Emil Rasimoğlu Əkrəm Əylislidən danışdı: “Məni ittiham etməkdənsə...”


“Məni ittiham etməkdənsə, çalışıb fikirlərimin mahiyyətini anlamaq lazım. Burası belə... Düşünürəm ki, (bir dəfə də yazmışdım) Əkrəm Əylislinin yandırılmış (eləcə də “itirilmiş”) bütün kitabları yenidən ardıcıl olaraq nəşr edilməlidir”.

Bunu Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Emil Rasimoğlu yazıçı Əkrəm Əylisli ilə bağlı danışarkən deyib.

AYB üzvü hətta onu da düşünür ki, “Daş yuxular” əsərinin özü bir vaxtlar doğru-dürüst şəkildə mətn kontekstindən müzakirə edilməyib:

“Bir əsərin bədii – fəlsəfi – ümumbəşəri qatının müzakirəsi yalnız mətn, ədəbiyyat, sənət müstəvisində aparılmalıdır. Yoxsa ki, necə deyərlər, bir bədii əsəri “siyasət masası”na daşıdınsa, istənilən halda sonluq qeyri-peşəkarlıqla nəticələnəcək. Bəlkə, Əkrəm Əylisli ilə bağlı bir müzakirə masası təşkil olunsun? O masada onun bütün yaradıcılığı (eləcə də “Daş yuxular” əsəri), yaradıcılıq yolu... müzakirə obyektinə çevrilsin. Amma təkrar edirəm, doğru-dürüst (“qalstuksuz”) şəkildə!.. O Əkrəm Əylislidir, axı... Bütün ömrünü yaradıcılığa çevirən Əkrəm Əylislini – tikanlı məftillərin üst qatında dayanan Əkrəmi deyirəm”.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ