Əfşar İmperiyasının hərbi donanması


Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

Əfşar İmperiyasının Hərbi Donanmasını 1734-cü ildə Nadir Xan (1736-cı ildən Şah) təşkil etdi. Bu donanma özünün ən yaxşı fəaliyyəti dövrünü Əfşar İmperiyasının bölünməsinə qədərki 10 il müddətində yaşadı. Nadir Şah 1726-cı ildən general (xan) və Qorçubaşı rütbəsi daşımışdır. Osmanlı İmperiyasında general (paşa) adlanırdı. Səfəvi sülaləsi şahlarının və Əfşar İmperiyası şahlarının özlərini fars ,idarə etdikləri ölkəni isə Persiya adlandırdıqlarını göstərən bircə dənə fakt yoxdur. Əfşar İmperiyasının hərbi donanması əsas təhlükələrdən biri kimi qəbul edilən ruslara qarşı Xəzər dənizində də fəaliyyət göstərdi. Hərbi donanmanın əsas mərkəzi Kəngər körfəzindəki Buşehrdə yerləşirdi və əsas fəaliyyət sahəsini Kəngər körfəzi, habelə Oman dənizi və Hind okeanı təşkil edirdi. Burada əsas mübarizə isə Maskat Sultanlığı, Oman İmamlığı, sonradan Atəşkəs dövlətləri adlandırılan ərazilərin sahillərində məskunlaşan quldurlarla, üsyançılarla aparılırdı. Əfşar donanması tez-tez hollandiyalılar və britaniyalılarla əməkdaşlıq edirdi.

Əfşar İmperiyasına qədər Qızılbaş Dövlətində hərbi donanma yaradılması üçün sonuncu cəhd 1718-ci ildə edilmişdi.Bu cəhd də Qızılbaş Dövləti (1501-1736) Şahı Sultan Hüseynin (1694-1722) donanma yaratmaqda istəksiz olması səbəbindən baş tutmamışdı.

Nadir Şah Əfşar Kəngər (Bəsrə) körfəzində donanma yaratmaq pıanlarından ingilislər bərk narahat oldular. Əfşar Şahı 1740-cı ilin yayında Buşəhr limanında bir neçə hərbi gəmi qayırmağa ciddi göstəriş verdi. Gəmilərin hər birində 50 top qoyulmalıydı. Buna görə Bəndər-Abbasda toptökmə zavodu tikildi.

Müxtəlif ölkələrdən pulla alınmış olsa da 1742-ci ilin yazında Əfşar Dövlətinin artıq 15 hərbi gəmidən ibarət savaş hərbi donanması vardı. Sonra Nadir Şah Əfşar pulla 30-dək müxtəlif ölçülü gəmi aldı.

Nadir Şah Əfşarın əsas məqsədi Kəngər Körfəzi və Hind okeanında hərbi dəniz üstünlüyünə nail olmaq idi.O Əfşar Dövlətinin Xəzər dənizində hərbi cəhətdən möhkəmlənməsi, dəniz nəqliyyatından gəlir əldə olunması üçün hərbi dəniz donanmasının yaradılması zərurətini gözəl anlayırdı. İngilis C. Elton məktublarından birində qeyd edirdi ki, o, Xəzərdə Əfşar İmperiyası hərbi donanmasının yaradılmasında marağı olan Nadir Şaha öz xidmətlərini təklif etmişdi. Tanınmış şərqşünas alim M. Dürand C.Eltonun fəaliyyətini bu cür səciyyələndirir: ”Elton Nadir Şaha xidmət edərkən... gəmilərdən ibarət eskadranın tikintisi üzrə işlərə nəzarət edirdi...Onun məqsədi Xəzəri və Həştərxanı bütöv ələ keçirib Əfşar İmperitasının gölünə çevirmək idi”. İngilis tədqiqatçısı G.Kerzonun fikrincə, Nadir Şah Xəzərdə öz donanmasını yaratmaqda göstərilən məqsədləri güdürdü: türkmən dəniz quldurlarını məhv etmək; dənizin qərb sahillərində dağlı tayfalarını cəzalandırmaq və itaətə gətirmək; Həştərxanı və Rusiya İmperiyasının əlində olan Xəzər dəniz sahillərini öz əlinə almaq.1734-ci ilin əvvəlində onun Məhəmməd Lətif Xanı Kaptanbaşı ( Əfşar gəmilərinin kapitanlarının rəisi) və Dəryabəyi (admiral) təyin etməsindən biz belə nəticə əldə bilərik ki, Nadir Şah Xəzər dənizində və Hind okeanında hərbi donanmaya malik olmanın zərurətini və mənfəətini yaxşı dərk edirdi. Məhəmməd Lətif Xan Əfşar Donanmasının 1734-cü ildəki qurucusu və ilk Əfşar dəryabəyidi. O, 1735-ci ildə Osmanlı İmperatorluq Donanmasına qarşı məğlubiyyətindən sonra vəzifəsindən azad edilmiş, lakin 1736-cı ildə yenidən vəzifəsinə bərpa edilmiş və bu vəzifədə 1737-ci ildə zəhərlənərək öldürülməsinə qədər xidmət etmişdir. İlk Əfşar Dəryabəyidi (admiral). Kapitan Riçard Kuk-ingilis olan bu kaptandəryadı. Dəryabəyi və Kaptanbaşı Məhəmməd Lətif Xanın köməkçisi olmuş və 1737-ci ildə dəniz savaşında ölmüşdür.

Molla Əlişah-Bəndər Abbasda yerləşən Əfşar İmperiyasının donanmasının şərq bölməsinin komandanı kaptanbaşısı olmuşdu.

Mirəli Xan Türkman- 1740-cı ildə dəniz savaşında öldürülmüş Əfşar İmperiyası Dəryabəyi və Kaptanbaşısıdı.

Məhəmmədtağı Xan Məşhədi-1742-ci ildən sonra fəaliyyət göstərmiş Əfşar İmperiyası dəryabəyisidi.

Bayraq- Müasir qaynaqların bildirdiyinə görə 1737-ci ildən donanma ağ fonda üzərində Zülfüqar əks edilmiş bayraqlardan istifadə etmişdir.

Şimal donanması

Əfşar imperiyasının Şimal donanması- Xəzər donanması Xəzər dənizində fəaliyyət göstərirdi.1745-ci ildə iki freqat və 4 kiçik gəmi (hamısı yerli istehsal) donanma daxilində xidmət etməkdə idi. Qaynaqların bildirdiyinə görə, bu donanmaya daxil olan gəmilərdən biri 1752-ci ildə Rəşt yaxınlığında yandırılmışdır. Şimal donanması yaradılmamışdan əvvəl, Nadir Şah ruslardan gəmi ala bilmək üçün böyük məbləğlərdə pullar ödəmişdir.Bu gəmilərdən Nadir Şah Əfşarın Dağıstan yürüşü zamanı maddi-texniki təminat göndərmək üçün istifadə edilmişdir.

Cənub donanması

Cənub donanmasının əsas üzdüyü məkan Kəngər körfəzi, Oman dənizi və Hind okeanı idi. Lakin bu donanmanın Ərəbistan dənizində də fəaliyyətdə olduğu dövrlər olmuşdur.

1734-1736-cı illər:1734-cü ildə Nadir Şah Əfşar ingilislərdən iki briqantin gəmisi aldı. Patna və Ruperall adlandırılan ingilis briqantinlərinə müvafiq olaraq Veddell və Kuk komandan təyin edildi. Nadir Şah Əfşarın Əfşar İmperiyası donanmasında Avropa donanmalarından qaçan dənizçilərdən də yararlanılırdı. Əfşarlar 1736-cı ildə Buşehrdə saxladıqları Ost-Hind şirkətinə məxsus olan Northuberland gəmisinin kapitanını gəmini onlara satmağa məcbur etdilər.”Böyük məbləğ qarşılığında satın alınan” gəmi savaş gəmisinə dönüşdürüldü. Gəmi o dövrdə pis vəziyyətdə idi və buna görə də, Ost-Hind şirkəti “potensial Əfşar iddialarından özlərini qorumaq üçün addımlar atdılar”. Həmin ilin oktyabrında donanma ingilislərdən 8 min tümənə satın alınmış 20 silahlı 2 freqat daha əldə etdi və onlardan biri Cavan adlandırıldı. Arxiv sənədlərində isə, yalnız bir gəminin satıldığı göstərilmişdir. Cavan daha sonra Fəth-i Şah adlandırıldı və Əfşar İmperiyasının bayraqdar flaqman gəmisi oldu. Lakin başqa bir qaynağa görə isə, Fəth-i Şah gəmisi əvvəlki Northumberland gəmisi olmuşdur. Cavan şəxsi olaraq Bombeydə yerləşən EİC şirkəti tərəfindən Nadir Şah Əfşara satılmaq üçün əldə edilmişdi və şirkət bu satışdan 200 faiz mənfəət kar əldə etmişdi.Donanmaya daxil olan başqa bir gəmi isə fransız tacirlərindən satın alınmış I Heureux gəmisi idi.

1741-1742-ci illər: 1.100 tonluq Bombey mərkəzli gəmi olan Şavallum onu hazırlayan konsortium (Con Lambton, tacir Bhomanji Rüstəmci, Manoji Novroji, Bombeyli Şivan Şet və Dharam Set) tərəfindən satılmış və gəmi satın alndıqdan sonra Rəhimi adlandırılmışdır. Bu gəmi Nadir Şahın Əfşar İmperiyası donanmasının bayraqdar gəmilərindən biri kimi xidmət etmişdir.1742-ci ildə Nadir Şahın Əfşar İmperyasının cənub donanmasında 15 gəmi daxil idi və Kambey körfəzindəki Suratda hazırlanmışdı. Nadir Şah Suratdakı gəmi hazırlayanlara daha 11 gəmi sifariş verdi və bu sifarişlərdən birincisi 1742-ci ildə hazır edildi.Bu gəmiləri tik ağacından hazırlamışdılar və öz davamlılıqları ilə seçilirdilər. 1742-ci ildə Robert Qalley savaş gəmisi ingilis Eusteys Pikokdan 1000 tümən qarşılığında satın alındı.Daha iki savaş gəmisi Meri və Pembrok Suratdakı EIC tərəfindən hazırlandı və 1186.251 rupiyə (9.312 tümənə və ya 23.280 pounda bərabər idi) Nadir Şaha satıldı. Pembrok lazımi təchizatdan məhrum idi, Meri isə su sızmasına məruz qaldığı üçün gündəlik nasosa ehtiyacı var idi.

1745-ci ildə: 1745-ci ildə Əfşar İmperiyasının cənub hərbi donanmasında 30 gəmi mövcud idi.

1747-ci ildə: 1747-ci ildə Nadir Şah Əfşarın cənub donanmasında 20-25 savaş gəmisi mövcud idi.

Kəngər körfəzi yürüşlərinə 1730-cu ildən etibarən başlanmışdı və bu yürüşlərin əksəriyyəti uğurla sonlandırılmışdı. Nadir Şah Əfşarın Dəryabəyisi1743-cü ildə Maskat Sultanlığına hərəkət edərək 1743-cü ildə Maskatda inamlı bir neçə qələbə qazandı.Oman İmamlığı bunu fürsət bilərək Maskat Sultanlığı ilə savaşa girdi. Savaşın gedişində Oman İmamlığı məğlub oldu və Nadir Şah Əfşardan hərbi kömək istədi. Əsasən Nadir Şahın Avropalılardan satın aldığı gəmilərdən ibarət olan Əfşar donanması,1743-cü ilin iyulunda 8000 süvarisi və göyərtəsində çoxlu sayda maddi təminatla Maskat Sultanlığı ilə savaşa başladı. Oman İmamlığı və Maskat Sultanlığı Əfşar donanması tərəfindən ələ keçirilmişdi. Atəşkəs dövlətləri (Birləşmiş Ərəb Əmirlikləri) və Bəhreyn adası da Əfşar donanması tərəfindən fəth edilmişdi.

Bəzi hallarda, Nadir Şah Əfşar gəmiləri icarəyə götürməkdə uğurlu ola bilmirdi.Yelizaveta Petrovnanın (1741-1762) taxta çıxmasından qısa müddət sonra-1741-ci ilin dekabrında ondan Dağıstan yürüşünün maddi-texniki təminatını həyata keçirmək üçün 10 gəmisini icarəyə verməsi istənildi. Rus səfirinin məsləhəti ilə bu təklif rədd edildi.Rus səfiri bu gəmilərin heç vaxt geri qaytarılmayacağından qorxurdu.Rusiya İmperatriçası Yelizaveta Petrovnanın Dağısan və Şimali Qafqaz torpaqlarını işğal etmək planı olduğu üçün bu təklif rəd edilmişdi. 1730-cu ildə britaniyalı birinin şəxsi mülkü olan Severn və Edvard gəmilərinin də icarə təklifləri rədd edilimişdi.

1743-cü ildə Nadir Şah Əfşar ingilis taciri Con Eltonu Əfşar İmperiyasının şimalında Xəzər dənizi gəmiqayırma idarəsinin rəisi təyin etdi və ona Camal Beiq (Camal Bəy) titulu verdi. Eltonun baş ofisi Lahican və Ləngəruddakı Əfşar İmperiyasının Şimal donanması üçün gəmiqayırma obyektlərində yerləşdirildi.Con Elton Nadir Şah Əfşar üçün ilk gəmi hazırladıqdan sonra Rusiya hökumətinin narazılığı artdı. Nəticədə Rusiya İmperatriçası Yelizaveta Petrovna 1734-cü il müqaviləsinin 8-ci maddəsini qüvvədən düşmüş hesab etdi və bu tədbirlə ingilis tacirlərini Xəzər dənizi vasitəsilə Əfşar Dövlətiylə tranzit ticarət hüququndan məhrum etdi.1746-cı ilin noyabr ayında İmperatriça Yelizaveta Petrovna Xəzər dənizində Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığının Əfşar imperiyası ilə ticarətini qadağan edən fərman verdi.

1743-cü ildən Con Elton rəsmən Nadir Şaha xidmət etməyə başladı. Nadir Şah ona Xəzər dənizi dəryabəyi rütbəsi verdi və 6000 tümən məvacib təyin etdi. Bakının qalabəyi Mirzə Məhəmməd Xan isə kaptanbaşı (ober-admiral) oldu. Bu faktın təsdiqini biz Böyük Britaniya taciri C.Kukun məlumatlarında tapırıq: “Admiral olan Bakı hakimi”. Nadir Şah öz dövləti ərazisində Avropa tipli naviqasiyanı və gəmiqayırma işlərini tətbiq etməyə çalışırdı ki, bu da onun mütərəqqi cəhdlərinə sübutdur.


MANŞET XƏBƏRLƏRİ