Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
Aral/Ural dağlarını keçərək Şərqi Avropa düzənliyinə açılan geniş, hamar ovalıq və alçaq təpəli düzəngahlar e.ə. IV- II minilliklərdə Türkdilli qəbilə-tayfa Birliklərinin çoxsaylı etnoqolları arasında əsas yaşayış məskənlərinə çevrilməklə, həm də əski Dünya sivilizasiyasından ayrılan Böyük Köç yollarının şaxələnməsi mərkəzi olmuşdur. İtil/İdil və Yığnaq/Kom çaylarının hövzəsindən şimala doğru Arktika-Ağ dəniz və Hun-Uyğur dağlıq ərazilərinə, qərbə və cənub-qərbə tərəf isə Qara dəniz, Alp dağları və Dunay çayı ərazilərinə, Qıpçaq-Biçənək çölləri istiqamətində hərəkət edərək daimi, tarixi məskunlaşma mərhələsini, Təbəddülat ocaqlarını yaratmışlar.
Həmin əski tarixi və coğrafi minilliklərdə Şərqi Avropa düzəngahı Türk ocaqlarına çevrildikcə və zəngin tarixi-coğrafi, etnomilli, mənəvi-mədəni, dini-sakral...Təkamül mərhələlərini keçdikcə maddi-mədəniyyət, milli-morfogenetik zənginliyin kökənli dil-filoloji struktur, etnomorfoloji dəyərləri, siyasi-hərbi gələnəkləri...səciyyəvi xüsusiyyətlərini qoruyub saxlamaqla yanaşı ilkinliyini, genetik kökünü də itirməmişdir. Bu baxımdan, ilk növbədə protoTürk dünya-dini dərkinin, Ailə və Dil qruplarının formalaşması prosesləri mövcud toponimlər sisteminin timsalında da əks olunmuşdur.
Yer adlarının təsnifatında tarixi dövrlər üzrə dil və fonetik dəyişikliklər müasir toponimlərin formalaşmasına təsir etməklə (etimioloji məna çalarlarını qoruyub saxlamaqla) geniş Avrasiya məkanında təşəkkül tapmışdır. Bir cəhəti nəzərə almaq lazımdır ki, coğrafi məkan genişliyindən asılı olmayaraq Türkdilli toponimlər leksik-qrammatik təhriflərə uğrasa da, ümumilikdə, Türk düşüncə, təsvir, deyim....tərzinə uyğunluğu ilə seçilir, istər, Göy Türklərin, istərsə, Hun-Quz-Sak-Uyğur....tayfa Birliklərinin, ya Qğuz-Türkmən, Qıpçaq-Biçənək, ya Skif-İskit....qövmlərinin şifahi və ya yazılı şəkildə yaratdıqları coğrafi adlar olsun...fərqlər yalnız, minilliklərin sığal çəkdiyi təhrif dərəcələri ilə ölçülür...
Bu mənada qədim İtil/İdil çayının qolu olan Kama çayı, Peçora çayı hövzəsini tutan Komi Respublikası, Türkmən diyarında, Qızılqum səhrasının cənubunu kəsən Kopetdağ silsiləsi, Şərqi Sibir yaylasının cənubundakı Kəmər bölgəsi...timsalında yaranan hidrotoponimlər, antrotoponimlər, orotoponimlər...eyni etimoloji mənaya, Türk dilinin ilkin filoloji özəlliyinə əsaslanır.
Kama çayı (uzunluğu 1805 km) hidrotoponim kimi Hun-Uyğur xalq dialektində “əhalinin cəmləşditi yer, “yığnaq ocağı”, “cəm olunan məkan”...əski protoTürk dillərində “kom” (“bir yerə yığılmış”, “cəm edilmiş” mənasında) söz kökündən yaranmışdır, çünki, təbii-coğrafi şəraitinə uyğun olaraq bu gursulu çay qollarının toplandığı, cəmləndiyi, şəbəkə yaratdığı ərazi coğrafi məkan kimi geniş düzənliyi, alçaq təpəli relyefi özündə birləşdirir.
Ümumiyyətlə, Kama çayı hövzəsində irili-xırdalı 74718 çay qolu qeydə alınmışdır.
Təsadüfi deyil ki, XIII əsr Bulqar və Ərəb mənbələrində İtil/İdil (Volqa) çayı Kama çayının sağ qolu kimi qədul edilib, sonuncu isə Avropa qitəsinin ən uzun çayı hesab olunub, Kama çayının yuxarı hövzəsinə “Ağ Çulman”, aşağı axarlarına “Qara İtil” deyilib. 1880-ci ildə çap edilən Bulqar xanlığının xəritəsində Kama çayının qolları sırasında İtil, Yığnaq, Çeşmə, Şüküralı... çayları da ayrıca göstərilib.
Şimali və Cənubi Kım çayları qollarına ayrılan Kım şayı (uzunluğu 80 km) Kama çayının sağ qolu və Komi Respublikasının cənub-qərbindəki Kom şəhər tipli qəsəbəsi də eyni topogenetik mənaya malikdir.
Kama çayının sağ qolu olan Hayvay çayı (uzunluğu 76 km) gursulu və səsli-küylü olduğu üçün bu cür adlanır. Böyük Qafqaz dağlarının cənub yamacında, İsmayıllı rayonu ərazisindəki Ax-Ox çayı (uzunluğu 25 km, Əyriçayın sol qolu) da eyni etimoloji məna daşıyır.
Türkmənistan diyarındakı Kopetdağ, əslində “Komdağ” orotoponimi kimi eyni etimoloji məna daşıyır. Böyük Qafqaz dağlarının cənub-şərqə doğru Xəzər dənizi yatağından keşərək Türkmən/Oğuz ərazilərində 650 km uzunluqda (eni 200 km-ə qədər) sıralanan bir neçə dağ silsiləsinin birliyinə, cəminə, toplumuna “Komdağ” deyilib. Türkmən/Oğuz diyarında bu dağın ən uca zirvəsi- Xızr-Məscid 3117 m hündürlükdədir. Yulğunlu təpə ətəyində, Bağır kəndi yaxınlığında (Aşqabad şəhərindən 18 km qərbə tərəf) e.ə. 3100-290-cu illərə aid olan qədim Nisa şəhəri aşkar edilmişdir.
Əski Türk dillərində “kəmər” sözü də semantik mənasına görə “bir araya toplanma”, “cəm olma”, “komalaşma” anlamına uyğun olaraq “toplumu bir arada sıxmaq/saxlamaq” ismi kimi işlənilir, “komar” sözünün dialekt-şivə təhrifinə uyrayaraq “kəmər” kimi fonetik/yazılı hüquq qazanmışdır.
Türk dünyası coğrafiyasında “kəmər” sözündən yaranan kifayət qədər toponimlər məhz bu anlamı ifadə etməklə yaranmnışdır. Cənubi Sibir yüksəkliklərini, dağ qurşaqlarını və vadiələrini birləşdirən Kəmər mahalı və Abu-su çayı hövzəsinə aid olan Kür-su (uzunluğu 827 km) və Qamışlı (uzunluğu 37 km) çayları sahillərində yerləşən mərkəzi Kəmər şəhəri buna misal ola bilər.
R.S. Müasir beynəlxalq dildə dünyəvi miqyas qazanmış “komanda” (guya, italiyalıların sözüdür), “kollektiv” (əski latın sözü kimi qəbul edilib) , “komitə”, “kommunizm” (latın sözü olduğu bildirilir), “kombinat” (latın mənşəli olduğu yazılır), “kommuna” (guya fransız sözüdür)...terminləri leksik-fonetik kökündə əski Türk dillərindən alınan “kom” söz/kök (“birlik”, “cəm”, “ümumi yığnaq yeri” mənalarında) hissəsindən yaranmışdır. Bu baxımdan, dilimizdəki “koma” (yurd yeri), “komalaşmaq”... sözləri də eyni morfogenetik kökə bağlıdır.
R.S.S. Rus coğrafiyaçıları-kartoqrafları sonralar Şərqi Avropa düzəngahının Kama çayı hövzəsinə aid olan Hun-Uyğur-Bulqar-Biçənək...mənşəli toponimlərini təhrif edərək yad mənalara uyğunlaşdırmışlar. Belə ki, Yığnaq çayı-“Vyatka”, Hayvay çayı-“Qayva”, Qənbər çayı-“Kambarka”, Şüküralı çayı-“Şukralinka”, Kəmər mahalını və şəhərini-“Kemerovo”, Abu-su çayını-“Ob”, Kür-su çayını- “Tomi”, Qamışlı çayını-“İskitimki”...adlandırıblar.