış, XVIII-XX əsrlərdə isə daha çox təhrif edilmişdir.

Altay bölgəsinin Tannu-Ola dağ silsiləsinin orocoğrafi və toponimik mənşəyi buna əyani misal ola bilər.

Uzaq Şərq, Sibir və Mərkəzi Asiya bölgələrinin əski Türkdilli tayfa/qəbilə birlikləri arasında Hun-Sak-Quz etnos İttifaqının etnodemoqrafik üstünlüyü e.ə. II-I minilliklərdən başlayaraq digər Türkdilli qövmlərin coğrafi məkan baxımından etnogenetik assimlyasiyasında həlledici rol oynadılğından milli-mədəni, dini-sakral, tarixi-dünyəvi...əsasların formalaşmasında bu Üçlüyün təsiri aydın sezilir, eləcə də bu ərazilərin coğrafi adlarının mənşəyində də, istər ümumilikdə olsun, istərsə də ayrı-ayrı bölgələr üzrə.

Bu baxımdan Altay diyarı istisnalıq təşkil etmir. Ərazi əlverişli coğrafi mövqeyinə görə həm kökənli milli-etnik tayfa birliklərinin əski məkanları olmaqla, həm də eyni Ailə-Dil bölümünə mənsun xalqların “Böyük köç yolu” üzərində yerləşdiyindən e.ə I və I minillikdə etnodemorafik assimlyasiya daha geniş əraziləri əhatə etmişdir.

Xarici tədqiqatçıların-tarixçilərin, arxeoloqların (Y.D.Talko-Qrintseviç (1850-1936), “Mərkəzi Asiyanın xalqları”, 1908; P.K.Kozlov (1863-1935), “P.K.Kozlov-Mərkəzi Asiyanın tədqiqatçısı”, 1964; A.N.Bernştam (1910-1956), “Kəngöl məzarı”, 1940; L.N.Qumilyov (1912-1992), “Hunnlar Asiya və Avropada”, 1989; A.P.Umanski, (1923-2005), “Xalqların Böyük köç yollarının xəzinələri...”, 1978; A.A.Kazakov, “Hunlar Altayda”, 2018...) elmi-nəzəri mülahizələrinə görə, Altay diyarının kökənli etnomilli soykökü kimi Hun-Sak-Quz etnos İttifaqının şəcərələri təşkil edir və bu məxsusluq ərazinin yer adlarında-toponimlərdə də ifadə olunur.

Altay diyarının toponimika sistemində Hun-Sak-Quz tayfa birliyinin Ailə-Dil bölümündə morfogenetik və filoloji-dil qohumluğu üstünlük təşkil edən Oğuz/Türk etnomilli qolunun da mövcudluğu görünür. Diqqət yetirək: diyarın cənub-şərq hissəsində, yüksək dağlıq ərazilərdən başlayan Bəy/BiyaXatun/Xatın çayları hidrotoponim kimi Oğuz/Türk mənşlidir. Bu iki çay birləşərək, əski Göy və Bəyaz Türk qövmlərinin yurdlardan şimala doğru axan Abu/Ob çayını əmələ gətirir. Bu çayın hövzəsi Altay diyarı ərazisinin 70%-ni tutur.

Yuxarıda qeyd edildiyi kimi, morfogenetik və etnomilli mərkəz rolunu oynayan Mərkəzi Asiyanın Altay bölgəsi əski Türk-sakral dünyadərkinin və anlamının mərkəzi olduğundan “Altay” toponimi “Allaha/Tanrıya mənsub yer” mənasındadır ki, (ərazidə daha çox rast gəlinən “al-əl-el” mənsubiyyət bildirən söz kökü, “Tau”, “Tayi”, “Tou”- Tanrı mənasında olduğundan) bu coğrafi məkan müqəddəs, inanclı ərazilər kimi dəyərləndirilir, çünki, əski Türk dünyasının sakral sivilizasiyasının təşəkkül tapdığı soğrafi hüdudlardır.

Xatun dağlıq silsiləsinin Tabın-Boqdo-Ola buzlaq massivinin “Allahın tavanı” mənasına uyğunluğu da məhz eyni etnomorfoloji amillə bağlıdır.

Bu mənada Altay dağlıq silsiləsinin, Xatın dağ qurşağının ən uca Üç Bacı (4506 m) zirvəsi daimi buz/qar örtüyü altındadır, digərləri qərb hissədəki (4435 m) və “çılpaq zzirvə”dir- 4000 m. Dağlıq silsilə Türk dünyasında, əski Hun-Sak-Quz elatlarında Ana-Qadın müqəddəsliyinə inam və dərin ehtiram hissinin, oturuşmuş hörməti özündə ehtiva edən ayrı-ayrı orotoponimlərlə (dağ sıraları, zirvələr, aşırımlar, dağaarası vadilər, çay hövzələri, qolları....) rast gəlinir və qorunub saxlanılır.

(ardı var)

P.S. 26 iyul 1914-cü ildə rus qardaşları, tədqiqatçılar Mixail (1892-1978) və Boris (1891-1968) Tronovlar ilk dəfə Üç Bacı zirvəsini fəth etdiklərindən və dağın buz örtüyünə büründüyündən əski Türkdilli/mənşəli orotoponimi dəyişərək-“Beluxa” –“Ağ örtüklü dağ” adlandırblar.


MANŞET XƏBƏRLƏRİ