İtil Ural Bulqarları


Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

I Yazı

Armin Vamberi, Dyula Nemet və digər türkoloqların tədqiqatları bulqarların türk əslindən olduğunu isbat etmişdir.

Bulqar kəlməsi Göktürk dilində qarışıq mənasına gəlmişdir (bulğamaq-bulamaq-qarışmaq).Bulqar sözü el və millət adı olaraq V əsrin ikinci yarısından əvvəl mövcud deyildi.Attilanın oğlu Dənizin ölümündən sonra qardaşı İrəng 648-ci ildə hunların Orta Avropadan Qara dənizin şimal sahillərinə gətirdi və orada Uğur adında başqa bir türk eli ilə bir yerdə yaşayıb,bir-birinə qarışdılar.Bunların qarışmasından əmələ gələn xalqa bulqar deyilirdi.Bunlar sonradan Bulqar dövlətini təşkil etdilər,lakin İrəngi Uz dövlətinin qurucusu bilirdilər.

Oğuzlar Volqa və Dunay arasında boylar birliyi şəklində yaşayırdılar.

Periskosun yazdığına görə, oğurlar 641-645-ci illərdə sabarların basqısı ilə Ural dağlarının şərqindən qərbə köçdülər.Bu əsnada üç dəstə idilər: sar oğur,ur oğur və on oğur.

Oğurlar oğuzların qardaşları olub milladdan üç yüz il qabaq onlardan ayrılıb qərbə gəlmişdilər.

Çin mənbələrinin yazdığına görə miladdan qabaq III əsrin əvvəllərində uğurların mühüm qismi Orta və Güney İrtış ətrafında yaşayıb Tinglik,ya da Tingli adlanırdılar.Çünki bunlar sincab-boz dələ (ting) ticarəti ilə məşğul idilər.

Oğurlar 550-ci miladi ili sıralarında belə bölünmüşdülər.Qafqazın şimalında on oğurlar,Don ilə Volqa arasında arasında otuz oğurlar və Dneprə tərəf bozkırlarda da doqquz oğurlar.Qərbdəki doqquz oğurlar (Qara bulqarlar) bizanslılardan illik vergi alıb onlarla bəzən dost,bəzən də düşmən olurdular.Doqquz oğurlar slavyanları irəli sürüb, bizanslıları davamlı basqı altında saxlayırdılar.İmperator Anastazius (491-518) bunların qarşısını ala bilmək üçün İstanbulun ətrafında məşhur divarları tikdirmişdir.Sonradan bizanslılar da qardaş olan doqquz oğurlar ilə otuz oğurların aralarını pozdular.İki qardaş bir-birinə hücum etmiş,doqquz oğurlar məğlub olmuş,bir qismi Trakyada yerləşmişdi.

Bulqar dövlətləri

İlk bulqar türk dövləti 630-cu ildə Böyük Bulqar dövləti adı ilə quzey Qafqazda qurulmuşdu.

Böyük Bulqar dövləti.On oğurların əksəriyyət təşkil etdiyi bu dövlət Qafqazın şimalında 630-cu ildə,yəni birinci Köktürk xaqanlığı yıxılandan sonra qurulmuşdur.Dövlətin qurucusu başbuğ Qurd tarixçilərin yazdığına görə Asiya hunları nəslindəndir.

Qurdun ölümündən sonra (655) xəzərlərin basqınları ilə Bulqar dövləti yıxıldı.Xalqın bir qismi şimala tərəf köçüb Volqa bulqarlarını və ya xarici bulqarları təşkil etdilər.Burada əksəriyyəti otuz oğurlar təşkil edirdi.

On oğurlar macarlarla birlikdə Qurdun oğlu Bat Bayan başda olmaqla xəzərlərə tabe qaldılar.Bugünkü balkarların bunların nəslindən olduqları zənn edilir.

Bat Bayanın kiçik qardaşı Asparux oğurların böyük bir qismi ilə Dunaya tərəfə getdi (668) və yeni Bulqar dövlətini qurdular (daxili bulqarlar,679).

Dunay Bulqar dövləti.Asparux (679-702) imperator Konstantinin müqavimətinə baxmayaraq,Dobrucanın cənubunda Bulqar dövlətini yaratdı.Bu dövlət Volqa Bulqar dövlətindən dövlətindən daha kiçik olduğu halda, ondan daha çox davam etdi.

Dunay Bulqar dövləti tezliklə güclənib,717-ci ildə ərəblər İstanbulu mühasirə etdikləri zaman,bizanslılara yardım edib İstanbulu müdafiə etdi.

Sonra bizanslılar bulqarların güclənməsindən narahat olub, neçə dəfə onlara hücum etdilər və onların paytaxtı Pereyaslavı xaraba etdilər.Lakin Dunay Bulqar başbuğu Krım xanın zamanında bulqarlar tərəfindən əzildilər.Krım xan Edirneye gəlib İstanbulu mühasirə etdi (814),lakin elə bu sırada ağız və burun qanaxmasından (daxili qanaxma) öldü.

Krım xan İstanbul mühasirəsindən əvvəl Sofiya (809),Niş və Belqrad qalalarını işğal etmişdi.

Krım xanın oğlu Omurtak (814-831) tezliklə bizanslılarla ottuz illik bir barış müqaviləsi imzaladı.Omurtak dövrü bulqarların ən parlaq zamanı olmuşdur.Omurtak çoxlu şəhər və qəsəbələr tikdirdi.Su yolları və çeşmələr tikdirdi.Onun at üstündəki mücəssəməsi bir yazılı daş ilə Madara qəsəbəsində o dövrün yadigarıdır.

Bulqarlar yerli xalq ilə qarışmaq nəticəsində yavaş-yavaş slavyanlaşdılar.Bu hadisə Omurtakdan sonra Boris xanın (852-889) xristian olmasından sonra (864) şiddətləndi və yavaş-yavaş slavyan və Bizans təsiri ilə bugünki şəklini aldı.Bugünki Bolqarıstan,Dunay Bulqar dövlətinin xristianlaşmış və slavyanlaşmış davamından başqa bir şey deyildir.

İtil-Bulqar dövləti.Böyük Bulqar dövlətinin süqutundan sonra çoxunu otuz oğurlar təşkil edən bulqarların bir qismi Volqa (İtil)-Kama (Çolman) çayları bölgəsinə köçdü və orada bir dövlət təşkil etdi. Bu dövləti təşkil edən xalq otuz oğurlardan başqa yerli fin-oğurlar,sabarlar, xəzərlər və uzlardan ibarət idi.Volqa Bulqar dövləti V-XIII əsrlər,monqol istilasına qədər davam etdi.Bunlarda əkinçilik və ticarət çox güclü olub,torpaqları da əkinçilik üçün çox əlverişli idi.Həm də Avropa və Orta Asiyanın ticarət yolu üzərində idi,xüsusən Xəzər dövlətinin zəifləməsindən sonra bulqarların vəziyyəti daha da yaxşılaşdı, bulqarlar bir çox şəhər saldılar.

Volqa Bulqar dövlətinin paytaxtı Bulqar şəhəri İtil (Volqa) çayının kənarında,Volqa-Kama çaylarının birləşdiyi yerin yüz kilometr cənubunda yerləşib,IX-XII əsrlərdə Şərqi Avropanın ən mühüm ticarət mərkəzi idi.

Bulqarların şərqində başqırdlar,qərbində isə ruslar və burtaslar yaşayırdılar.Bunlar haqqında ən çox güvənilən məlumat İbn Fədlanın “Səfərnamə”sində yazılmışdır.

Onuncu əsrin əvvəlində 922-ci ildə Bulqar xanı Almışın istəyi ilə xəlifə əl-Müqtədir tərəfindən İbn Fədlanın başçılığı ilə bir heyət islam dininin üsul və qaydalarını bulqarlara öyrətmək məqsədi ilə göndərilmişdi.Bu “Səfərnamə”də bulqarlardan başqa,oğuzlar,peçeneqlər , başqırdlar,xəzərlər və slavyanlar haqqında məlumat verilmişdir.

Volqa bulqarları islamı qəbul edəndən sonra Şərqi Avropada türk-islam mədəniyyətinin nümayəndəsi oldular.

Bulqarlar əvvəllər dörd xanlıq şəklində yaşayırdılar. X əsrin ortalarından sonra hamısı birləşib bir xanın idarəsinə girdilər.

XIII əsrin ilk yarısında Volqa Bulqar dövləti Çingiz xanın ordusu tərəfindən işğal edildi. Batu xanın (Çingiz xanın nəvəsi) ordusu Bulqar şəhərini 50 min əhalisi ilə xarabaya çevirdi (1236).Bu hadisədən sonra bulqarlar dağıdılmış şəhərlərini bərpa etməyə çalışdılar,lakin 1361-ci ildə Polad Teymur xan tərəfindən ikinci dəfə olaraq dağıdıldılar.Üçüncü dəfə isə 1391-ci ildə Əmir Teymur Altun Ordu xanı Toxtamışa qarşı hücum etdiyi zaman dağıdıldı.Bundan sonra xalq dağıldı.Bir qismi Kamanın şimalına Kazan nəhri boyuna köçdü.XV əsrin ortalarında buralarda bulqar-qıpçaq qarışığı müsəlman xalq yaşayırdı ki,sonralar Kazan xanlığının (1438-1552) əsasını bunlar bulqarlar təşkil etdilər.Belə fikir söyləmək olar ki, dilləri oğur türkcəsinin bir ləhcəsi olan çuvaşlar əski bulqarların nəslindəndirlər.

İdil –Ural Bulqarlarının rus zülmü altına düşməsi

Kazan xanlığının böyüməsi və bu sayaq güclənməsi Moskvanın xeyrinə deyildi.Moskva bunu gözəlcə anlayırdı və ona görə də var qüvvəsi ilə Kazan xanlığının qüdrətini zəiflətməyə çalışırdı.Kazan və Həştərxan xanlığı (1466-1556) arasında dolaşan noqaylar bu məsələdə Moskva üçün yaxşı material idilər.Bunu göstərmək yetər ki,özünün bütün varlığı ərzində Kazan xanlığı xırda savaşları hesaba almasaq,Moskva ilə 25 dəfə savaşa girmişdilər.

Kazan ilə Moskva arasında birincinin tərəfindən öz təsirini Rusiyaya yaymaq,ikinci tərəfindən Volqa ticarət yolunu ələ keçirmək və Kazan xanlığını məhv etmək uğrunda aparılan mübarizə bəlli olduğu kimi Moskvanın qələbəsi ilə qurtardı.Kazan 1552-ci il oktyabrın 15-də (yeni üslubla) Həştərxan isə 1556-cı ildə süqut etdi.Bu sürətlə həmin illərdə Kazan və Həştərxan xanlıqları rəsmən öz müstəqilliklərini itirdilər,bu müstəqilliyin faktiki olaraq itirilməsi isə çox sonralar baş verdi.

Yuxarıda biz xatırlatmışdıq ki,öz müstəqilliklərini itirmiş,Qızıl Ordanın hakimiyyəti altına düşmüş bolqarlar daha sonrakı dövrlərdə tarix səhnəsində Kazan tatarları adı ilə görünürlər.İş burasındadır ki,Kazan xanlığının meydana gəlməsinin ilk günlərindən ruslar Kazan xanlığını-“Tatar xanlığı” və ya “Kazan tatarları xanlığı” adlandırmağa başlamışdılar.Volqa-Kama diyarı əhalisinin tatar adı (ruslar tərəfindən Qızıl Orda əhalisinə verilən rəsmi ad) ruslar tərəfindən yalnız Kazan xanlığının təşkili və bu xanlığın ruslar üzərində parlaq qələbələr qazanmasından sonra işlədilməyə başladı.Kazan tatarları Qızıl Ordanın əsl tatarlarının qarşısında durdular da ruslar tərəfindən Qızıl Ordaya bəslənilmiş bütün əvvəlki münasibətlər Kazan xanlığı və onun əhalisinin üzərinə köçürüldü.Bu yerlərdə yaşayan fin tayfaları onları tatar deyil,əvvəlki tək “Bolqarlar” adlandırır.Çöl çeremisləri (marilər) indiyədək tatarları “suas”,votyaklar isə - “biger”,yəni bolqar deyə çağırırlar.Tatarlar isə özlərini heç vaxt bu adla adlandırmamışlar,əksinə, Kazan tatarları bu adı həmişə təhqir saymışdır.

Müstəqillik uğrunda mübarizə

Beləliklə 1552-ci il oktyabrın 15-də (yeni üslubla) qanlı döyüşlərdən sonra Kazan rusların əlinə keçsə də,türk-tatarlar çoxsaylı partizan dəstələri təşkil etməklə nəinki İvan Qroznu ordusunun ölkənin dərinliklərinə doğru irəliləməsinə mane olur,həm də Kazana hücumlar etməklə və Kazandan çıxmağa çalışan ayrı-ayrı rus dəstələrini məhv etməklə onlara Kazanın özündə belə dinclik vermirdilər.1553-cü ildə Kazandan 60 verstlik məsafədə,Mişa çayının Volqaya töküldüyü yerdə türk-tatarlar tərəfindən Mişa Tamak qalası ucaldıldı.Bu qala üstündən dörd il ötəndən sonra ruslar tərəfindən alınmışdır.Türk-tatarlar bu qalanın süqutundan sonra da ruslarla mübarizələrini davam etdirmişlər.Bununla eyni vaxtda onlar Osmanlı Dövlətinə (1299-1922),Krım xanlığına (1441-1783) və Noqay Ordasına (1440-1634) yardım üçün müraciət etmiş,lakin birinci iki dövlətdən heç bir real kömək almamış,yardıma gəlmiş noqaylar isə kömək göstərmək əvəzinə əhalini soyub talamaqla məşğul olmuşlar.

Kazanın süqutunun ilk günlərindən başlayaraq,Moskvanın birinci işi rus qaydalarını tətbiq etmək və Kazanın özündə möhkəmlənmək olmuşdur.Kütləvi qırğınlardan,talanlar və əsirlikdən xilas ola bilmiş türk-tatar əhalisinin bir qismi Kazandan qovulub çıxarıldı.Zəbt edilmiş ölkənin başına köməkçisi ilə birlikdə bir canişin qoyuldu,1556-cı ildə isə yeni yeparxiya təsdiq edildi.Geniş dünyəvi səlahiyyətlərlə yepiskop Quri bu yeparxiyaya başçı təyinatını aldı:xristianlaşdırma,məscidlərin uçurulması və onların yerində kilsə və monastırların inşasına başlandı.Bununla eyni zamanda,özü də ilk növbədə,Kazanın müstəmləkəyə çevrilməsinə başlanıldı.Əvvəlki sahibləri tərəfindən tərk edilmiş bütün evlər,saraylar,ruslara paylandı.Moskva meylli murzaların çox azsaylı qrupu istisna təşkil etdi,onlar müəyyən müddət üçün repressiyalardan kənarda qaldılar.Qaliblərin məğlublara münasibətində nə qədər zalım və amansız olduqları bundan görünür ki,indiyədək Kazandan 30 verst məsafədə bir dənə də olsun, türk-tatar kəndi yoxdur.

Ölkənin müstəmləkəyə çevrilməsi sürətlə gedirdi.Rus kəndlilərinin bir qismi buraya Moskvanın məcburiyyəti altında gəlmişdi,yəni zorla köçürülmüşdülər,digər qism isə qaçqın təhkimli kəndlilərdən ibarət idilər,onlar yeni Kazan torpağında 10 illik azadlıq əldə edirdilər.Rus kəndliləri ilə birlikdə “kafir busurmanların” torpaqlarında çox sayda pravoslav ruhanilər də (həm ağ,həm də qara) axışıb gəldilər.Onlar əldə silah pravoslavlığı yaymaqla “zülmə müqavimət göstərməkdən” nə qədər uzaq idilər.Əlbəttə,bu sayaq siyasət fəth edilmiş ölkənin əhalisini sakitləşdirə bilməzdi.Buna görə də qovğalı illər dövrü kazanlılar üçün arzuedilən məqam idi.Həmin vaxtlar türk-tatarlar polyaklarla əlaqəyə girir və öz bağımsızlıqlarını qaytarmağa çalışırdılar.Kazan xanlığı faktiki olaraq,Moskvadan ayrılır,özü də Kazan şəhəri xanlığın paytaxtı kimi 1612-ci ildə öz müstəqilliyini özünə qaytarır.

Təəssüf ki,türk-tatarların vahid cəbhədə çıxış etdikləri Yalançı Dmitrinin işləri boşa çıxdı və Moskvadakı qovğalı illərin sonu gəldi: nəticədə türk-tatarlar yenidən məğlubiyyətə uğradılar.Türk-tatarların inadkar müqaviməti və onların müstəqillyə can atmaları Moskvanı inandırdı ki,yalnız silah gücünə bu ölkəni itaət altına almaq mümkün deyildir.Bax buna görə də 1613-cü ildə Zemski yığıncağına kazanlıların təmsilçiləri də dəvət olunmşdular.Moskva taxtına Kazan xanlarının nəslindən olan bir neçə xanzadənin namizədliyi irəli sürülmüşdür.Zemski soborun təsdiq etdiyi fərmanda Moskva dövlətinin tərkibinə daxil olan Kazan xanlığı adından qol çəkmiş Kazan knyazları və murzalarının yeddi imzası vardır.Knyaz və murzaları öz tərəfinə çəkməkdən ötrü Moskva var qüvvəsi ilə səy göstərirdi.

Ardı var.


MANŞET XƏBƏRLƏRİ