Bəygöl/Baykal gölü hövzəsinin əski Türk mənşəli coğrafi məkanları...


Qismət Yunusoğlu,
BDU-nun müəllimi

Qazaxstan Respublikasının paytaxtı Astana şəhərindəki L.N.Qumilyov adına Avrasiya Milli Universiteti və Monqolstan Elmlər Akademiyasının Tarix İnstitutu alimləri Mərkəzi Asiyada paytaxt Ulu Bahadır/Ulan-Bator şəhərindən 210 km qərbdə yerləşən Bayan-Nur şəhəri yaxınlığında, Mayxan-Uul yüksəkliyində kurqanların birində “əsrin arxeoloji tapıntısı”na nail olmuşlar-VII əsrə aid Türk sərkərdəsinin mavzoleyi tapılmışdır. Bu həm də erkən orta əsrlərdə təşəkkül tapmış Göy-Sarı Türk Dövlətçiliyinin və Türk Xaqanlığının siyasi-hərbi və milli-mədəni irsinin iri kompleks tarixi-coğrafi məkanı kimi dəyərə malikdir.

Göy və Sarı Türk etnobirliklərinin ilkin coğrafi məkanlarının, kökənli məskunlaşma arealının təmas qovşağı Mərkəzi Asiyada Narıncı/Sarı və Selsəngi çaylarının hövzəsi olmuşdur, qədim Türkdilli Hunların bir qolu/quulu/uulu olan Muğ/Moğ qəbilə-tayfa birliklərinin-Muğqollar/Moğquulların yayıldığı müasir Monqolstan və Çin dövlətlərinin həmsərhəd hüdudlarını əhatə etmişdir. Daha əvvəllər, e.ə. II-I və I minilliklərdə Türkdilli qövmlərin cəhətlər üzrə yayılması bu ocaqdan başlamışdır. Onlara məxsus qədim şəhər mədəniyyəti mərhələsi olan ƏrHun/Orxan-Yenənsu/Yenisey yazılı abidələr məkanı həm də inzibat-idarəetmə və etnodemoqrafik mərkəz kimi qəbul edilir. Belə ki, çoxsaylı Türkdilli Ailə-Dil qruplarının etnomilli assimlyasiyası da həmin dövrdən başlamış, etnonüvə ocağı kimi Hun/Sak/Quz(Oğuz)-Muğ/Moğ tayfa birlikləri əsas həlledici rol oynamışlar.

Məşhur Türkoloq tarixçi və çoğrafiyaşünas L.N.Qumilyovun (1912-1992) “Qədim Türklər” əsərində (1935-1961, 1967) əski Türk və Moğol tayfa birliklərinin etnogenetik bağlılığı elmi-nəzəri və tarixi-coğrafi aspektlərdən təhlil edilərək təsdiqini tapmışdır.

Altay dağlıq ərazisində, Yenənsu/Yenisey çayının yuxarı hövzələrində, Tuva şəhəri yaxınlığında e.ə. VII-IV əsrlərə aid qədim Türk dilində yazılı mədəniyyət irsi/izi “Qayaüstü epiqrafik yazı” nümunələrində də ifadə olunub.

Qeyd etmək lazımdır ki, çar Rusiyasında bu abidələr haqqında rəsmi məlumatlar I Pyotr (1682-1725) dövrünə təsadüf etmişdir. Kartoqraf, tarixçi, yazıçı S.U.Remezovun (1642-1721) 1697-1698-ci illərdə yazdığı “Sibir xalqlarının təsviri və torpaqlarının hüdudları” kitabında, 1701-ci ildə tərtib etdiyi “Sibirin çertyoju”nda qədim Türkdilli xalqların tarixi-toponimik və etnoqrafik-coğrafi bilgilərini əhatə edən qiymətli məlumatlara yer verilmişdir.

Ən məşhur tarixi yazı nümunəsi və əlifbası kimi ƏrHun/Orxon-Yenənsu/Yenisey-Talas daş abidələri XII-XIII əsrdən məlum olsa da, yalnız XVIII əsrdə İsveç Kralı XII Karlın ordu zabiti Filip İohan fon Stralenberq (1676-1747) tərəfindən araşdırılmışdır. Avrasiya materikinin Avropa və Sibir, Uzaq Şərq bölgələrinin tarixini, coğrafiyasını, etnomilli-mədəni irsini arşdıran tədqiqatçı 1730-cu ildə “Tattariyanın böyük xəritəsi”ni (XX əsrin ortalarına kimi Avropalılar və slavyanlar Türkdilli xalqları ümumilikdə “Tatarlar” adlandırıb) və “Asiyanın və Avropanın şimal və şərq ərazilərinin tarixi-coğrafi şərhi” kitabını çap etdirmişdir.

ƏrHun/Orxon-Yenənsu/Yenisey-Talas epiqrafik yazılarının dil-fonetika quruluşuş, hərflərin səs-dialekt sistemi, daş abidələrdəki mətnlərin yazı üslubu qədim Türkdilli qəbilə-tayfaların sivilizasiya mərhələsi, təşəkkül tapmış mədəniyyət ocağı kimi qiymətləndirilib. Bu barədə 1893-cü il 25 noyabr gününüdə Danimarka Kral Akademiyasının yığıncağında Türkoloq-professor Vilhelm Lyudviq Peter Tomsen (1842-1927) tərəfindən ilk dəfə olaraq elmi-nəzəri baxımdan təhlil edilmişdir. 1894-cü ildən Rusiya Elmlər Akademiyasının xarici müxbir üzvi olan, Fin-Saam-Türk dillərinin tədqiqatçısı olmuş V.L.P.Tomsenin həmin ildə Rusiya Arxeologiya Cəmiyyətinin Şərq bölməsinin nəşrində (VIII cild) çap edilmiş “Orxon-Yenisey yazılarının açımı/şərhi” məqaləsində mətnlərin məzmunu şərh edilmişdir.

Coğrafi ərazibaxımından ƏrHun/Orxon-Yenənsu/Yenisey-Talas epiqrafik mətn və əski Türk əlifbası ilə qayaüstü/daş lövhələr, yazı nümunələrinə yalnız Ərhun/Orxon çayının Seləngi/Selenqa çayına töküldüyü hövzəsində, Hunuy çayı boyunca, Qoça Dam vadisində deyil, həm də, yuxarı Yenənsu/Yenisey çayı ətrafında, Qırqısa, Qarasu, Absu...gölləri yaxınlığında, SakAsiya/Xakasiya, Tuva...bölgələrində, Bəygöl/Baykal gölünün cənubundakı Bayanqol şəhərində...də rast gəlinmişdir (sayı 200-ə yaxın olmaqla). Bəzi abidələrdə iki əlifba (əski Türk və çin) qoşa yazılmışdır.

Belə ki, rus tədqiqatçısı-yazıçı N.M.Yadrintsev (1842-1894) qeyd etmişdir ki, əski Türk və çin əlifbalarının qoşa yazılması Sarı çay (Xuanxe) hövzəsində, Qobu/Qobi səhrası, Böyük Hunqan/Xinqan dağlıq sistemi ətrafında, ümumilikdə Çin dövlətinin quzey hissəsində Türkdilli qəbilə-tayfa birlikləri hər iki dildən istifadə etmişlər (etnoqrafik və etnolinqvistik assimlyasiya prosesinin ifadəsi kimi) və bu abidələrdən biri 732-ci il tarixə aid olmaqla, Türk xaqanına və qardaşına məxsus olub (“Altaylar və qara tatarlar” məqaləsi, 1881).

Əski Muğ/Moğ tayfabirliklərinin qolları yayılan Monqolstan/əski Moğol Türklərinin coğrafi məkanı kimi, həm də Sarı, Göy, Bəyaz və Çöl Türklərinin qaynayıb-qarışdığı və Böyük Köç yollarının üstündə yerləşdiyindən özündə Türk mədəniyyətinin zəngin irsini qoruyub saxlamaqdadır. Bəygöl/Baykal gölü və Böyük XanHun/Xinqan dağlıq silsiləsi hövzəsini tutan bu ərazi e.ə. II-I minilliklər yaşına malik antik dövr, eləcə də erkən orta əsrlər mərhələsinin maddi-mənəvi dəyərlərə malikdir. XVII-XIX əsrlərin səyyah-coğrafiyaşünas-tarixçi mülahizələri, XX-XXI əsrlərdə aparılan arxeoloji qazıntılar ərazinin tarixi-coğrafi zənginliyini əhatəli ifadə edir.

“Böyük köç yolları” və “Etnomilli Assimlyasiya mərkəzi” kimi formalaşmış (e.ə. II-I minilliklər və I minillikdə) Böyük Hunqan/Xinqan və Altay dağları, Bəygöl/Baykol gölü, Ərhun/Orxon-Yenənsu-Talas çayları...hövzələrindən protoTürk qəbilə-tayfa qollarının/quullarının Orta/Mərkəzi Asiyada, Aralıq-Qara-Xəzər dənizləri ətrafı, Avropa və Sibir bölgəsində...etnogenetik -etnomorfoloji irs zənginliyi barədə kifayət qədər tədqiqat nəticələri sübut kimi təqdim edilir.

Kalmıkiya Respublikasının Əməkdar elm xadimi, filologiya elmləri namizədi, dosent V.E.Oçir-Qoryayevin (1947-2012) “Monqol tayfalarının köçü toponimikada”, monqol mənşəli Türkoloq alim N.Bazılxanın (1967) “Mərkəzi Asiyanın qədim Türk yazılı abidələri” əsərlərində,eləcə də, bir sıra alimlər, o cümlədən, Q.K.Konkaşpayev (1903-1986) Qazaxstan Respublikası ərazisində, S.D.Nominxanov (1898-1967) Özbəkistan hüdudlarında, V.F.Baraşkov (1926-1997) Orta Volqaboyunda,T.A.Quriyev(1929-2016) Şimali Osetiyada,V.N.İvanov(1925-2021) Saxa/Yakutiyada.... Monqol mənşəli yer adlarının (toponimlərin) yayılma arealı və morfogenetik əsasları barədə elmi-tədqiqat nəticələri ilə çıxış etmişlər. Təbii ki, bu mülahizələr ilk növbədə əski Türk-Monqol dil-ailə assimlyasiyası, etnodil qohumluğu, eyni etnogenetik irs xüsusiyyətlərinin ifadəsi kimi qiymətləndirilib.

Fikrimizcə, Yenisey çayının başladığı Tannu-Ola dağı, Sarı çayın quzeyində Urad düzü, Xanqay dağ silsiləsi, bayan-Nur gölü...yerləşən coğrafi məkanlar (Orxon-Yenise-Talas abidələrinin yayıldığı əski Türkdilli qövmlərin ocaqları) boyunca ünvan bildirən toponimlər (Ayraq-Nur, Qarasu, Qırqısa... gölləri, Bayan-qol, Bayan-oba və İxbulaq şəhərləri, Xunuy-Qol çayı...) tarixi-coğrafi keçmişlərin qan-gen yaddaşıdır. Hövzənin əski leksik tələffüzündə və yazı sistemində işlədilən “bay”, “bayan”, “hun”, “tanrı”...sözköklərinə çox hallarda əlavə edilən “qul”, “qol”. “nur”, “tay” sonluqları/birləşmələri toponimlərin eyni dil-ailə köklərindən qaynaqlanan filoloji təməlini təşkil etmişdir.

Görkəmli rus şərqşnası-akademik V.V.Bartold (1869-1930) Mərkəzi Asiyada əski Türk-Moğol qəbilə-tayfa birliklərinin ümumi qan-gen assimlyasiyasını (etnoqrafik, dini-fəlsəfi, maddi-mədəni..irs özəlliyi ilə bərabər) tarixi-coğrafi və etnomilli amillərlə bağlı olduğunu bildirmişdir (“Türküstan Monqol yürüşləri zamanında”, I cild, 1963-1977).

Ümumiyyətlə, Türk dünyası coğrafiyasının tarixi və maddi-mədəniyyət irsinin elmi-nəzəri qiymətləndirilməsində coğrafi yer adlarının sistemli tədqiqi və kompleks əlaqələndirmə sisteminin zəruriliyi Türkologiya elminin vacib məsələlərindəndir.

R.S. əski Türk dilindəki Narıncı/Sarı çayı-“Xuanxe”, Selsəngi çayı-“Selenqa...adlanır.


MANŞET XƏBƏRLƏRİ