İsmayıl bəy Qaspıralının “Haqqaniyyət” ideyası


No description available.
Məhəmməd İsrafiloğlu
Almaniya

Möhtəşəm ideyanın Rəsulzadəyə dərin təsiri haqqında

İsmayıl Bəy Qaspıralı Parisə gəldiyi zaman Avropa mədəniyyətini dərindən müşahidə etmişdir. O sadəcə Qərb mədəniyyətinin gözəlliklərini deyil,eyni zamanda qüsurlarını da görmüşdür.Parisdə incələdiyi hadisə və təəsürütlarını “ Avropa Mədəniyyətinə Bir-Nazar-ı Muvazene” ( Avropa mədəniyyətinə tənqidi bir baxış- M.İ.) adlı əsərində qələmə almışdır.İsmayıl Bəy, qələmə aldığı bu əsərdə: ” Avropa mədəniyyətinin xaricinə baxar və məişətin(həyat tərzinin) iç üzünə diqqət etməzsək bir şey anlaya bilmərik. Ancaq qüdrətlərinə, ağıllarına şaşıb qalarıq” demişdir.

İsmayıl Bəy Qaspıralı özünün “ Avrupa Medeniyetine Bir Nazar-ı Müvazene (Bağçasaray 1885) əsərində Haqqaniyyət qavramından bəhs edər. O bu əsərində Avropanın elmi-texniki tərəqqisinin doğru düzgün bir şəkildə mənimsəmənin vacibliyindən bəhs etsə də özünün tənqidi yanaşmalarını da ortaya qoyur. Qaspıralı haqqaniyyət qavramını dilə gətirərkən bunun izahını da sitemli bir biçimdə verərək qeyd edir ki: “Hakkaniyyət-hak və ədalətə uyğunluq, doğruluq deməkdir.Hakkaniyyet üzərinə təsis olan maişet ən pak maişet olacaqdır. İnsanların hər hərəkəti hakkaniyyətə istinadən olursa zülüm ortadan qalxdığı kimi məzlum(əzilən) dəxi bulunmayacaqdır. Nefis və zülm meydandan çəkildikdən sonra hakkaniyyət üzərindən meydana gəlmiş əhval (vəziyyət-durum) və məişətə hansı insan əks və düşmən ola biləcək ki?”

Təbii ki Qaspıralı bu xüsusda haqqaniyyət qavramının ana qaynağının Qurani Kərimdən gəldiyini vurğulayır. Qaspıralı islam dini mövzusunda bir çox məsələlərdə eyni zamanda mühafizəkar bir baxışlara sahibdir. Amma bu mühafizəkarlıq islamın bidat və hürafələrinə savaş acacaq yenilikçi bir ruhuna da maneçilik törətmir. Bu onun cədidçiliyi ilə sabitdir. Qaspıralı üç ilədək Parisdə yaşadığı dönəmdə Avropanın tərəqqisini çox ciddi şəkildə müşahidə etmişdir və eyni zamanda qoca Şərqin geridə qalma səbəblərinin ən böyüyünün də dini buxovlar olduğunun dərindən fərqinə varmışdır. Amma eyni zamanda islamın müqəddəs kitabı olan Quranın icmal-i hökmünün uca bir haqqaniyyətə dayandığını və bu qavramın praktikləşdirərək toplumsal əxlaq normasına çevirməyin də mümkünlüyünə inanaraq bunun mübarizəsini vermişdir. O məlum əsərində qeyd edirdi ki:

“Yeni mədəniyyət hakkaniyyət üzərinə təsis olunan bir həyat tərzi olacaqdır. Bu medeniyyeti-cedideyi meydana gətirməyə müsəlmanlardan daha çox sərmayəsi , birikimi olan bir millət görmürəm. Bu sərmayəmiz isə Kelam-i Kadimdir.(Qurandır- M.İ.) ki icmal-i hökmü hakkaniyyetdir.(hökümlərinin özü “ədalət-doğrluqdur.”) Torpaq və mülk, sərmayə, faiz, fərd və cəmiyyət, kesp (çalışb qazanma M.İ), kar; səy(əmək) və qayret, xeyir və xeyrat)yaxşılıq və yaxşılq etmə) haqqında öşür(vergi) və zəkatın əsas qaydaları insanları bəxtiyar edəcək həqiqətlərdir. Sərmayə, mülk, kesp ve kar haqqındakı Kuran hökmləri Avrupaca əsas hüquq və əxlaq tutulabilmiş olsaydı sosialist-efkar-i müdhişlerine( müdhiş sosialist düşüncələrinə) həmən yer qalmazdı.Çünki azmı, çoxmu hər kəs mülkdən, sərmayədən və sayinden(əməyindən) istifadə edərdi. Sərvətə əsir, faizə ömrü bir hizmetçi omaz idi. Və bunca nahoşluğa(xoşnudsuzluğa) yol açılmaz id!”

Burada Qaspıralı hətta haqqaniyyət qavramının toplumda sosial-iqtisadi münasibətlərin tarazlaşdırılmasında da bir körpü rolunu qeyd edir. Çünki fərdlərin bir biriləriylə münasibətlərinin kökündə belə haqqaniiyyət( doğruluq, ədalət) hökm sürdüyü zaman bunu toplumada kollegial şüurla yansıması tam bir ədalətli quruluşun varlıını ortaya qoymuş olacaqdır.Çünki “ Fərdlərin əhval ruhiyyəsi -cəmiyyətin ümmi əhval ruhiyyəsinin yekunudur.”(Xiyabani). Bütün pozitiv və neqativ anlamlarda Azərbaycan-Almaniya, Qərb-Şərq və s). Qaspıralı eyni zamanda haqqaniyyət qavramını cəmiyyətdə Dövlət və yaxud iri sahibkarlarla vətəndaşlar arasında müvazinəti sağlayacaq iqtisadi tərəfini belə ortayaq qoyur. Zəkat məsələsi- 40 da 1. Hər il hasil olan varidatın 40-da 1-i ehtiyaclara ayrılsaydıbu ehtiyacı olanlar üçün iqtisadi yaşam tərzinin yaxşılaşmasına səbəb olacaqdır və s. Böyük İngiltərə, Fransa beş on min adamın mülkü ola bilməz. Ümumi torpaqdan istifadə və s.

No description available.

Medeniyyetin parlaklığını büyük büyük köyler, kiliseler, kal'alar, fabrikalar ve rovelver toplar ile ölçenlerden değiliz. Medeniyetin mikyası umumun ondan istifadesidir. Diğer ölçü kabul edemiyorum.

Texnika elm, yeni avadanlıqlardan istifadə insanları əlbəttə rahata uaşdıracaq.Ve lakin hakkaniyyət xaricində bunlardan insanoğlu rahat istifadə edə bilməz. Çünki hər hissəsini artırmağa qayret edər.Küvveti ziyade olanın hissənin ziyadesini(çoxunu) zəbt edər amma hakkı da ziyade mi bakalım?

İsmayıl Bəy bu əsərində Avropanı təqlid etməkdən daha çox tətbiq etməyin tərəfdar olaraq özünün tənqidi fikirlərini ortaya qoyur. Yəni Avropadan nəyi və necə idrak edib qəbul etməyin vacibliyini vurğulayır:

“Avrupalaşmış o Müslümanlar var ya

Kevseri ararlar seraplar arasında.”

Muhammed İkbal ( 1877- 1938)

(Sərab- İlğım,çöldə, uzaqdan su və yaşıllıq kimi görünən ışıq yanıltması- M.İ.)

Və bununla balı haqlı olaraq bu təsbitini dilə gətirir: Avropa bir ixtiyardır, təcrübəsi çoxdur. İxtiyarlığına hörmət edək. Təcrübəsindən bəhrələnək, xətalarını təkrar etməyək: məktəblərini, universitetlərini bizlər də təsis edək, elmlə ağlımızı ziyalandırdığımız qədər haqq və ədalətlə ürəklərimizi doldurmağa çalışaq. Avropada pis-yaxşı nə varsa, uşaq kimi qapmayaq, bir insan kimi götür-qoy edək: nədir, nəyə yararı var, vicdan və haqq-ədalət xaricində deyil ki? Avropa mədəniyyəti bila-müavezene(ölçülüb biçilmədən, tənqid edilmədən)qəbul olunacaq bir şey olsaydı bu mədəniyyətə Avropanın yarısı düşmən olmazdı.”

Rəsulzadə-Qaspıralı təsiri Haqqaniyyət məsələsi.

M.Ə. Rəsulzadənin “Milli Təsanüd” Nəzəriyyəsisinin rişəsində də haqqaniyyətlilik dayanır. Çünki Rəsulzadə Qaspıralı məktəbinin ən layiqli və onun ideyalarını praktikləşdirən bir davamçısı, müdavimidir.

Milli Təsanüdçülük sosial dövlət formasının ən ideal forması olmaqla bərabər cəmiyyətin bütün təbəqələrini bir araya gətirən altun ortanı oluşduran bir nəzəriyyədir. Qaspıralının haqqaniyyət qavramında da cəmiyyətin yuxarı təbəqəsiylə aşağı təbəqəsinin barışdıran bir mahiyyət vardır.

Milli Təsanüdün siniflər və vətəndaşlar arasında uzlaşmasını sağlayan da məhz bu ortadir. Rəsulzadə bunun təbəqə və siniflərarası münasibətlərinin tənzimlənməsində dövlətin millətin iradəsini ifadə etmək prinsipini savunur ən mükəmməl biçimdə.

Qaspıralı eyni zamanda qədim mədəniyyətlərin kökündə haqqaniyyətin olmamasını vurğulayır:

Medeniyyeti-cedide (Yeni mədəniyyət- M.İ) hakkaniyyet üzərinə təsis olunan (ədalət-doğruluq üzərinə qurulan)bir məişətin (yaşam biçiminin) nəticəsi olacaqdır.

“ Əski mədəniyyətlərin qüsuru ancaq odur ki, hakkaniyyət(doğruluq, ədalətlilik) məişətin(həyat tərzinin) xaricində qalmışdır. Təsəvvür edin ki, uygar toplumu təşkil edənlər ümumən işlərini və hərəkətlərini hakkaniyyətə bağlamış olsunlar. Hakkaniyyətə sığmadığı suretdə(ədalətlə örtüşmədiyində) “fayda” nı tərk etsinlər. Kimsə mənim hakkıma girmirsə nədən mən də başqanın haqqına girim? Kim məndən şikayətçi olacaq ki mən də kimsədən narazı, naxoş olum? Heç kimsə!»

“ Təsəvvür edin ki, uygar toplumu təşkil edənlər ümumən işlərini və hərəkətlərini hakkaniyyətə bağlamış olsunlar. Hakkaniyyətə sığmadığı suretdə(ədalətlə örtüşmədiyində) “fayda” nı tərk etsinlər. Kimsə mənim hakkıma girmirsə nədən mən də başqanın haqqına girim? Kim məndən şikayətçi olacaq ki mən də kimsədən narazı, naxoş olum? Heç kimsə!”

Haqqaniyyət-haq və ədalətə uyğunluq, doğruluq deməkdir.Haqqaniyyət üzərinə təsis olan məişət ən pak məişət olacaqdır. İnsanların hər hərəkəti haqqaniyyətə istinadən olursa zülüm ortadan qalxdığı kimi məzlum(əzilən) dəxi bulunmayacaqdır. Nəfs və zülm meydandan çəkildikdən sonra haqqaniyyət üzərindən meydana gəlmiş əhval (vəziyyət-durum) və məişətə hansı insan əks və düşmən ola biləcək ki?

Rəsulzadənin “Milli Təsanüdü” də toplumda həmrəyliyi təmin etmək adına eyni niyyətdən yola çıxır. Hətta bunu toplumda fərdi şüura deyil Kollektiv bir şüura bağlayır. Qaspıralının haqqaniyyəti Rəsulzadənin Solidarizminə çevrilərək toplumsal əxlaq normasına çevrilir.

Liberal cəmiyyətdə qeyri düşünmək [altruizm] qəhrəmanlıqdır. Solidarizmdə isə bu bir vəzifədir.

Yəni Qaspıralının haqqaniyyət qavramı toplumsal qaynaşma və yardımlaşma adına bir görəvdir.

Milli Təsanüdün siniflər və vətəndaşlar arasında uzlaşmasını sağlayan da məhz bu ortadir. Rəsulzadə bunun təbəqə və siniflərarası münasibətlərinin tənzimlənməsində dövlətin millətin iradəsini ifadə etmək prinsipini savunur ən mükəmməl biçimdə.

Medeniyyeti-cedide (Yeni mədəniyyət) hakkaniyyet üzere təsis olunan (ədalət-doğruluq üzərinə qurulan)bir məişətin (yaşam biçiminin sonucu) olacaqdır.


MANŞET XƏBƏRLƏRİ