Gənc şair Əkrəm Əylislidən yazır – “İndi deyin görək...”


Əkrəm Əylisli ilə bağlı müzakirələrə SÖZARDI:

Kifayət qədər Əkrəm Əylislidən söz açaraq SƏNƏT... SƏNƏTKARLIQ... YAZIÇI MİSSİYASI məfhumlarının idraki – fəlsəfi – ümumbəşəri mahiyyəti əsasında fikirlərimi publika ilə bölüşmüşəm. Qaldı ki, kim(lər)in “həzm” edib, kim(lər)in “həzm” edə bilməməsi(hansısa “maraqlar” naminə “həzm” etmək istəməməsi)nə... bu artıq idrak və ədalət məsələsidir. Burası belə!..

Sadəcə ümumi müzakirələrdən gəlinən BİR NEÇƏ NƏTİCƏ var.

ƏVVƏLA, əksəriyyət oxumadığı əsərdən söz açır... Bəli, oxumadığı! Hələ dərk edib-etməməsini demirəm ha(!), oxumadığını deyirəm.

Baxın, SƏNƏT və SƏNƏTKAR taleyi kütləyə (kütlə təfəkkürlü şəxslərə!) TAPŞIRILANDA, onların ixtiyarına VERİLƏNDƏ

kitab vərəqlənmədən YANDIRILAR, əsər oxunmadan “MÜZAKİRƏ OLUNAR”, sənətkar dərk edilmədən “DƏYƏRLƏNDİRİLƏR”. Burası da belə!..

GƏLİM MƏSƏLƏNİN DİGƏR TƏRƏFİNƏ...

İstənilən bir əsər (elə Əkrəm Əylislinin təbirincə desək) bir BƏDİİ ORQANİZMdir... Məhz, onu təhlil etmək, dəyərləndirmək üçün ÜÇ AMİL mütləqdi:

OXUMAQ... DƏRK ETMƏK (İDRAK, DÜNYAGÖRÜŞ)... və ƏDALƏT!

Bu ÜÇ AMİLin biri yoxdusa sən həmin əsərlə bağlı YANLIŞ NƏTİCƏyə, YANLIŞ DƏYƏRLƏNDİRMƏyə gələcəksən... gəlməlisən!

İndi deyin görək, nefti tərəzi ilə ölçənin (ölçmək istəyənin, “ölçmək marağı”nda olanın!) SUÇU neftdədirmi?

SƏN ilk öncə SƏNƏT... YAZIÇI MİSSİYASI anlayışlarının doğru-dürüst şəkildə QATLARına enməlisən. Bu azmış kimi (əgər hər hansısa bir əsərdən danışmaq istəyirsənsə) o QATLARdan (yalnız həmin o QATLARdan!) çıxış etməyi bacarmalısan. YOXSA Kİ, fikirlərin ya PAFOSun, ya da “MARAQLAR”ın eləcə ifadəsi olacaqdır.

Açıklama yok.

Emil Rasimoğlu

yazar


MANŞET XƏBƏRLƏRİ