Elşən Mirişli
Gəncə şəhəri,tarixçi
III Yazı
Karnal Savaşı
1739-ci il 24 fevralda günorta zamanı Karnalda savaş başladı.Hindistan Teymurilər İmperatorluğu ordusunun sağ cinahında yerləşən Səadət xanın döyüşçüləri hücuma keçdilər və möhkəm əzildilər. Hind Teymuri ordusunun baş komandanı Xanidövran ordusunun mərkəzindən Əfşar ordusunun mərkəzində yerləşən Nəsrulla Xanın komandanlıq etdiyi orduya hücum etdi. Nadir Şahın komandanlığı ilə meşədən çıxan Əfşar süvariləri Səadət Xanla Xanidövranın qoşunlarının arasını kəsdi. Şiddətli döyüş başladı. Hind Teymuri ordusunun görkəmli sərkərdələrindən bir neçəsi həlak oldu,bir neçəsi isə əsir düşdü. Ordunun baş komandanı Xanidövranın özü yaralandı, oğlu və qardaşı isə həlak oldu. Başqa bir oğlu əsir düşdü.
Hindistan Teymuri İmperatorluğunun sayı 10 minə çatan hərbi fillərinin qarşısını almaq çox çətin idi. Nadir Şahın əmri ilə 200 dəvəyə odun və başqa şeylər yükləyib fillərin qarşısına gətirdilər.Orada dəvələrin üstündəki şeylərə od vurdular. Odun istisi dəvələrin canına keçən kimi dəvələri fillər tərəfə qovdular.Yana-yana, çığıra-çığıra qaçan dəvələr filləri dəhşətə saldı və fillər bir yerə toplaşdılar. Nadir Şah Əfşar filləri topa tutdurdu və topa tutulan fillər öz ordularına doğru yeridi. Bir tərəfdən də Nadir Şah 55 min süvari əsgərlə hücuma keçdi. Dəhşətli qırğın axşama qədər davam etdi. Əfşar ordusunun bu savaşda itkisi 1100 nəfər, 400 ölü və 700 yaralı idi. Hind Teymurilərinin ölü əsgər sayı 30 min ölü əsgərdən və çoxlu minlərlə yaralıdan ibarət idi. Nadir Şah ordusu ildırım sürəti ilə Teymuriləri məğlub etmişdi.Əfşar ordusunun sol qanadı Jamşedpur şəhərini də ələ keçirərək növbəti dəfə Teymuriləri məğlub etdi. Hindistan Teymuri Dövləti sərdarlarından Nizamülmülk, Xudayar və Etimadüldövlə yaralanmış baş komandanın görüşünə getdilər.Yaranın ağrısından zorla danışan baş komandan Xanidövran zəif səslə dedi.”Bizim işimiz qurtarıb... Qoymayın Teymuri Dövləti yıxılsın.Məhəmməd Şah Nadir Şahla görüşsə, onu Dehliyə dəvət eləsin.İxtiyarınızda olan qüvvələrlə savaşın, bəlkə bu bəlanı dəf edəsiniz”. Hindistan Teymuri İmperatorluğu tərəfindən Nizamülmülk Hadir Şahın hüzuruna gəldi, sülh təklif etdi. Beş maddədən ibarət sülh qərara alındı.Bu maddələrdən biri Məhəmməd Şahın Nadir Şahın hüzuruna gəlməsi idi. Nadir Şahın hüzuruna gələn Məhəmməd Şah fars dilində yox türkcə danışmalı idi. Əgər Nadir Şahın hüzurunda onunla farca danışsa Nadir Şah onu öz əliylə döyəcəyini bildirirdi. Çıxılmaz vəziyyətdə qalan Hindistan Teymuri İmperatoru Məhəmməd Nadir Şahın hüzuruna gəlib təslim oldu və bir anda döyülmək qorxusundan türkcə yaddina düşdü. İki şahın söhbəti Türkcə aparılmışdı. Nadir Şah bildirmişdi ki, söhbət tacikcə aparılsa sülh heç zaman olmayacaq.
Nadir Şah Əfşar 1739-cu ilin 24 fevral tarixində Hindistan Teymuri İmperatorluğu sülaləsindən olan Məhəmməd Şahın ordusunu darmadağın edərək 20 mart tarixində paytaxt Dehli şəhərini tutur.Hindistan Teymuri İmperatorluğunu ona görə ləğv etmir ki, bu imperatorluq Əfşar İmperatorluğu kimi Türk dövləti idi.Nadir Şah başqa dövlətlərə göndərdiyi məktublarda Əfşar Dövlətinin iki millətdən təşkil olunduğu söyləyirdi.Türklər və azlıq kimi taciklərdən təşkil olunduğunu bildirirdi. Nadir Şah bütün Türk dövlətlərini Türk kimliyi altında birləşdirməyi düşünürdü.Turan haqqında düşünən öz dövründə Tək Türk hökmdarı və Oğuz Xanın davamçısı idi. İslamın ümmətçi müsəlman anlayışını Türk kimliyi ilə əvəz edən bir ilk hökmdarımız idi.Hindistandakı Teymuri İmperatorluğu kimi, Nadir Şahın Əfşar İmperatorluğu özünü Əmir Teymurun varisi və davamçısı hesab edirdi. Hülakü Xanın qurduğu Elxanlı İmperatorluğundan (1256-1335) başlayaraq qurulan dövlətlər və Əfşar Dövləti Türk kimliyinə əsaslanırdı. Taciklər Qızılbaş Dövləti və Əfşar İmperatorluğunda aşağı millət sayılır dövlət idarələri, saray və orduya alınmırdı.
Hindistan Teymuri İmperatorluğu üzərinə Nadir Şah Əfşar pulla altı milyon rupilik, qiymətli daş-qaşla 500 milyon rupilik xərac qoyulur. Alınmış hərbi qənimət 700 milyon rupi dəyərində hesablanırdı. Bunun böyük bir hissəsi Kelata aparılır və Nadir Şah qəniməti ölənəcan burada saxlayır. Əvvəllər qayda belə idi ki, qiymətli daşlar Qızılbaşlar arasında bölüşdürülürdü. Nadir Şah bu dəfə həmin qaydanı pozur və daş-qaşı özünə götürür. Qənimətin həmin qismində dünyanın ən iri brilyantı (almazı) sayılan “Kuhi-Nur” (“Nuh dağı”) adlanan daş da vardı.Başqa məşhur qiymətli daşlar az deyildi.
Hindistan tutulduqdan sonra Nadir Şah Sindi özünə tabe edir və Orta Asiyaya (Türküstana) hərbi yürüşə hazırlanır.
Nadir Şah Əfşarın Qızılbaş Ələvi təriqətini Cəfəriliklə əvəz etməsi - dini islahat.
Qızılbaş Dövlətində Türk və Türkman adlanan Oğuz Türkləri Ələvi məzhəbinə mənsub idi.Bu məzhəb İslamla Türk Şamanizminin qarışmasından yaranmışdı.Bu məzhəbin yayıcıları dərvişlər və ozanlar (aşıqlar) idi.Bu təriqətin ayinlərində dini rəqs ayinləri də mövcud idi. İslam dinində musiqi dinləmək və rəsm çəkmək haram hesab edilirdi.Heykəltaraşlıq rəsmən yasaqlanmışdı. Ələvilik isə yasaqları keçərək musiqi vasitəsi ilə sürətlə yayılırdı.Qızılbaş Əhli-haqların özlərinə məxsus ibadət və ayinləri vardır və ibadət məkanları cəmxana ya cəmevi adlanır.Onların inanclarında Tənasüx (Reinkarnasiya) ya Don-ba-don olma və həyata xoşğörüşlü baxış kimi məsələlər xüsusi önəm daşıyır. Cəmxana ayinləri sırasında adətən Türk dilində kəlamlar oxunur. Osmanlı Dövlətində Yeniçərilərin ideoloji təriqəti Bəktaşilik də Ələviliyin bir qolu idi.Qızılbaş Ələviliyindən fərqli olaraq Bəktaşilik Osmanlı sarayından idarə olunurdu.
On iki imam şiələrinə rəsmi olaraq “Cəfəri” adı isə Nadir Şah Əfşar tərəfindən imzalanan Fərman-i Şahi ilə verildi. Belə ki, 1736-cı il Muğan qurultayında Nadir Xan Şah seçiləndən sonra Ələvi ruhanilərinin ciddi müqaviməti ilə üzləşdi. Qızılbaş Dövləti teokratik (teokratiya cəmiyyətin məsələlərini qanuni halda dini qanunlarla həll edildiyi idarəetmə sistemidi.Dini strukturların və din xadimlərinin dövlət siyasətinə ciddi təsir etdiyi siyasi sistemdi) dövlət idi.
Nadir Xan Şah seçilən gündən din işlərinə ciddi diqqət yetirməyə məcbur oldu.Bu zaman ələvilər sünnilərə hətta xaçpərəstlərdən də artıq nifrət bəsləyir, onlara hədsiz düşmənçilklə yanaşır,ik üç raşidin xəlifəni: Əbu Bəkr, Ömər və Osmanı söyürdülər. Nadir Şah Əfşar böyük dini inqilab edərək Ələvi təriqətini ləğv edərək onu özünün yaratdığı Cəfəriliklə əvəz edərək sünniliyə hədsiz yaxın bir hala gətirməyi bacardı və yeniləşmiş yeni məzhəbi həm sünnilərin, həm də şiələrin hörmət bəslədiyi İmam Cəfər Sadiqə bağlayaraq “Cəfəriyyə” adlandırdı. Şah seçilərkən o, Osmanlı Sultanı I Mahnudun (1730-1754) Xəlifələyini tanıyacağını bildirdi və Osmanlılarla sülh bağlamağın 5 şərtini mərasimdə bəyan etdi: 1) Osmanlılar yeni cəfəri məzhəbini tanıyacaq; 2) bu məzhəbə Məkkədə bir ibadət yeri (rükn) veriləcək; 3) Əfşarlar hər il Şam (Suriya) üzərindən bir əmirhac göndərəcək; 4) əsirlər dəyişdiriləcək 5) qarşılıqlı elçilər göndəriləcək.
Nadir Şah Əfşar bir çox islahatlardan sonra Osmanlı Sultanı I Mahmuddan Cəfəriliyi sünniliyin dörd fiqhi məzhəbi ilə yanaşı beşinci fiqhi məzhəb olaraq tanınmasını tələb etmişdi.Osmanlı Sultanı və alimləri Nadir Şahın bütün bu fəaliyyətini təqdir etsələr də 1746-cı il, Əfşarlarla Osmanlılar arasında II Qəsri-Şirin müqaviləsində - Cəfəriliyi beşinci haqq fiqhi məzhəb olaraq tanımadılar.Nadir Şah dini islahatlarında qohum evliliklərini və podofilyanı aradan qaldırmağa cəhd etdi.
Nadir Şahın Türküstan səfərləri
Nadir Şah Əfşar Hidistan səfərindən qayıdaraq Herat şəhərində bir neçə gün qalıb istirahət etdikdən sonra 1740-cı ilin yazında Türküstana doğru yürüşə başladı. Nadir Şahın Türküstana yürüşü yerli Türk xalqları tərəfindən çox sevinclə qarşılandı. Hətta bəzi qala qapıları yerli insanlar tərəfindən Nadir Şahın qoşunlarının üzünə açılırdı.Nadir Şahın əzəməti və qurduğu dövlətin ənənələri və ciddi qayda-qanunları Orta Asiyanın (Türküstanın) ərazisində olan parçalanmış xanlıqlara bir nümunə idi. Həmçinin həmin dövrdə Rusiya dövləti Türküstanı, Buxara şəhərini və ətraf əraziləri ələ keçirmək niyyətində idi. Nadir Şah da Rusiyanın bu niyyətinin qarşısını almaq üçün Türküstana girməyi qət etdi.O,tezliklə Türküstan ərazisini, Bəlx qalasını və Buxara şəhərini ələ keçidi.Hətta Nadir Şah Əfşar Amudəryanı keçmək üçün 1100 ədəd gəmi düzəltmişdi. Həmin gəmilərin hər birinin 3 tona qədər yük götürmək imkanı var idi.Tezliklə Nadir Şahın qoşunları 1740-cı ilin 20 avqust tarixində Kərki məntəqəsinə daxil oldular.Burada Nadir Şaha məlumat verdilər ki, Türkmən və Özbək tayfaları Cərco şəhərində toplaşır və ona müqavimət göstərmək istəyirlər. Lakin Nadir Şahın qoşunlarının yaxınlaşdığını eşitdikləri üçün özbək və türkmən qoşunları tez qaçaraq dağılışdılar. Nadir Şah tezliklə bütün Türküstanı öz imperiyasına birləşdirdi. Türküstan xanı Əbülfəzl Əmir Teymura məxsus qılıncı, Çingiz xana məxsus olan dəbilqə və zirehi,bundan əlavə, çoxsaylı hədiyyələri,eyni zamanda, bütün xəzinəsini Nadir Şaha hədiyyə etdi. Nadir Şah da, öz növbəsində, Hindistandan gətirdiyi qiymətli hədiyyələrdən Əbülfəzl Xanı və ona tabe olan digər əyyanları mükafatlandırdı. Əbülfəzl Xan ilə barışıq sazişi əldə edildikdən sonra Nadir Şah Əbülfəzl Xanı yenidən Türküstan Xanı elan etdi. Nadir Şah 1740-cı ilin 17 oktyabr tarixində Əbülfəzli Xanın vassallığını rəsmən qəbul etdi.Türküstan (Buxara Xanı) 7 il müddətində Nadir Şahın öldürülməsinə qədər Əfşar İmperiyasının bir parçası olmuşdur. Əfşar Şahı Türküstanın bütün vilayətlərinə fərman göndərdi.Nadir Şaha itaəti qəbul edən yerli hakimlər öz vəzifələrində saxlanıldı. Əbülfəzl Xan ona göstərilən bu iltifatın əvəzində qızlarından birini Rzaquluya, birini isə Əliqulu Xana ərə verməyə qərar verdi (Tarixdə bu da məlumdur ki, Əbülfəzl Xanın qızını almaqdan Rzaqulu Xan imtina etdikdə, qohumluğuna söz verdiyinə görə Nadir Şah belə olan halda onun qızı ilə özü nigaha girdi). Nadir Şah Əbülfəzl Xanın Türküstanın yenidən xanı seçilməsi ilə bağlı da təmtəraqlı ziyafət təşkil etdi. Tezliklə Buxara, Səmərqənd istiqamətində olan ərazilər də könüllülük əsasında Nadir Şahın hakimiyyətini qəbul etdilər. Nadir Şah tezliklə Xivədə, Xarəzmdə öz hakimiyyətini bərqərar etdi. Az bir müddət ərzində həmin ərazilərdə idarəçilik məsələlərini tənzimlədi. Xeyli sayda qoşun topladı və yenidən Kelata geri çəkildi.Kelatda özünə böyük bir məqbərə tikilməsi üçün göstəriş verdi.Tezliklə Kabul ətrafını tamamilə öz nəzarətinə keçirdi.Birmənalı olaraq, artıq əfqan tayfalarının aramsız hücumunun qarşısı alındı. Nadir Şahın Türküstana hərbi yürüşünün bir səbəbi də Türküstan ərazisi də daxil olmaqla, özbək şəhərləri olan Buxara, Daşkənd və Səmərqənd şəhərlərini tutduqdan sonra Çinə hücum edərək Çin dövlətində olan türk-uyğur tayfalarını öz əraziləri ilə birləşdirmək idi.Bu plan həyata keçirildiyi təqdirdə Nadir Şahın böyük bir “Turan İmperiyası” yaratmaq niyyətində olduğu bəlli olurdu. Nadir Şah Buxara şəhəri istiqamətində Xivə Xanlığına hücum keçib İlbas Xanın güclü müqavimətinə rast gəldi, lakin İlbas Xan da Nadir Şahın qoşunlarına tab gətirməyərək ona təslim oldu. Nadir Şah İlbas Xanı da əfv edərək onu Xarəzm hakimi saxlamaq istədi, lakin İlbas Xanın onun elçilərini qətlə yetirdiyinə görə İlbas Xanı və onunla birgə 20 nəfər əyanın öldürülməsini əmr etdi. Nadir Çingiz Xanın nəslindən olan Məhəmməd Xanın nəvəsi Tahir Xanı Xarəzmə hökmdar təyin etdi. Qazax valisi Əbülxeyir də Xivə şəhərinə gəlib Nadir Şaha təslim oldu. Nadir Şah tezliklə bütün Orta Asiyanı öz Əfşar İmperiyasına qata bildi. Rus qoşunlarının bura girməsinin qarşısını aldı.
Ardı var.