Aral/Oral dağları və ya müasir “Ural dağları” orotoponimi


Fotonu aç

Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi

Nəinki Avrasiya materikində, eləcə də Yer kürəsində yaşı bir neçə yüz milyon illərlə ölçülən az sayda qədim dağ silsilələrindən biri də, səciyyəvi morfogenetik quruluşa və sahəyə (2,225 min kv. km) malik olan, həmçinin nitq/dialekt tələffüzünün semantikası baxımdan adı əski Türk dillərindən yaranan, meridianal istiqamətdə, şimaldan cənuba doğru 2500 məsafədə (eni 40-150 km) “quru kəmər” kimi uzanan Aral/Oral dağ qurşağına (ən hündür zirvəsi-Payan-Ər, 1894 m) aid toponim-leksik dəyişikliyə uğrayaraq, XVIII əsrdən sonra “Ural dağları” kimi adlandırılıb.

Geoloji yaşı 410-360 milyon illərlə ölçülən Aral/Oral dağ qurşağı hövzəsinin tarixən əski Türkdilli xalq/tayfa/qəbilə birliklərinin, Quzey Türk/Bəyaz Türk qövmünün coğrafi məkanı olması ilə bağlı elmi-nəzəri nəzəriyyənin müəllifi hunəsilli tədqiqatçı Antal Requli ilk tədqiqatlarını 1843-1845-ci illərdə Fin/Hun/Uyğur diyarından Qara/Kara dənizi enliyi boyunca aparmış, Mansilərin (Minsular diyarı, əski Voqullar), Xantilərin/Huntürklərin arasında yaşamqla, qarış-qarış bu əraziləri dolaşaraq elmi-etnoqarfik müşahidələrini (Sankt-Peterburq şəhərindən İrtış çayı sahillərinədək) həyata keçirmiş və ekspedisiya nəticələrin fundamental əsər kimi elmi ictimaiyyətə təqdim etmişdir. Çoxəsaslı və çoxşaxəli araşdırmalarla, Aral/Oral dağlıq silsiləsini şimaldan cənuba doğru vizual müşahidələri ilə tədqiq edən A.Requli sübut etmişdir ki, əski Hunlarla (I minillikdə Mərkəzi Avropada Atilla başda olmaqla Hunqari dövlətini yaradanlar) Fin/Hun/Uyğur/Minsu/Hunti... xalqları milli etnogenetik irqi-irsi kökə malikdir, onlar leksik-dil eyniliyi daşıyırlar, həm də morfogenetik soyludurlar (eləcə də, kiçik etnoslar ostyaklar, zıryanlar... kimi).

Haşiyə. Elmi əlyazmaları Hunqari Elmlər Akademiyasının Əlyazmalar Fondunda saxlanılan, bu elmi məbədin üzvü olmuş A.Requli (1819-1858) irsi sonralar da öyrənilmiş, bu tədqiqatlar Hun/Uyğur dilşünaslıq elminin əsası olmuşdur. Türk dünyasının bu görkəmli aliminin səyi ilə ilk dəfə olaraq Qaraeli/Kareliya diyarının milli-etno eposu olan “Qələbə”/”Kalavalı” Hun dilinə tərcümə edilib (1835-ci ildə 12078 şerlə, 1849-cu ildə 22795 sətirlə). Həmin dastanın bir bölümü Su mələyinə həsr edilib və “Ayna haqqında əfsanə” adlanır. A.Requlinin tədqiqatları onun ölümündən sonra (1859-ci ildə) da davam etdirilmiş, 1864-cü ildə Budapeşt şəhərində “Voqullar ölkəsi və onun sakinləri” əsəri çap olunmuş, 1897-ci ildə isə Y.Papay (1873-1931) tərəfindən (A.Requlinin marşrutları üzrə) Aral/Oral və Sibir bölgəsinə ekspedisiyalar təşkil edilmişdir.

Bu tarixi tədqiqatlar Avropada yaranan Hun dövlətinin 1000 illik tarixi səhifəsinin yazılması ilə eyni dövrə təsadüf etmişdir.

Quzey Türkdilli xalqların tarixi keçmişi, coğrafi şəraiti, maddi-mənəvi mədəniyyəti...barədə tədqiqatlar aparan A.Requli 1844-cü ildə Tobolsk şəhərində Hun/Fin/Uyğur/Saam dillərinin araşdırıcısı, fin əsilli M.A.Kastren (1813-1852) ilə də görüşmüşdür. Diqqətçəkən haldır ki, A.Requlinin Mansi-Xantı diyarındakı ekspedisiyası zamanı ona bələdçiliyi-tərcüməçiliyi Bəxtiyar adlı yerli sakin etmişdir.

Səfəri zamanı çeremislərlə (marilər), votyaklarla (udmurtlar), mordvalılarla...görüşən, onların milli-mədəni irsi və dil-leksik xüsusiyyətlərin ilə tanış olan A.Requli bu etnosların da Fin/Hun-Uyğur dil qruplarına aid etmişdir. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, uqrların/uyğurların əcdadları (Kama çayı hövzəsində yaşayanlar) e.ə. I minilliyin I yarısında tayfalar halında Mərkəzi Avropaya köç etmiş, bir hissəsi isə Aral/Oral boyu ərazilərdə məskunlaşmışlar.

Qeyd etmək lazımdır ki, M.A.Kastren də Ural və Altay dil ailələrinin (Hun/Fin/Saam/Uyğur...etnosları daxil) etnogenetik/üzvi bağlılığı barədə 1845-ci ildə müdafiə etdiyi “Fin, eston və saam dillərinin qohumluğu” mövzusundakı doktorluq dissertasiyasında ilk dəfə olaraq elmi-nəzəri səciyyə daşıyan tarixi-coğrafi-filoloji nəzəriyyə irəli sürmüşdür.

Şimal Buzlu Okeanı sahillərindən Xəzər dənizi sahillərinədək qurşaqboyu ərazilərdə kökənli, etno-morfogenetik soykökü və dil qohumluğu ilə bağlı olan qəbilə, tayfa, etnos birliklərinin yayılması Fin-Uyğur dil ailələrinin tədqiqatçı-alimləri A.Requli, M.Kastren, R.Rask (1787-1832), E.Lyennrot (1802-1884)...tərəfindən elmi-nəzəri baxımdan əsaslandırılılaraq Sankt-Peterburq Elmlər Akademiyasına fundamental nəticə kimi təqdim edilmişdir.

Bu coğrafiyada mühüm yer tutan Aral/Oral (yəni, Ural) dağlarının mövqeyi əslində Türk dilli əski və kökənli xalqların təsəvvürünə (Avropa və Asiya qitələrinin sərhəd hüdudlarında “ara”, “sərhəd” olduğundan) görə və dil/tələffüz tərzinə uyğun gəldiyindən oxşar orotoponim yaranmışdır.

Qeyd etmək lazımdır ki, 1927-ci ilədək, yəni, rus geoloqları tərəfindən Aral/Oral dağ silsiləsi boyunca ekspedisiyalar təşkil edilənədək, eləcə də xəritələr hazırlananadək bu dağ qurşağının toponimlərı demək olar ki, bütünlüklə kökənli, yerli Türkdilli etnoslar (Ural və Altay dil ailələrinə aid olan) tərəfindən yaranmış və yer adları bu cür adlanmışdır.

1846-cı ildə A.Requlu tərəfindən Sankt-Peterburq şəhərində tərtib edilmiş Şimali Aral/Oral dağ qurşağının 1-ci müfəssəl xəritəsində də bu orotoponimlər işlədilib. Daha sonra, A.Requlinin tərtib etdiyi “Hun-Mansi dillərinin lüğəti”ndə 2600 Mansi sözünün dil strukturu və fonetikasının Hun dilinə yaxınlığı qeyd edilmişdir.

(ardı var)


MANŞET XƏBƏRLƏRİ